Əvəlikli əriştə

imageƏriştə milli mətbəximizin çox sevilən xörəklərindən biridir. Dadlı olduğu qədər də faydalı olan bu xörəyin mövsümü, adətən, soyuq havalardır. Əksər evlərdə isə xalq təbabətinə üstünlük verənlər əriştəni soyuqdəymə halları olanda bişirirlər. Çünki tərkibindəki əvəlik soyuqdəymənin dərmanı sayılır, əriştəçisə xəmir xörək olduğu üçün bədənə istilik gətirib tərləməyə köməkçi olur. Belə bir dadlı və faydalı yeməyi süfrənizdən əsirgəməyin, əziz xanımlar!

Lazım olan ərzaqlar:

Lobya

Əriştə

Əvəlik qurusu

Alça turşusu

Kərə yağı

Baş soğan

Duz, istiot, sarıkök

Hazırlanması:

Əvvəlcə lobyanı yuyub qaynadırıq. Bişdikdən sonra suyunu süzüb üstündən soyuq su axıdırıq. Əvəliyi də qaynadıb suyunu süzürük, əl altına qoyuruq. Kərə yağında soğan qızılı rəng alanacan qovruruq, sarıkök əlavə edirik. Sonra qazana ya ət suyu, ya da adi su əlavə edirik. Su qaynayan kimi lobyanı, alça qurusunu və əvəliyi də bura əlavə edirik. 5-10 dəqiqə qaynadıqdan sonra əriştəni aramla əlavə edib qarışdırırıq. Düz, istiot əlavə edib daha 10 dəqiqə qaynadıb altını söndürürük. Əvəlikli əriştənin yanında ikinci yeməyi təqdim etmək sizin öz istəyinizə bağlıdır. Nuş olsun!

10/11/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 23 Şərh.

  1. Əvəlik şorbama tələsik olmayanda mən də lobya vururam, səhv eləmirəmsə, əsas reseptdə lobya var. Sizin əvəlikli əriştəniz çox xoşuma gəldi, Sevinc, mən də bişirəcəm inşəAllah. bir şey soruşum, əriştə hazır satılan əriştələrdəndir?
    Allah süfrənizi bərəkətli eləsin, mənim payımı saxlayın, günorta gəlib içəcəm, ikinci yeməyə də ehtiyac yoxdur, aşkım 🙂

    Bəyən

    • Canım, mələyim mənim, sən bəyəndinsə daha qorxum yox. Qapım üsünə açıqdır, canım, gəl. Lap yerinə düşər boranılı aş dəmləyirəm. Yox, canım, heç məndə hazır əriştə alan sifət var?! Özüm kəsmişəm ☺️ALLAL hamlmıza halal ruzi versin inşAllah.😘😘😘

      Bəyən

      • Elə dünən sizin boranılı aşı xatırlamışdım, mən bişirmişdim axı ondan, çox xoşuma gəlmişdi. İndi bilmirəm hansını seçim əriştəmi, aşmı? offfffffff nə qəliz seçim oldu 😦 Bəlkə bu gün əriştə, sabah aş olsun 🙂 Hə belə yaxşıdı.
        Əriştə kəsməliyəm hə 😦 bax bu heç də yaxşı olmadı 🙂

        Bəyən

        • Mən artıq özümə söz verdim hər həftə sonu bişirəcəm. Uşaqlar baxmayaraq ki, yemək seçimində çox təlıbkardırlar, amma əvəlikli əriştəni çox bəyəndilər.
          Ürəyin hanslndan istəyir başla, canım😘💖bu arada Şəki omasının resepti gəldi, yaxın günlərin birinə bişirəcəm inşAllah.

          Bəyən

  2. Hə, mələyim, Nübar da gəlib, resept də gəlib. Bişirəcəm inşAllah☺️☺️☺️

    Bəyən

  3. Əriştə qışda tez tez hazırladığım bir duru teməklərdəndir Qış ki gəldi bizim evdə həftədə ən azı iki dəfə əriştə yeyilir O üzdən bir xeyli kəsib qovurub qablarda saxlayıram lobyanıda bişirib soyuducuda saxlayıram amma əvəlik mənlik deyil)) yoldaşım hər dəfə deyir ki buna bir az da əvəlik vurardında bir bəhanə ilə üztümdən atıram amma ona söz vermişəm ki bir gün ancaq sənincün əvəlikli əriştə edəcəyəm Cünkü uşaqlarda sevmir Hər dən mamam da məni danlayır ki nə xeyirlidirsə siz onu sevmirsiz

    Bəyən

  4. Bizde edirik eriste biz icine eleyez vururuq coox dadli olur.Birdeki qovurma ile qiwda lap basqa olur.Sufrenize bereket baci.

    Bəyən

  5. InsaAllah.Niye olmasin?!

    Bəyən

  6. Hə, mələyim, hərdən yaxşı ideyalarım olur😂😂😂

    Bəyən

  7. Əllərinə sağlıq,Seva,qaynanamın əriştəsi haqqında demişdim axı. Sən də dedin ki, bişir , paylaş. Sənin kimi qoçaq qız bişirəndən sonra mənim kimi tənbəlin bişirməsinə ehtiyac qalmadı. Rəhmətlik də elə bu qaydada bişirirdi. Mən isə heç sevmirəm əriştəni, yeyəndə də əlacım olmur. Sizlərə nuş olsun.

    Bəyən

  8. Həyatım boyunca yeməmişəm əvəlik. Rastıma çıxsa, alacam. Biz əriştəni nar sıxıb yeyirik, bəh -bəh. Aysu imkan versə, xəmir işi görərdim. Mən bu qızla neynəyim bilmirəm. Elə hey çiy xəmir yeyir 😕
    Faydalı bir resept üçün təşəkkürlər, əzizim

    Bəyən

  9. İstər şirin, istər duzlu, istər şit, baxmır, elə yeyir ki, mən belə iştaha gəlirəm 😁 O gün pirojki hazırlayırdım, başladı istəməyə. Bir az verdim,gördüm alınmır. Başladım xəmirin üzərinə acı bibəri gəzdirməyə, yalanmışdan 😂Bu qız da ki, ilan kimi qorxur acı bibərdən, heç böyüsə də unutmaz 😆
    Yaxın olsaydınız, göndərərdim

    Bəyən

  10. Dunen berk “arvad”lanmishdim 😊. Erishte, xengel yuxasi achdim, qurutdum. Aysu da qesheng yedi, o, chiy xemirden. InsheAllah qarshidaki gunlerde edecem. Amma eveliksiz. Chunki evelik tapmaq mushkul meseledir. Qaragoz lobya ile ederem.
    Chox sag olun, ezizim

    Bəyən

  11. Sən də sağ ol, Nübarım. Əvəlik niyə yoxdur ki?

    Bəyən

  12. Resepti yazanda her seyi miqdariyla yazsaz yaxsi olar.neyi ne qeder istifade etmeyin lazim oldugunu bilenler onsuzda bisirilme qaydasinda bilirler.resepte netden baxan demek bilmirki burdan baxir.ve oxudugu reseptde qrami miqdari gormeyen onsuzda yazdiginizdan faydalana bilmeyecek

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: