Balqabaq püresi

image

Əziz dostlar, bu dəfə sizə çox sadə, amma vitaminlərlə zəngin, faydalı bir yeməyin reseptini təqdim edəcəm. Bu yeməyin adı balqabaq püresi adlanır.

Lazım olan ərzaqlar:

Balqabaq

Baş soğan

Kərə yağı

Duz, istiot

Zövqə görə şəkər tozu

Zövqə görə zirinc, ya da nar

Hazırlanması:

Balqabaq yuyulur, qabığı soyulur. Soğan xırda doğranıb kərə yağında qovrulur. Balqabaq nə çox iri, nə də xırda olmamaqla doğranıb yağ-soğana əlavə edilir. Yarım stəkan su əlavə olunur əvvəl az odda, suyu çıxdıqdan sonra isə orta odda arada qarışdırmaqla bişirilir. Suyu çəkilməyə az qalmış suda isladılmış zirinc, ya da dənələnmiş nar, duz, şəkər tozu, istiot əlavə olunur. Mən zirinc əlavə etdim, bəzədilməsində nardan istifadə etdim. Nuş olsun😘

29/11/2015 tarixində Mətbəximiz içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Bu yeməyi mən təxminən bu qaydada bişirirəm. Mən təbii ki soğansız edirəm. Yağı dağ edib eyni Sevinc kimi nə çox xırda, nə də çox iri olmamaq şərtilə doğrayıb, üzərinə duz və istiot əlavə edirəm, su, ümumiyyətlə, vurmuram. Əvvəl çox vam odda bişirirəm, balqabaqlar əzlənə yaxın ocağın odunu qaldırıram və yağa düşənə kimi bişirirəm, bəzən belə təqdim edirəm, bəzən də üzərinə ayrıca bişmiş qaragöz lobya vururam və sarımsaqlı qatıqla yeyirik. Nadir uşaqlardandır ki, bizim uşaqlar balqabağı xüsusilə belə püresini çox sevirlər. Həm də tez-bazar yemək olduğundan həftə içi mənim çox işimə yarayır. Hazır təmişləyib, doğrayıb soyuducuda saxlayıram, nə bişirim deyəndə tez əlimi atıram. Bu resepti söz vermişdim paylaşmağa, amma asan resept idi deyə utanmışdım.
    Allah süfrənizə bərəkət versin, Sevinc, mən bəyəndim bu yeməyi. Narı mən də yoxlayacam, zirinci o qədər də sevmirəm nəsə.

    Bəyən

  2. Sən təsəvvür etməzsən, səni gördüm hər ağrımı unutdum. Demək artıqdır, sən mənim çoxxx dəyərlimsən😘😘💖💖💖💖💖

    Bəyən

  3. Dukan diyetindəyəm deyənə SP günlərində balqabaq yeyirəm bu püredən də edirəm amma heyif ki cox sevdiyim kərə yağı ilə deyil ikicə qaşıq zeytun yağı ilə Təqdimat cox səliqəlidi Seva

    Bəyən

  4. Dükan diyetin nə vaxt bitəcək, biz burda market açmaq üzrəyik, Gülüm😂😂😂

    Bəyən

  5. Paylaşdığın üçün sağ ol, Seva,əllərinə sağlıq. Mən də buna oxşar üsulla edirəm. Mən soğanı əvvəlcədən qovurmuram, balqabaq, soğan, duz, istiot, yağını töküb qazanın ağzını kip örtürəm, öz suyundaca bişir, su əlavə etmirəm. Yeyəndə sumax tökürəm. Amma zirinc və nar yenilik oldu, onlarla məncə çox əla olar. Zirinci, narı biz “səpmə” edəndə vururuq. Bundan sonra bacım kimi zirinci mütləq əlavə edəcəm.

    tərəfindən bəyənildi 1 şəxs

  6. Sən də sağ ol, İrinka. Sonayla sən susuz bişirirsinizsə, mən niyə su töküm bəs?😂😂 Mən də sizdən öyrənib su əlavə etməyəcəm👩‍❤️‍💋‍👩

    Bəyən

  7. Bizdə yeyiləcəyini heç ağlım kəsmir. Yesəm mən, başqa heç kəs. Dünən balqabaq almışdım. Gətirdim ki, soyum qızartmasını edim. Aysu başladı mi, mi (yəni, mənə ver ). Elə çiy halını elə yedi ki. Qızartdım, dilinə də vurmadı. Puresini də bir az edib dadına baxaram, amma soğansız. Onu o qədər sevirəm ki, doğramağa qıymıram 😉 Əllərinizə sağlıq,əzizim 😊

    Bəyən

    • Xoş gördük, gözəlim. İnanmazsan bu dəqiqə sən keçirdin ağlımdan. Ürəkdən ürəyə yol buymuş demək💖💖 Aysu yesə yaxşı olar, çünki bağırsaqlar üçün, xüsusən qəbizlik üçün ən təbii dərmandı.

      Bəyən

  8. İnanın ki, xatirimdən çıxmırsız. Amma imkan vermir. İndi yatır deyə, fürsət tapmışam. Axşamları da məndə əhval olmur şərh yazmağa. O qədər yoruluram ki
    Düzdür, yesə xoşbəxt olaram, amma yemir. Qınamalı deyil ey, o qədər nazı ilə oynayıram, nəticə də bu 👎

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: