Boranılı aş

image

Boranılı aş hər bölgədə bir başqa cür hazırlanır. Mən bu gün sizə bu aşın Qarabağ mətbəxinə aid üsulunu təqdim edəcəm. Boranının faydaları haqqında bloqda yazı dərc etmişəm. Faydasını bilməyənlər əvvəl onu oxusun, bilənlər də aşın dadını bilmək üçün hazırlamağı düşünsün☺️ sonra isə fikirlərini mənlə bölüşsün😘

Lazım olan ərzaqlar:

Boranı

Uzun düyü

Baş soğan

Lobya

Alça qurusu

Albuxara

Kişmiş

Duz, istiot, şəkər tozu

Kərə yağı

1/2 stəkan su

Hazırlanması:

Əvəlcə düyünü yuyub 1-2 saatlıq duzlu suda, alça, albuxara və kişmişi isə 15-20 dəqiqəlik adi suda islağa qoyuruq. Sonra lobyanı qaynamağa qoyub boranını doğrayırıq. Kub şəklində doğramaq daha məsləhətlidir. Doğranmış boranıya baş soğanı xırda-xırda doğrayıb əlavə edirik. Duz, istiot, bir az da şəkər tozu vurub yaxşıca qarışdırırıq. Bişmiş lobyanı soyuq syda yuyuruq, düyünün də duzlu suyun yuyub hazır edirik. Qazanın dibinə qazmaq xəmiri yayıb kəsirik, sonra ardıcıl olaraq əvvəl boranı, sonra düyü, lobya, alça, albuxara, kişmiş əlavə edirik. Hər qata çox az duz səpirik. Bütün ərzaqları beləcə lay-lay düzürük. Sonda yarım stəkan su və kərə yağı əlavə edib asta odda dəmə qoyuruq.

13/11/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 17 Şərh.

  1. Mənim ən sevimli aşım. Bir ləzzətlidir ki 🙂 Mən hazırlamışam, amma soğansız. Sabahda, birisigündə gərək mən də hazırlayam.
    Allah süfrənizə bərəkət versin, Sevinc, mən bu aşı sizdən öyrənmişəm.

    Bəyən

  2. Ən çox xoşladığım aşdı.Həmişə anama bişirtdirirəm çox dadlı bişirir deyə.Əlinizə sağlıq süfrəniz bərəkətli olsun👍

    Bəyən

  3. Sağ ol, canım. Gəl qonaq ol, mənim aşım da dadlıdır, gözəlim😘💐🌹🌷

    Bəyən

  4. Canim əlbətdə sənin də aşın dadlıdı.

    Bəyən

  5. Seva lap məhtəl qaldım deyirəm boşqab mənim aş mənim qazmaq mənim axı mən bunu xəbərə göndərməmişəm həm də axı mən pomidor qymamışdım boşqaba ))) canım demək ürəklərimiz yaxın olduğu ücün elə mətbəximizdə yaxındı Məndə eynilə bu cür hazırlayıram olur ki hərdən boranının üzərindən bir iki qaşıq pesok da səpirəm Bu il iki dəfə bişirmişəm Hələ boranılı günlərim qarşıdadı)) Süfrənə bərəkət Seva

    Bəyən

  6. Görürsən də, Gülüm, biz necə də oxşarıq😘😘😘Cümləmizin süfrəsi ruzili olsun, canım.

    Bəyən

  7. Ash delisiyem. Butun novlerini sevirem,birce boranili ashdan bashqa.Biz borani ile ele evvelden sevmirik bir birimizi))

    Bəyən

  8. Süfrən həmişə bol ruzili olsun, Seva, əminəm ki, sən bişirdiyin üçün dadlıdır. İdeya verdin mənə, növbəti aş mütləq boranılı olacaq. Nara da keçən il sənin bu reseptinlə bişirmişdi.

    Bəyən

  9. Xoş gəldin, İrinka, canım. Hamımızın süfrəsi bərəkətli olsun. Nara demiş, vallah darıxdıq qızımlz üçün😢😔

    Bəyən

  10. Evvela haminiza atesli salamlar.Xususile ekizim Sevinc bacima.coxxx lap cox sevdiyim bir plov hemise oldugu kimi ozel teqdimatda.Ellerin hec derd gormesin ekizim.

    Bəyən

  11. Cannn.Xos gunune gelim bacim

    Bəyən

  12. Nə gözəl görünür. Əlləriniz dərd görməsin, əzizim. Bu günlərdə hazırlamağı düşünürəm. Düzdür, bir adam deyib ki, hazırlama, yeyəsi deyiləm. Mən də dedim ki, özümə nə olub ki 😁

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: