Ədviyyatlar haqqında

image

Mixək Orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili üzvləri qüvvətləndirir, həzmi gücləndirir. Beyin üçün faydalıdır. Əhval-ruhiyyəni yaxşılaşdırır. Ağızdan gələn pis qoxunu aparır.
Mixək soyuqdəymə ilə əlaqədar olan bəlğəmli xəstəliklərdə, ürək döyüntüsü zamanı münasib hesab edilir. 1,6 q mixəyi döyəndən sonra südə qatıb bir müddət müntəzəm içmək cinsi fəaliyyəti gücləndirir. Burun tutulması və zökəm zamani əmgəyə mixək sürtmək faydalıdır.


Darçın Bədənə istilik verir və quruducu xüsusiyyətə malikdir. Sidikqovucu təsiri vardır. Təbiətən lətifdir. Orqanizmdə olan qazları özünə hopdurur. Yumşaldıcı xassəsi vardır. Əhval- ruhiyyəni yaxşılaşdırır. Darçın bədənin fiziki və mənəvi qüvvəsini saxlamağa kömək edir. Soyuqdəymə, zökəm, bəlğəmli öskürək, ürək döyüntüsü, qorxu və vasvasılıq, böyrək ağrısı, sidik ifrazının tutulması, qaraciyər xəstəlikləri hallarında profilaktika məqsədilə işlətmək münasibdir. Darçın səsi qəliz bəlğəmdən təmizləyir, nəfəs borusunda olan yapışqanlı rütubəti aparır. Ağızdan gələn pis qoxunu ləğv edir. Soyuqdəymə və sinir sistemi xəstəlikləri üçün münasib sayılır.
Darçın yağını bədənə sürtmək və masaj eləmək iflic və titrətmə zamanı faydalıdır. Ağır eşitmə zamanı arağını çəkib qulağa damcılatmaq münasibdir.


Zəfəran Bədənə istilik verir, quruducu xassəsi vardır. Əhval-ruhiyyəni olduqca yaxşılaşdırır. Diqqəti qüvvətləndirir, sidikqovucu təsirə malikdir, ağciyərləri və nəfəs yollarını möhkəmləndirir, qaraciyər və dalaq fəaliyyəti pozulması hallarında faydalıdır. Yuxugətirici xassəyə malikdir. Zəfəran ayrı-ayrı dərmanların təsirini bədənin orqanlarına daha tez çatdırır. Bal ilə zəfəran yemək böyrək daşı olan xəstələr üçün münasibdir. Onun başa qoyulan təpitməsi soyuqdan törənmiş baş ağrısı və yuxusuzluq üçün faydalıdır. Ancaq iştahanı zəiflədir, buna qarşı cirə və iskəcəbi işlətmək məsləhətdir.
Zəfəran yağı isidici və quruducu xassəyə malikdir. Sinir sistemini sakitləşdirir, yuxu gətirir. Onu almanın içini oyub oraya doldurur, difteriya, sətəlcəm və ürək döyüntüsü zamanı iyləyirlər.


Zəncəfil Bədənə istilik verir, quruducu xassəyə malikdir. Həzmi gücləndirir, mədə və bağırsaqda toplanmış qazları özünə hopdurur, rütubəti qurudur, qaraciyər və mədəni möhkəmləndirir, yaddaş üçün faydalıdır. Soyuqdəymələrdə, iflic və sarılıq zamanı zəncəfil işlətmək profilaktik əhəmiyyətə malikdir. Yarıbişmiş yumurta sarısını zəncəfil ilə yemək sperma yaradır, püstə ilə işlətmək cinsi fəaliyyəti gücləndirir.


Sarıkök Bədənə istilik verir. Qaraciyər fəaliyyəti pozulduqda və sarılıq hallarında faydalıdır. Sarıkökü çeynəmək diş ağrısını sakitləşdirir.


İstiot Bədənə istilik verir. Quruducu və həzm sürətləndirici xassəsi vardır. Zəhərlərə qarşı əks təsir göstərir.
İstiot işlətmək bəlğəmi kəsir, öskürək, təgənəfəslik üçün münasibdir. Mədə-bağırsaqlara qaz toplanması, sancı hallarında müsbət təsir göstərir. Xörəkdə istiot işlətmək hafizəni gücləndirir, qanı duruldur, qəliz yeməkləri lətifləndirir, onları isti saxlayır. Onu qaynadıb gülab ilə qarışığını başa sürtmək zökəmə qarşı faydalıdır. Ancaq çox istiot işlətmək böyrək, qaraciyər, daxili orqanların fəaliyyətinə və sidik yolları xəstəliklərinə ziyandır.


Hil Bədənə istilik verir, quruducu xassəsi vardır. Həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəmləndirir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Tər iyini aparır, ağız qoxusunu ətirli edir. Hil işlətmək mədə xəstəliyi, ürəkbulanma, qaraciyər ağrısı, böyrək daşı zamanı münasibdir. Onu toz halında buruna çəkərək asqırmaq müxtəlif səbəbdən törənmiş baş agrılarını sakitləşdirir.


Dəfnə yarpağı Suda qaynatdıqdan sonra sirkə ilə qatıb ağızı qarqara etmək diş ağrısını sakitləşdirir. Onun tumlarını işlətmək yaddaşı gücləndirir, təngənəfəslik və öskürək üçün faydalıdır. Mədədə və bağırsaqlarda qəliz qazların toplanması, sancı, qulunc, qaraciyər və böyrək xəstəliklərinə, dalaq, bel və oynaqlarda olan ağrılara qarşı müalicə əhəmiyyəti daşıyir. Dəfnə toxumunun yağı damarları genişləndirir, sinir sistemi fıaliyyəti üçün münasibdir, sulu zökəmə qarşı faydalıdır.

30/11/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Faydalıdı, əlinizə sağlıq canım 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Mixək, darçını heç sevmirəm, zəfəran arada-bərədə istifadə edirəm, zəncəfili çox sevsəm də, mənə pis təsir edir deyə az istifadə edirəm. Amma-amma sarıkök, istiot, hil və dəfnə yarpağı ən çox istifadə etdiyim ədviyyatlardır, hətta dovğaya belə istiot vuracaq qədər sevirəm onu.
    Hili buruna çəkərək asqırmaq beynimə batdı, axır vaxtlar başım çox ağrıyır.
    Faydalı xəbər üçün təşəkkürlər, Sevincim.

    Bəyən

    • Mənimsə mixəkli çay ən sevdiyim çaydı. Darçınlı şirniyyatları da uşaqlar çox sevir. Ümumiyyətlə, bütün ədviyyatkarı sevirəm. Son zamanlar da muskat qozundan istifadə edirəm.
      Sənə də təşəkkürlər, mələyim mənim.

      Bəyən

  3. Mixəyi çayda, qoz mürəbbəsində hədsiz sevirəm. Darçınsız badımcan dolması bişirmərəm. Amma şirniyyatlarda sevmirəm. Zəfəranı da çox sevirəm. Halvalarda, bütün plov növlərində, yaymada, omada istifadə edirəm. İstiotu sevirəm, məhdud çərçivədə istifadə edirəm. Hili də sevirəm. Mən tomatdan demək olar ki istifadə etmirəm,ancaq sarıkök. Dəfnə yarpağı da bəyəniləndir. Çox sağ olun, əzizim ☺👍

    Bəyən

  4. Əvvəllər ədviyyatlardan heç istifadə etməzdim yanı sevməzdim sarıkökdən başqa sarıkökü demək olar ki bütün yeməklərdə istifadə edirəm amma son illər artıq başlamışam ədviyyatlardan istifadə etməyə evimizdəkilər hərdən mənə təəccüb edirlər ki sənki çayı mixəkli olanda yenisini dəmlətdirərdin halva darçınlı olanda dilinə vurmazdın indi noldu gülərək deyirəm ki yəqin qocalığın əlamətidi Amma zarafatsız ədviyyatlara yol açmağım zəncəfilli çaydan başladı indi demək olar ki darçından başqa hamısından istifadə edirəm Zəfəranı isə pitidə və plovda ləçək ləçək qalanda xüsusi zövq alıram

    Bəyən

  5. Belə xəbərin üçün çox sağ ol, Seva. Məndə bir kitabça var “Xalq təbabətinin izi ilə” adlı, ordan da bu ədviyyatlar haqqında çox oxumuşam. Hamısından vaxtaşırı istifadə edirəm, amma ən çox zəfəran və istiot işlədirəm. Sarıkökü heç sevməzdim, son zamanlar faydası haqqında çox oxuduğumdan yavaş-yavaş istifadəsini çoxaltmışam. Hildən ən çox şəkərbura-paxlavada, hərdən də çayda, dəfnə yarpağından bütün qadınlar kimi borşda, darçından ən çox çayda, bəzən şirniyyatlarda istifadə edirəm.

    Bəyən

  6. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: