“Şəki oması”

image

Əziz dostlar, nəhayət, söz verdiyim şirniyyatı təqdim etmək zamanı gəldi. Bilirik ki, Şəki Azərbaycanın qədim şəhərlərindən sayılır. Göz oxşayan mənzərəsi, təbiəti haqqında danışmaq yox, gedib görmək gərəkdir. Şəki deyən kimi ağıla gələn “Şəki Xan Sarayı”, “Şəki halvası”, “Piti”, “Şəki lətifələri” gəlməyə bilmir. İstərdim ki, bunların sırasına “Şəki oması”nı da əlavə edəsiniz. Bu şirniyyatı ilk dəfə bu yay Şəkidə olanda dadmışam. O zamandan bura da dadı damağımda qalıb. Sevimlimiz, Şəki gözəli Nübarın sayəsində əsl resepti əldə edən kimi bişirib sizinlə də paylaşmaq istədim. Niyə əsl resept deyirəm? Çünki internetdə bu şirniyyatın adı belə düzgün verilməyib deyə həmin reseptlərlə hazırlamaq istəmədim. Bişirdiyim resepti sizinlə də bölüşürəm və təklif edirəm ki, bu şirniyyatı mütləq və mütləq hazırlayıb dadına baxın.

Lazım olan ərzaqlar:

0,5 kq şəkər tozu

0,5 l qatıq

2 ədəd yumurtanın ağı (sarısı üzərinə)

125 qram kərə yağı

0,5 x/q soda

Bir çimdik duz

Yoğrulana qədər un

Darçın

Hil

Keşniş toxumu

Zəncəfil

Zəfəran

Muskat qozu

Sarıkök

Vanil (Ümumilikdə bir dolu xörək qaşığı ədviyyat qarışığı)

Üzəri üçün çörəkotu

Hazırlanması:

Yağ dağ olmamaq şərtiylə əridirik, şəkər tozu, qatıq, yumurtanın ağını əlavə edib çalırıq. Şəkər tozu əridikdən sonra sodanı bir az üzüm sirkəsində söndürüb əlavə edirik. Toz halında olmayan ədviyyatları qəhvəüyüdəndə üyüdürük, xəmir üçün hazırlanan kütləyə əlavə edirik. Sonra asta-asta un əlavə edib qarışdırırıq. Ələ yapışan yumşaq xəmir hazırlayırıq. 10-15 dəqiqə xəmiri dincə qoyuruq. Bu müddətdə sobanı yandırırıq ki, qızsın. Qənnadı təbəqəsinə yağlı kağız sərib xəmirdən bir kündəlik bura qoyuruq. Əlimizi yumurta sarısına batıraraq çox nazik olmamaq şərtiylə yayırıq. Üzərinə naxış vurub çörəkotu əlavə edirik sobaya bişməyə qoyuruq. Bişdikdən sonra soyudub dilimləyirik və süfrəyə təqdim edirik. Nuş olsun😘

18/11/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 23 Şərh.

  1. Allah süfrənizə halal bərəkət versin, əzizim. Necə də gözəl alınıb. Mən çox sevindim, hədsiz dərəcədə ki, etimad bəslədiniz və yanıltmadım sizi. Resepti bildiyiniz kimi ilk öncə özüm hazırladım ki, problem yaşanmasın. Əlhəmdülilləh, çox gözəl də alındı. Allah üzümüzü hər zaman ağ etsin. Utancdan deyil də, həyadan qızarsın üzümüz. Təşəkkürlər, Sevincimiz 😘😊🌷🌹

    Bəyən

    • ALLAH razı olsun səndən, gözəlim. Mən də sevindim ki, uzun zaman gözləməyimə dəydi. Bu əsl mən yeyən omanın dadı idi. Şəkidə məşhur “Yəhya” şirniyyat mağazası var, ordan almışdıq.
      Bir daha təşəkkürlər sənə😘😘

      Bəyən

  2. Bizdə buna südcörəyi deyillər Məsələn Şamaxıda isə eynilə belə hazırlanır və külcə adlanır üzünün naxışlarıda eynilə belə olur Elə məndə qaynanamdan öyrənmişəm cörək bişirəndə nəlbəki ilə üzünə belə naxış salıram Süfrənə bərəkət Sevacan

    Bəyən

    • Südçörəyi bizdə də hazırlanır, amma bu qədər ədviyyatla yox, həm də xəmiri südlə yoğrulur.
      Çox sağ ol, Gülüm, cümləmizin😘🌷💐

      Bəyən

      • Düzdür, əzizim. Südçörəyi deyilən şirniyyatı mən də hazırlayıram. Süd və mayalı xəmiri olur. Şəki oması iki növdə hazırlanır. Mayalı və sodalı. Şəki omasının dadı müqayisə olunmaz dərəcədə gözəldir. Hər kəsə məsləhət görürəm ☺

        Bəyən

  3. Süd çörəyini mənim ana nənəm qəşəng bişirirdi, o gələndə nə qədər gözütox olsam da, həmişə onun çantasına baxırdım ki, görüm yenə gətiribmi 🙂 Bir də əmimin yoldaşı qəşəng bişirir. Ən gözəl torta dəyişməzdim ta ki, ta ki, dünən bu manı yeyənə qədər. Bu yaşa qədər yediyim ən dadlı, ləzzətli şirniyyat növüdür desəm, inanın ki, artırmıram. Bişirən əllər heç dərd görməsin, qazananların canı sağ olsun, ruzisi bol olsun.

    Bəyən

  4. Ta ki, ta ki, mən də səni sevənədək dünyanın belə gözəl olduğunu bilməzdim💖💖💖😘😘😘😍😍😍
    Nuş olsun, mələyim. Sənin də yeyənlərin də halal xoşu olsun😘😍😍😘😍😘😍😘😻

    Bəyən

  5. Mən də səni sevdim😘😘😘 Sağ olsun Nübar, internetdə olmayan əsl oma reseptini ondan aldım. Yaxşı da internetdən götürmədim. Bu Şəkidə yediyim oma dadını verdi.

    Bəyən

  6. Nübar da yağlı oma olub, göyə çıxıb lap. Darıxdıq axı 😦

    Bəyən

  7. Dünən mən də hazırladım oma. Çox az əziyyətlə elə bir mükəmməl dad əldə etmək olarmış 🙂 Sevincin hazırladığı omadan bir az fərqli idi, mən çox güman ki, muskat qozunu az eləmişdim, bir böyüyünü üyütmüşdüm. Növbəti bişirmələrdə nəzərə alacam inşəAllah.
    Hər ikinizə çoxlu təşəkkür edirəm 💖💖💖😘😘😘😍😍😍

    Bəyən

    • Həqiqətən də ədviyyatları nəzərə almasaq, tərkibi həm çox xərc aparmır, həm də adamın zamanlnı almır. Amma sonluqda çox dadlı bir şirniyyat çıxır ortaya.
      Nuş olsun, mələyim. Burdan belə nəticə çıxır ki, nə var elə Azərbaycan mətbəxində var. Xarici mətbəxin görünüşünə aldanmayaq😘😘😘

      Bəyən

  8. Mən yenə oma bişirdim 🙂 Şənbə günü özümü pis hiss edirdim, iştaham yox idi. Nəsə birdən ürəyim elə oma istədi ki. Yıxıla-qalxa durub bişirdim. Nə ləzzətli imiş bizim bu Şəki oması 😍😍😍
    Bir də təşəkkür edirəm hər ikinizə 😘😘

    Bəyən

  9. Kishinin qizi guya pehriz saxlayir. Geje geje (Lale demishken) omadan yeyib metbeximiz bolmesini eleh veleh eliyif 😅😅😅
    Meni neter oma xestesi elediniz ey deyirem 🙈🙈🙈

    Bəyən

  10. Sən də mənim beynimə yaman saldın haa, ay bacı. Sabah da mən bişirirəm inşəAllah. 😊

    Bəyən

  11. Neçə gündür beynimdən keçir ki, nəsə həm dadlı, həm də sadə bir şirniyyat bişirim. Birdən Şəki oması gəldi ağlıma. Çatdırsam elə bu axşam bişirəcəm inşəAllah. Allah bu omanı bişirəndən də, onun reseptini verəndən də razı olsun.

    Bəyən

  12. Əvvələ hamıya xeyirli Ramazan ayı diləyirəm, Allahın iznilə bu aydan günahlardan bağışlanmış şəkildə çıxarıq, ayın haqqını ödəyərəkdən inşəAllah.
    Niyə məhz Şəki omasına yazdım 🙂 ? Çünki sabah sahur üçün ən gözəl şirniyyat axtarışım Omanın üzərində dayandı 🙂 Axşam bişirim inşəAllah.

    tərəfindən bəyənildi 1 şəxs

  13. Allah razı olsun, Sevinc.
    Amin.

    Bəyən

  14. Sevinc əsil omaya gulabda əlavə edirler

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: