Poeziya aləminə yeni incilər

image

Bəzənin gəlin

Deyirsən yenə də məhəbbətdən yaz,
Qardaş artıq ötüb o yaşım mənim.
Yazanlar kam ala bilibmi ondan?
Yazmaqdan ağarıb bu başım mənim.

Məhəbbət dediyim o bəla ki, var,
Hərənin başına bir iş gətirib.
Birinə səadət, birinə hicran,
Birinə sis, duman, yağış gətirib.

Daha məhəbbətdən yazan deyilən,
İnciməsin məndən sevib-sevənlər
Onsuzda elçisin gözləmir çoxu
Ekranda bəyənir ərə gedənlər.

Sevib sevilməyin vədəsidirsə
Bir təzə ocağın qurun təməlin
Bəylər intizarda qalmasın deyə
Vaxtı itirməyin “bəzənin gəlin”

Ağlatma məni

O qədər ağlayıb sızlamışam ki,
Sən də bir tərəfdən ağlatma məni.
Yenidən sevilmək qorxudur məni,
Sən Allah özünə bağlatma məni.

Vağzalı çalanda çox ağlamışam,
Mən də ilk eşqimə bel bağlamışdım.
Qoy, gedim yolumdan saxlatma məni
Sən Allah özünə bağlatma məni.

Artıq inanmıram, özüm özümə
Ürək də yorulub, baxmır sözümə.
Belə yazıq-yazıq baxma üzümə
Bəsdir ağladığım, ağlatma məni.

Qara kölgə kimi gəzmə yanımda
Günəş batan kimi udacaq səni.
Mənim bəxt qatarım çatıb mənzılə
Yubatma, yolumdan saxlatma məni.

Sənin ki, ömrünün bahar çağıdır
Nəyinə gərəkdir payızın çəni.
Get dər yasəməni, tər bənövşəni
Solmuş qərənfiləm, sızlatma məni,
Ağladığım yetər, ağlatma məni.

Analar olmasaydı

Qızlar çələng toxumazdı,
Bağda güllər qoxumazdı,
Bülbüllər də oxumazdı,
Analar olmasaydı.

Nə məhəbbət olardı,
Nə də ki, biz olardıq.
Sirr olaraq qalardıq,
Analar olmasaydı.

Fəsillər də olmazdı
Güllər açıb solmazdı,
Canlı həyat qalmazdı,
Analar olmasaydı.

Günəş işıq saçmazdı,
Göydə quşlar uçmazdı.
Körpələr dil açmazdı,
Analar olmasaydı.

P.S: Əziz dostlar, hər üç şeirin müəllifi sevimlimiz Gülüm xanımın sevimli həyat yoldaşıdır. Şair qəlbli biri ilə ömür sürmək hər qadına nəsib olmur. Bunun özü bir xoşbəxtlikdir. Allah sizi heç ayırmasın…

Siz isə, çox dəyərli dostlarım, buyurun şeirlərə qiymət verin.

07/11/2015 tarixində Sevdiyim şeirlər içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Yaxşı şerdirlər Hələ 1 kitablarda çıxan nə qədər şerə baxın, admın bir saçı tərpənmir. müellife də teşelkkür, Sevincli dünyama da. uzun kitablar oxuya bilmirəm.ama şerlər balacadı diyə xoşuma gəlir.həm də şerler çox tesirli olur. Şerdə var dı, ama mən payiz güllerini sevirem..

    Bəyən

  2. Sevinc canım təşəkkürlər sənə Səhər səhər lap sürpriz oldu mənimcün gərək müəllif axşam işdən gələndə ona göstərim)) Şərh yazan və yazacaq olan hər bir kəsə öncədən təşəkkür edirəm

    Bəyən

  3. NƏ DESƏN

    Zirvələri aşacağam yolunda,
    Sellər kimi daşacağam yolunda,
    Şair olub qoşacağam yolunda,
    Bircə kəlmə ayər mənə hə desən.

    Bu susmağın paralayır qəlbimi,
    Baxışların yarayalır qəlbimi,
    Gəl cilovla bu tükənən səbrimi,
    Ölsəm belə, yox demərəm nə desən.

    Yağışam mən, boranam mən, qaram mən,
    Harda desən o dəqiqə varam mən,
    Tahir deyər, bir vəfalı yaram mən,
    Suçum varsa, susacağam hə desən.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Gülüm bacı Allah sizi xoşbəxt eləsin. Şeirlər də gözəldir, amma bilirəm ki, şeirlərin ilham mənbəyi daha gözəldir inşəAllah.

    Bəyən

  5. Ay Gülüm, nə gözəl şeirlər yazmış qardaşımız, sənin kimi gözəl xanımın həyat yoldaşı da elə şair təbiətli olacaq, heç şübhəm yoxdur. Zövq aldım, hər zaman yazıb yaratsın, ilhamı hər zaman coşub – daşsın, ürəyi hər zaman sonsuz məhəbbətlə vursun, stimulu ömür – gün yoldaşından alsın, bir-birinə olan məhəbbətiniz tükənməsin, canım Gülüm, səni çooooox sevirəm, sən Gülüm deyilsəneeee, mənim gülümsən….

    Ay Gülüm , sən gülümsə,
    Güllər gülə bürünsə,
    Gülüm bircə arzum var,
    Sən hər zaman gülümsə….

    Bəyən

  6. Pərişım canım bacım təşəkkür edirəm

    Bəyən

  7. Həyat yoldaşınızın gözəl qələmi var imiş, Gülüm. Belə şeirlər yazan həyat yoldaşına sahib olmaq hər kəsə nəsib olmur. Birlikdə qocalasınız. ƏIminəm ki, bu qələmin sahibi səni çox dəyərləndirur.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: