Sağlam ürək üçün məsləhətlər

image

Sağlam bir orqanizmə sahib olmaq üçün sağlam ürəyin olması çox vacib şərtlərdən biridir. Yaxşı, gəlin görək ürək sağlamlığımızı qorumaq üçün nələrə diqqət eməmiz lazım olduğunu bilirikmi? Qeyd edim ki, aşağıda məsləhət görülənlərin əksəriyyəti qadınlar üçün nəzərdə tutulub.
Gecə altı saatdan az yatan insanlar, yeddi-səkkiz saat yatanlarla müqayisədə iki qat daha çox ürək xəstəliyi riski altındadırlar. Yuxu insulin fəaliyyətinin təşkil edilməsinə kömək edir. Az yuxu hüceyrələrinizin insulinə qarşı daha müqavimətli olmasına gətirib çıxarar, bu da qan şəkərinin yüksəlməsi, çəkinin artması və ürək xəstəliklərinə səbəb ola bilər. Yorğunluq qadınların daha çox ciddiyə almadıqları bir ürək xəstəliyi əlamətidir. Əgər yaxşı bir yuxudan sonra belə özünüzü mütəmadə olaraq əldən düşmüş kimi hiss edirsinizsə, həkiminizə bu haqda mütləq bildirməlisiniz.

 
Ürək xəstəliyinə tutulma riskini azaltmaq üçün sizin çəkiniz əhəmiyyətlidir, amma bel ölçünüz ürək sağlamlığı üçün daha əhəmiyyətli bir ölçüdür. Qadınlarda 90 cm-n üzərində, kişilərdə 100 cm-n üzərində bir bel ölçüsü ürək xəstəliyi riskini artırır. Həftədə ən az üç dəfə, 30-60 dəqiqə aerobika məşqi etmək lazımıdr. Əgər bunu həkim göstərişi olan diyeta ilə birgə etmiş olsanız, ürəyinizi gücləndirməyə nail olacaq və yüksək xolesterol ilə, yüksək təzyiqi salmağa kömək etmiş olacaqsınız.
Gülmək həqiqətən ən yaxşı dərmandır. Bədəniniz stress hormonu olan kortizola qəh-qəhəylə cavab verir. Stressiz olmaq həm təzyiqin qalxmamsı deməkdir, həm sizi ruhən güclüsünüz deməkdir və həm də immunitetiniz güclüdür deməkdir. Aparılan araşdırmalar depressiyada olan fərdlərin infarkt keçirmə ehtimalının iki dəfə çox olduğunu göstərir. Bu səbəblə hər gün həyatınıza qəh-qəhə əlavə edin!
Ailənizin irsi xəstəlik “hekayəsini” bilmək ürək xəstəliyi üçün hazırlıqlı olmanıza kömək edər. Yaxınlarınızdan birinin ürək problemiylə qarşılaşması, sizdə də ürək-damar problemlərin inkişaf riskinin yüksək olduğunu göstərir. Buna görə də həkiminizlə ailə hekayənizi bölüşməniz vacibdir.
Stressiz həyat ürək sağlamlığını qoruyan təbii yollardan biridir. Həmçinin araşdırmalar nizamlı cinsi həyatın da təzyiqi saldığını göstərir. Həftədə ən az iki dəfə sekslə məşğul olmaq kişilərdəki mövcud ürək xəstəliyi riskini azaltmağa kömək edər.
Xoruldama probleminə laqeyd yanaşmayın! Xoruldama ürək problemlərinin inkişaf riskini artıran ən birinci tibbi vəziyyətdir. Çəki problemi olan insanlarda xoruldama ehtimalı daha çoxdur. Müalicə edilməmiş xoruldama xəstəliyi, yüksək təzyiq, diabet və ürəklə bağlı xəstəliklərə həssaslığı artırır.
Qidalanma menyusuna baxarkən duz ən diqqəti cəlb edən maddələrdən biridir. Duzdan çox istifadə yüksək təzyiqə səbəb olan amillərdəndir. Xüsusilə, yaşınız 50-ni keçibsə, duz qəbuluna məhdudiyyət qoymaq vaxtıdır demək. Əvvəlkinə nisbətən 1 çay qaşığı az duz qəbul etmək daha sağlam bir ürəyə sahib olmanız üçün doğru yolda olduğunuz mənasını verər.
Gündə bir qədəh qırmızı şərabın ürək sağlamlığınızın qorunmasına kömək edə biləcəyini eşitmisiniz? Çünki qırmızı şərab ürək damarlarını qorumağa köməkçi olan antioksidanlar baxımından zəngindir və xolesterolu salmaqda təsirlidir. Pivənin da ürək sağlığında təsirli olduğunu bilirdinizmi? Yüksək miqdarda B6 vitamini olan pivə, bu xüsusiyyətiylə ürək xəstəliyinə gətirib çıxaran zərərli kimyəvi maddələrin çoxalmasına qarşı mübarizə aparar. Amma qədərindən çox içməmək şərtiylə, çünki çox spirt, təzyiqin yüksəlməsinə, ürək çatmazlığına, ürək ritmi probleminə yol aça bilər və ürək əzələlərinə zərər verər. Heç içki içənlərdən deyilsinizsə, sağlamlıqdır deyib içkiyə başlamaq tövsiyə edilmir!

 
Damar tutulmaları, xolestrol yüksəkliyi ürəyin işini zəiflədən səbəblərdən biridir. Qanda laxtalanmanın tez baş verməsi də ürək üçün ciddi təhlükələrdən biridir. Bunun üçün aspirin ən yaxşı köməkçidir. Lakin sizdə bu əlamətlərdən hansı biri varsa, gecikmədən həkimə müraciət etməniz daha düzgündür.

04/11/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Faydalı xəbərdir, məlumatlı olmağımız yaxşıdır. İçkinin faydasına gəldikdə, öz ağlımla düşünürəm ki, Allah haram buyurubsa, deməli, onda fayda yoxdur, alimlərin uydurmasıdır. Lap fayda varsa da, Allahın əmrinə itaətsizlik etmək olmaz.
    Təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Ay Sevincim, indi işimi -gücümü atım, ürəyimin nazıyla oynayım, hə ? Ürəklə məşğul olmağa vaxt yoxdur, ürək nə qədər əzaba qatlaşmış olsa o qədər dözümlü olar, yəni sən demiş yetim ürəklər, anası ölmüş ürəklər…

    Bəyən

    • Xoş gəldin, sarışınım😘😘😘
      Uşaqlığın havası var başımda,
      Ürəyimin xəncəri var qaşımda.
      De sevimmi mən indi bu yaşımda?
      Ürəyimlə bacarmıram, neyləyim?…

      Səni ürəyinin nazını mən çəkərəm, gözəlim💖💖💖

      tərəfindən bəyənildi 1 şəxs

  3. Zaman -zaman ürəklər dəyişəcək , ay gülüm,
    Döyünəcək yerində , süni ürəklər, gülüm.
    Süni ürəklə görən necə sevəcək insan?
    Plastik ürəkləmi, daşıyacam dərdimi?

    Bəyən

  4. Seva mən ilk öncə həmişə yazını oxuyuram sonra şərhləri daha sonra nəsə yazıram İndi isə fikirləşırəm ki yazıq ürəyim nələr cəkir mənim əlimdə )) Həmişə sevdiylərimin ürəyinin qayğısına qalıram öz ürəyim yaddan cıxır gərək vaxt tapım bir onun da qayğısına qalım))

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: