Qoz mürəbbəsi

image Əziz dostlar, bu gün yenə Sura xanım Naxçıvan mətbəxi ilə qonağımızdır. Bir şeyi etiraf edəcəm bu gün. Mən qoz mürəbbəsini məhz Naxçıvan mətbəxindən hazırlanıb gələn payla sevmişəm. Azərbaycanın hər bir guşəsi bizim üçün əzizdir və hər region da öz neməti ilə fərqlənir. Eləcə də Naxıçıvan. Biz fərq qoymadan doğma Azərbaycanımızı sevirik. Elə deyilmi? Eləsə, buyurun, bu ləziz təamla siz də tanış olun. Lazım olan ərzaqlar:

1 kq qoz

1,2 kq şəkər tozu

1 litr su

5-6 ədəd mixək

Bir çimdik limon duzu

Hazırlanması:

Qoz mürəbbəsini qozun qabığı bərkiməmiş, yəni sütül vaxtı bişirmək lazımdır. Əvvəlcə qozun qabığını soyub suya atırıq və hər gün iki dəfə olmaqla suyunu dəyişirik. Bunu 7-10 gün müddətincə davam etdiririk. Çalışmaq lazımdır ki, bu proses gedən müddətcə qoz sərin otaqda saxlanılsın. Bundan sonra əhəngli su hazırlayıb qozu iki saat bu suda saxlayırıq. Sonra təmiz yuyub bir neçə yerdən çəngəllə deşdikləyirik ki, bişərkən içinə şirə rahat dolsun. Daha sonra suya zəy və iki stəkan şəkər tozu əlavə edib 5-10 dəqiqə qozu qaynadırıq. Suyunu süzüb hazırladığımız şirəyə əlavə edirik. Hazır olana yaxın mixək və limon duzu əlavə edirik.

25/10/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Süfrənizə bərəkət, Sura xanım. Çox-çox ləzzətli bir görünüşü var. 😘💐🌷💖👍

    Bəyən

  2. Süfrənizə bərəkət səliqəli görünüşü var Bu il bizə saqataladan qoz mürəbbəsi pay gəlib Bu mürəbbbəni məndən başqa hamı xoşlayır Nədənsə bu mürəbbədə bir acılıq hiss edirəm amma hamı deyir ki azı zad deyil lap əladı Özümsə hec vaxt cəhd göstərməmişəm bişirməyə

    Bəyən

  3. Mən harda qəliz, əziyyət tələb edən mürəbbə var onları sevirəm. Qoz da çox sevdiyim mürəbbələrin içərisindədir. Düzü özüm hazırlamağı bacarmıram, rayondakılar da sevmir deyə bişirmirlər. Mənə ancaq almaq qalır. Bu il Qəbələdən və rayonda tanış birindən aldım, Qəbələdən alınan qurtarıb 🙂 Rayondakını da gətirməmişəm. Mənim qoz bir az olanda xoşuma gəlir, mən aldıqlarım yumşaqdır 😦
    Allah süfrənizi bərəkətli eləsin, Sura xanım, ağız şirinıiyi ilə yeyəsiniz.
    Qarpız mürəbbəsini kim bişirəcək 🙂

    Bəyən

    • Ucuz ətin şorbası dadsız olduğu kimi, əziyyıt tələb etməyən məhsul da dadlı olmur yəqin😘 Mən bu il bişirəcəkdim, bildiyin məlum səbəbdən təxirə düşdü. Gələn ilə inşAllah. Bütün qəliz mürəbbələri sənin xətrinə bişirəcəm😘🌹💐🌷😍

      Bəyən

  4. Zöhrə xanım (İrinka)

    Əlləriniz yorulmasın, Sura xanım, çox zəhmət tələb edən mürəbbədir qoz mürəbbəsi. Afərin sizə ki, öhdəsindən gələ bilirsiniz. Naxçıvanlı qonşum hər il nə əziyyətlə hazırladığının şahidi olmuşam.
    Mən isə qoz mürəbbəsini tələbə vaxtlarımda Zaqataladan olan tələbə yoldaşım Almazın sayəsində dadmışam. Elə o zamanlarda da mağazalardan hazırın alıb anama aparırdım, eşitmişdim ki, qan təzyiqinə faydalıdır. İndi nə hazırın almağa, nə də hazırlamağa maraq göstərmirəm. Yaxşı yadıma saldınız, gərək alıb istifadə edim.

    Bəyən

  5. Oyyy, mənim divanəsi olduğum mürəbbə. Nəslimdə, xələfimdə çox adam bilir ki, Nübar qoz mürəbbəsinin dəlisidir. Hər il aldırıram, həmd olsun Rəbbimə. Mən Naxçıvan bölgəsinin mürəbbəsini də yemişəm. Çox da bəyənmişəm. Onu da deyim ki, hər qoz mürəbbəsini bəyənən deyiləm haa. İnşəAllah özüm də bişirmək nəsib olar. Sevinc xanım, əzizim, inşəAllah bir gün bişirdiklərimizin dadına realda baxmaq nəsib olar.
    Sura xanım, əllərinizə sağlıq. Natürmort çox gözəl alınıb. Virtual da olsa, dadlı olduğuna əminəm 👍🌷

    Bəyən

    • Naxçıvandan mənə iki adam söz verib, nə vaxt desəm payımı həmən göndərəcəklər, bişirə bilməsəm bilirəm ki, payım var. Mən də bəyənən deyiləm, ilk dəfə Naxçıvandan gələn mürəbbə sevdirib mənə qoz mürəbbəsini. İnşAllah realda da nəsib olacaq, buna əmin ol. Sən demiş, ürək istəyirsə, ALLAH nəsib edəcək. Buzim ürəyimizdə kin-kidurət yoxdu axı…😘💖🌹💐🌷

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: