Badımcan mürəbbəsi

image

Əziz dostlar, bu gün mətbəximizin qonağı Sura xanım olacaq. Bəlkə də çoxumuzun bilmədiyi, hazırlamadığı bir resepti bizimlə bölüşəcək. Bu, badımcan mürəbbəsidir. Şəxsən mənim bu haqda məlumatım yox idi. Nə hazırlamışam, nə də yemişəm. Amma reseptin şəklindən hiss olunur ki, çox fərqli bir daddır. Süfrənizə bərəkət, Sura xanım.

Lazım olan ərzaqlar:

1 kq badımcan
1 kq şəkər tozu
1 lutr su
Limon duzu

Hazırlanması:

Badımcan mürəbbəsini payız vaxti bişirmək lazımdır. Çünki payızlıq badımcanlar acı olmur. Mürəbbə üçün balaca badımcanlar seçilir. Qabığı soyulub suya salınır, soyub qutardıqdan sonra sudan çıxarılır. Zövqə görə doğrayıb sodalı suda 1-2 saat saxlanılır. Sonra təmiz yuyulur, bir qabda suyu qaynadıb içinə zəy atıb badımcanları 3-4 dəqiqə qaynadıb süzgəcdən süzürük, bu prosesi bir də təkrar edirik. Amma bu dəfə zəy yerinə limon duzu atırıq. Üçüncü dəfə bir stəkan şəkər tozu töküb qaynadıb süzürük ki, badımcanın acı suyu tamamən çıxsın. Artıq mürəbbəni bişirə bilərik. 1 kiloqram badımcana 1 kq şəkər tozu, 1 litr su əlavə edib şirə hazırlayırıq. Qaynayan şirəyə badımcanı əlavə edib bişiririk. Hazır olana yaxın bir çimdik limon duzu əlavə edirik.

P.S: Bloqda dərc olunan resüptlər bildiyiniz kimi öz mətbəximdəndir, öz əməyimin nəticəsidir. Amma mənim çox yaxın, əziz dostlarım var ki, onlarsız nə bloqun, nə də həyatın mənası yoxdur…Bildiyiniz kimi Sonayımız bir neçə dadlı reseptini artıq bizimlə bölüşüb. Belə hiss edirəm ki, bu ənənəni digər dostlar da zamanla davam etdirəcəklər inşAllah. Bunu nəzərə alaraq reseptin şəklində kimə aid olduğunu bildirən bildiriş verməyi qərar aldım. Hər birinizin mətbəxini bloqda nümayiş etdirmək diləyi ilə, sevimli xanımlarımız.

22/10/2015 tarixində Mətbəximiz içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 28 Şərh.

  1. Süfrənizə bərəkət, Sura xanım. Əlləriniz dərd görməsin😘🌹💐🌷

    Bəyən

  2. Derce verdiyiniz ucun tesekkurler Sevinc xanim.
    Xanimlar yeyen biri olaraq deyirem super dadi var sinamaga deyer.
    Bu arada mamaminda ellerine sagliq )

    Bəyən

    • Sən belə elə də, Bakıya gələndə bir balaca banka gətir dadlna baxım. Ya da Sonaya ver o baxıb dadın mənə desin. Bu il onsuz da bişirə bilmərəm, hazırlanma prosesi çox uzundur. Gələn ilə ya qismət…
      Zarafat edirəm, sizə nuş olsun😘😘😘😘

      Bəyən

  3. Qurbandi size Sevinc xanim gondererem .Amma elede cetin deyil tez basa gelir.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Mene bir neche il evvel pay vermishdiler, amma o butov idi, hem de qaraya chalirdi rengi. Nese nefsim chekmedi deye hech dadina da baxmadim, baxmayaraq ki men ferqli murebbeleri sevirem 😍 Bu murebbenin deqiq dadina baxaram, chunki goruntusu xoshuma geldi. Rasime, Sevinc duz deyir, sen mene chatdir, men dadini Sevince deyerem 😆
    Ellerinize sagliq, Sura xanim, agiz shirinliyi ile yeyesiniz insheAllah 😘

    tərəfindən bəyənildi 1 şəxs

    • Elə mənim də rənginin açıq olmasından xoşum gəldi. Qara badımcan ağ çıxıb ləyəndən😝😀
      Sura xanım söz verib göndərəcək, sən Sada demiş “prob snimat” edərsən, mənə dadın deyərsən, mələyim😘😘😘

      Bəyən

  5. Sevinc, Eqalogiya budu dana 😆
    No problem, men hazily Sonay demishken 😀

    Bəyən

  6. sonay baciya serh yazmaq isteyrem alinmir

    Bəyən

  7. Rasime, sen Sonay baciya sherh yazma ey, murebbe ver murebbe 😅

    tərəfindən bəyənildi 1 şəxs

  8. Badımcan mürəbbəsi Naxçıvan mətbəxinə aiddir.Mən yeməsəm də, görməsəm də orda böşirildiyini bilirdim.Özüm çətin ki, bişirəm, amma paydan məmnuniyyətlə dadardım.Payınız gəlsə məni də unutmayın, Seva.

    Bəyən

  9. Qarpiz olmasin, Sevinc? Sevdiyim murebbelerdendir o da 😍

    Bəyən

  10. Qizilgulmu? Onu da sevirem😍 Bele de ki hansi murebbe eziyyetlidir, onlardan xoshum gelir. Ya da qoz murebbesi 😍 mence qozdur

    Bəyən

  11. Bu yaxınlarda mamam lap xırda sarı pamıdordan mürəbbə bişirmişdi görünüşündən elə bilirdim ağ gilasın mürəbbəsidi yeyəndən sonra bildim ki pomidor mürəbbəsidi heyif ki cəmi bir banka vermişdi)) qardaşımgilin həyətindən bişirib az olub deyənə az bişirmişdi Badımcan mürəbbəsini isə bir naxcıvanlı qonşum bişirəndə görmüşəm olduqca xırda badımcanlardan hazırlamışdı düzdü nədənsə dada bilmədim amma evdəkilər dadlı oduğunu dedilər

    Bəyən

  12. yox bilmirəm Elə bilirəm ki mənə yad olan bir dad olacaq))

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: