Naxçıvan çöçəsi, göyərti qutabı

image
Əziz dostlar, bu gün yenə Naxçlvan mətbəxi öz ləziz nemətləri ilə qonağımızdır. Yolumuz Sura xanımın kənd həyatını əks etdirən mətbəxinədir. İki fərqli resept təqdim edəcək Sura xanım. Sözün düzü, əzizimiz Rasimə şəkilləri göndərəndə dedi ki, Sevinc bacı, bu məxsusi sizin üçün hazırlanmış bir süfrədir. O bilir ki, kənd həyatı həmişə mənim həsrətimdədir. İllah da samovar çayı, təndir çörəyi olan süfrəni dünyanın ən bahalı süfrəsinə dəyişmərəm. Vallah imkanım olsa elə gedərəm bu şəhərdən… Sakit təbiəti, şırıl-şırıl axan çayı, yamyaşıl bağı olan bir kənd…hələ baxçasında açan gülləri demirəm. Nəfəs aldıqca ciyərlərin təmiz havanı acgöz kimi içinə çəkə…nə isə…mövzudan yayınmayaq. Hamınız maraqla resepti gözləyirsiniz indi. Buyurun, tanış olun. Mən arzulayım, siz də davam edin: süfrəniz həmişə bol ruzili, halal nemətli olsun, Sura xanım. 😘

Naxçıvan çöçəsi üçün lazım olan ərzaqlar:

1 kq un
3 ədəd yumurta
250 qram yağ
0,5 litr süd
0,5 ç/q maya
Yoğrulana qədər su

İçlik üçün:

1 kq baş soğan
0,5 kq qoz ləpəsi
Umac ( 0,5 kq undan hazırlanır)
Duz, istiot, sarıkök

Hazırlanması:

Xəmir yoğrulur, 3-4 saatlıq acımağa qoyulur. Qırmızı baş soğan maşından keçirilir, acı suyu süzülüb çıxarılır. (Duz səpirik ki, suyu asan çıxsın). Sonra yağda qızardırıq. Hazırladığımız umacı da qovururuq. Sonra hər üçünü, xırda doğranmış qoz, umac və soğanı qarışdırırıq. Duz, istiot, sarıkök vurub qarışdırırıq. Xəmir hazır olandan sonra içlik qoyub bükürük, təndirdə bişiririk. Buna təndir çöçəsi də deyilir.

Göy qutabı üçün lazım olan ərzaqlar:
1 kq un,
1 ç/q maya
0,5 st. duru yağ
Duz
Yoğurmaq üçün su

İçliyi zövqə görə hazırlamaq olar.

Hazırlanması:

Xəmiri yoğurub acıması üçün isti yerə qoyuruq içliyi hazırlayırıq: baş soğanı yağda qızardırıq, bura qabığı soyulmuş pomidor və 1 ədəd acı bibər əlavə edirik. Sonra göyərtilər soğranıb əlavə olunur, birgə qovrulur, duz, istiot vurulub altı söndürülür. İstəyə görə içliyə nar, zirinc əlavə etmək olar.
İki saatdan sonra gəlmiş xəmirdən kündələr tuturuq. Nəlbəkidən bir az böyük açıb ortasına içlik qoyub bükürük. Təndirdə və ya sacda bişiririk.

Bu yeməklərin yanında təndir kababının da öz yeri var. Reseptə uyğun olmadığı üçün Rasimə bu şəkli göndərməmişdi, amma mən səhifəsindən oğurladım 😝😋

image

image

06/11/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 25 Şərh.

  1. Oy nə gözəl süfrədir, mən də istəyirəm o sfürə başında oturmaq 🙂
    Sura xanım, Rasimə, süfrəniz bərəkətli olsun, Allah ruzinizi halalından bol eləsin.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Gözəl günün bol olsun, mələyim. Gedəndə səni də aparacam, heç sənsiz boğazımdan keçərmi?😘💖😘💖😘💖

    tərəfindən bəyənildi 1 şəxs

  3. Süfrə rlə sadə səliqəli acılıb ki burda hər bir təam adama ləzzət rdər Naxcıvan mətbəxini cox sevirəm ara-sıra müraciət edirəm bu mətbəxə

    tərəfindən bəyənildi 1 şəxs

  4. Gülüm, sən hələ ərik mürəbbəsinin gözəlliyinə bax👍☺️

    Bəyən

  5. Mən də istədim… burda vafli ilə çay içirəm, heç sevmədim bu vafli tayfasını, indi görün bu süfrəyə baxa-baxa mən o vaflini necə yeyirəm … Görəsən harda əyləşim … Gözəlliyə bir bax…

    tərəfindən bəyənildi 1 şəxs

  6. Harda ürəyin istəyir, sarışınım😘💖🌷💐 mən də uşaqlığımdandır vaflini sevməz oldum😂😔

    tərəfindən bəyənildi 1 şəxs

  7. Buyurun gelin haminiz qonagimiz olun.Haminiz ucun yuxaro basda yerimiz var.

    Bəyən

  8. Sevinc xanim ve xanimlar xos sozlere gore sagolun.Buyurun haminizi devet edirem gelerseniz coxxxxx sevinerik inanin .Duz deyirsiniz esil sizin yerinizdir Sevinc xanim kende gederken Rasimenin ureyinden kecdi dedi kas Sevinc xanim burda olardi .

    Bəyən

  9. Çox sağ olun, ALLAH süfrənizi həmişə ruzili eləsin, Sura xanım. Rasimə mənə bələddir də, həm də bilir sizə gəlməyi necə çox istəyirəm😘😘

    Bəyən

  10. Bəh – bəh necə gözəl yazmısınız, əzizim. Uşaqlığım təndir çörəyi , samavar çayıyla keçib 🙂 Dağların qoynunda..İnşAAllah sizədə qismət olar, arzularınız gerçək olar..Süfrəniz bol ruzili olsun, xanım. Ən sevdiyim qutab bəh- bəh, əllərinizə sağlıq 🙂 Nuş olsun..

    tərəfindən bəyənildi 1 şəxs

  11. Bu süfrəyə baxıb ilk ağlıma gələn fikri yazacam. Bu gözəl, isti süfrəni 100 dəbdəbəli, şanlı süfrəyə dəyişmərəm. Süfrədə barmaq qoymağa yer olmur, ancaq hər kəsin çöhrəsində sünilik, vəziyyəti yolavermə. Amma belə süfrələr mehriban olur, əziz olur. Ayrılmaq olmur bu mühitdən. Gözəl xatirələrə səyahət etdirdiniz. Əlləriniz dərd görməsin, Sura xanım. Allah süfrələrimizin halal ruzisini əksiltməsin inşəAllah. Azından, amma halalından
    Əzizim, sizə də təşəkkür ki, bu auranın təşkilatçısı, Sevincimizsiniz 😙

    Bəyən

    • Nübarım xoş gəlib, səfalar gətirib😘😘😘Əzizim, mənim süfrəm də, ürəyimin, evimin qapısı da həmişə yaxşılıq, xoş aura üçün açıqdır. Özün tapan, yanımda olacaq😍💐🌹💖 Ay gözəlim, mənim uşaqlarım oma deyə-deyə qaldılar axı, ədviyyatlarınacan alıb qoymuşam, resept gözləyirəm😔

      Bəyən

  12. Axşamınız xeyir,mənim əzizlərim.Mən tez-tez gələ bilmirəm,məni bağışlayın,nə qədər söz versəm də alinmir.Nənəlik özünü göstərir.Allah hamınıza qismət eləsin!Amin!
    Şura xanima da,Rasiməyə də belə gözəl süfrə ilə bizim rayon,kənd istəyimizi,həsrətimizi oyatdıöına görə təşəkkür edirəm.Süfrələri bol olsun.Ən əsasi da belə gözəl insanlarla bir süfrədə oturmaq bizə də nəsib olsun.Gözəl reseptlərdir.Sevincim bu gözəl süfrədə məmuniyyətlə oturardiq,o gözəl və qədim Naxçivan torpağinin havasini ciyərimizə çəkərdik.Mən də çox sevirəm bağlı-bağatlğ kənd,rayon yerlərini.Bir də o yerlərin sadə,gülərüz insanlarini.

    Bəyən

  13. Sən xoş gəldin, əzizimiz Günel. Bağışlamırıq, axı biz də darıxırıq səndən ötrü😘😘😘Sən nəvəni ver bir az da biz saxlayaq, sən də dincəl, biz də nəvə keyfi yaşayaq))) Allah ailəsinə qismət eləsin, canım, təbii zarafat edirəm. Amma sözün düzü çox darıxırıq, Sada, Esmira, Leyla, Seadet Sexavet, Nigar…kimləri qeyd etmədimsə inciməsin, hamınız üçün çox darıxırıq…

    Bəyən

  14. Gələcəyəm canim.Mən də darıxıram.Demək sadaladığın qızlarımız da gələ bilmir hə?Hamısını çox sevirəm,yəni hamınızı.İndi yatib,mən də bir az dincəlmişəm deyə gəlmişəm.Yoxsa hər gün gec yatır,o da yatanda biz süst düşürük.:))

    Bəyən

  15. İnşAllah, canım, gözləyirik səni həmişə. Hə, o qızlar yerli-dibli yoxdular😢😢😢
    Mən də hərdən gənc analara öyüd verirəm ki, niyə tək uşaqla kifayətlənirsiz, demək, belə çətin olub uşaq saxlamaq😂😂

    Bəyən

  16. Hə canım,indiki uşaqlar bir başqadır.:)))

    Bəyən

  17. Əllərinizə sağlıq .Süfrəniz ruzili bərəkətli olsun həmişəəə Aminn .Mən gecikdim yer tapa bilmirəm😟.Yanınızda yer edin burtəhər də olsa yerləşim😘😚

    Bəyən

  18. Canım mənim təşəkkürlər.Nə yaxşıki varsız💜Yegişsiz qonaqlıq olar heç

    Bəyən

  19. İndi biz Bakıda təndiri hardan alaq, ay Sura xanım. Mən gecikdim bu süfrədən pay götürməyə. Bəlkə növbəti dəfə bişirib gətirəsən Bakıya, qızları da yığasan süfrənin başına.
    Süfrənə bərəkət, Sura xanım.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: