Dövlət bayrağı günü

image

Bayraq, üzərində bir ölkənin, təşkilatın, fərqlənmə nişanı, rəmzi olan, bəzək nəqş edilən və ağac dəstəyə sancılan qumaş parçadır. “Bayraq” sözünün mənası da “batraq”, yəni “sancılan” anlamına gəlir. Tarixdə ilk bayrağın çinlilər tərəfindən istifadə edildiyi haqqında fikirlər var. Qoşun və ordu başçıları hərbi yürüşlərində və ya hökmdarların səfərləri zamanı sivri ağacın ucuna sancılmış bayraqdan istifadə etmişlər. Bu bayraqlar həmin dövlət və qoşunları tanıtmaqla bərabər, onların qüdrətindən də xəbər verirdi.
Tarixdə ilk qırmızı bayrağı isə Xürrəmilər qaldırmışdır(VIII əsr). Zaman keçdikcə bayraq dövlət rəmzinə, məxsus olduğu dövlətin ərazisində yaşayanların milli varlığına çevrilmişdir.
Bayraq müqəddəsir. O, təmsil etdiyi millətin varlığı qədər qiymətlidir. Bayraq məxsus olduğu dövlətin müstəqilliyini və şərəfini təmsil edir və bu səbəbdən uğrunda can fəda etmək qəhrəmanlıq kimi qəbul edilir:

Bayraqları bayraq edən üstündəki qandır
Torpaq əgər ugrunda ölən varsa, Vətəndir.

Tarixdə ən şərəfli bayraqlardan biri də Türk bayraqlarıdır. Bu bayraqların içində hər birimizin hər an qurban getməyə hazır olduğumuz bayraq isə Azərbaycan bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan, rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı, alt zolaq isə yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir;düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik(eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir;böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək olub. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərmiş və və bayrağımız da yalnlz bundan sonra dalğalanmağa başlamışdır.
İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul olunmuş və Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər üç enli üfüqi zolaqdan ibarət, yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdə qəbul edilmişdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1/2 -dir.

Qırmızı rəng – Müasir cəmiyyət qurmaq,demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni inkişaf etdirmək istəyini ifadə edir.

Mavi rəng – Azərbaycan xalğının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız abidələr də tikilib və bu abidələrin əksəriyyəti mavi rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Yaşıl rəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içindı yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.

Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bu gün torpaqlarımızın 20%-i işğal altındadır. Belə vəziyyətdə Azərbaycan bayrağının ictimai-siyasi mənası daha şərəfli məzmun daşıyır. Biz ürəkdən əminik ki, Azərbaycan oğulları tezliklə bu zər qumaşlı bayrağı Qarabağ üzərində dalğalandıracaqlar.

Azərbaycan bayrağı

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər ötər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !

Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı !

Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı !

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Azərbaycan bayrağı !

09/11/2015 tarixində Tariximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. InşAAllah, Sevincimiz, gün o gün olsun Qarabağda dalğalandıraq bayrağımızı 🙂 AMİN!

    tərəfindən bəyənildi 1 şəxs

  2. Men də tebrik edirəm. O gün gəlsin görək ki bu bayraq Füzulidə, Ağdamda, Şuşada, Laçında, Zəngilanda, Qubadlıda, Xocalıda,Kəlbəcərdə ucalsın.

    Bəyən

  3. Bayrağımız daima yüksəklərdə dalğalansın.

    Bəyən

  4. Sevinc, bir şey maraqlı gəldi mənə, icazənizlə soruşum 🙂 Şəklin dizaynı sizəmi aiddir? Yoxsa hazır şəkildirmi? Çox məntiqli gəldi mənə. Sizin cavabınızdan sonra düşüncəmi deyəcəm.

    Bəyən

    • Yox, mələyim, mənə aid deyil. Mənim də diqqətimi cəlb etdi. İlk baxışdan bəlkə də doğru qəbul edilməyə bilər, xəzəl saralıb yerə düşmüş yarpaqdır. Bu o demək deyil ki, bayrağımız ayaq altına düşüb. Əsla yox! Burda poetik məna var. Yəni torpağa qarışmış xəzəldə belə Azərbaycan bayrağı bizə dövlətçiliyimizi xatırlatmalıdır. Hara baxsaq da biz öz milli mənəviyyatımızı görməli, unutmamalıyıq. Azərbaycanın rəmzi torpağa qarışan xəzəldə də əksini tapmalıdır…

      Bəyən

  5. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Ucalarda dalğalan sən, Azərbaycan bayrağı!

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: