Zəncəfilli keks

image

Lazım olan ərzaqlar:

6 ədəd yumurta

2 stəkan şəkər tozu

2 stəkan süd

1 stəkan qarğıdalı yağı

2 ədəd qabartma tozu

2 ədəd vanil

1 ç/q üyüdülmüş zəncəfil

1 x/q kakao

Aparanadək un (4 stəkandan az olmamaq şərti ilə)

Hazırlanması:

Yumurta şəkərlə ağaranadək çalınır. Süd, yağ, zəncəfil əlavə olunur. Un qabartma tozu və vanillə birlikdə ələnir. Hazır xəmir iki yerə bölünür, birinə kakao əlavə olunub qarışdırılır. Soba listi yağlanır, bir az un səpilir. Sonra hər iki rəng kütlədən az-az əlavə olunur. Xəmirdən çizgilər çəkilməklə naxış salınır, əvvəlcədən qızdırılmış sobaya bişməyə qoyulur. İlk 10 dəqiqə sobanın qapağını açmaq olmaz.

27/11/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 15 Şərh.

  1. Əlinə sağlıq.Əla çay içirdim ,heç kim gəlməmiş mən dadına baxdım.Super

    Bəyən

  2. Əllərinə sağlıq, Seva, əminəm ki, sənin əlindən çıxıbsa dadına söz yoxdur. Planda şirniyyat bişirmək olanda, mütləq bunu sinayacam, asan gəldi.

    Bəyən

  3. Seva, bir də səndən bir xahişim olacaq, şirniyyat reseptlərini təqdim edəndə hansı temperaturda və nə qədər müddətə bişirilməsini də yaz.

    Bəyən

  4. salam.çox ləziz bir nemət. Məni subyektiv olaraq bu məsələ çox maraqlandırır.Bu şirniyyat sanki bir sənət nümunəsi. Təbİİ Kİ, kulinariya da sənətdir.Amma mən istərdim dişimin iştahasını qoyum bir kənara bu torta bir estetik ölçüdə yanaşım. Təkcə süfrəni bəzəmək üçünmü, təkcə onu yeyəcək adama iştaha oyatmaqçünmü…yox, dostlar.Qadınların xislətində gözəlliyə həssaslıq, bir meyillilik var. Onsuz da onların əlindən nə çıxsa gözəl olur. Qadınlar gözəl görməyə, gözəl düşünməyə dəvət edir. Qadınlar gözəlliyə qoşulmağa dəvət edir. İndi bu gözəl təamla gözəllik bitmədi ki, hələ 1-ci addımı atıldı. 2-ni də sz atın))))))

    Bəyən

  5. bəh- bəh nuş olsun ,Sevincimiz, əlləriniz qızıldı qızıl 🙂

    Bəyən

  6. Şənbə günü reseptdən ilhamlanaraq, mən də bişirdim bu keksdən, həm də içərisinə əncir, ərik qurusu, kişmiş də əlavə etmişdim, bəyənildi inşəAllah.
    Allah halal ruzili etsin süfrənizi, Sevincim.

    Bəyən

  7. Eləmi, nə xoş mənim halıma.
    Amin, aşkım.

    Bəyən

  8. Əla alınıb Seva əvvəllər zəncəfili hec sevməzdim amma indi zəncəfillə bərk dost olmuşam(((

    Bəyən

  9. Çox gözəl görünür. Nuş olsun dadanlara. Bişirənin də canı sağ olsun. Bu “ebruli “naxışını çox sevirəm və çox istifadə edirəm. Dərman qəbul edirəm deyə, zəncəfildən, çox sevdiyim limondan çəkinirəm. Təşəkkürlər, əzizim

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: