Naşatır spirti ilə 7 problemin həlli

image

Öz faydalılığı və tətbiqinin çoxfunksiyalılığına görə naşatır spirti fərqlidir. Məişətdə onun tətbiq sahələri ilə sizi də tanış etmək istərdim.

1. Pəncərələrdə

1 litr suya 1 xörək qaşığı naşatır spirti əlavə edin. Yumşaq kağızla və ya qəzetlə silin.

2. Paltar ağardıcısı kimi

1 xörək qaşığı naşatır spirti, 2 xörək qaşığı 3%-li hidrogen peroksidi 60-70 dərcəli 1 vedrə suda əlavə edin. Yuyulmuş paltarı məhlula batırın, elə edin ki, tam islansın. 15-20 dəqiqə gözləyin. Sonra paltarı 2 dəfə axar suda yaxalayın.

3. “Zamşa” əşyaların təmizliyi

1 hissə naşatır spirtinə, 4 hissə su əlavə edirik. Çirklənmiş hissəni pambıq tampunla təmizləyirik. Sonra 1 litr suya 1 çay qaşığı naşatır spirti əlavə edirik və bu suyla son dəfə silib quruduruq.

4. Qaralmış ütülər üçün

1:1 nisbətində naşatır spirti və sirkəni qarışdırın və ütünün qaralmış hissəsini yumşaq parça ilə silin.
5. Şüşələrdən milçək izlərini silmək üçün

1 hissə naşatır spirti, 10 hissə su qarışığı ilə bunun öhdəsindən gələ bilərsiniz.
6. Xalçaların və yumşaq mebelin rəngini yeniləmək üçün

3 xörək qaşığı naşatır spurtini 1 litr su ilə qarışdırmaq və süngər vasitəsiylə tətbiq etmək.
7. Ağcaqanadın və başqa həşəratların sancmalarına qarşı

Sancmaların yerlərini naşatır spirtiylə isladırıq, artıq bir neçə saniyə sonra qaşınma dayanır.

21/10/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Yadımdadır ki mamam həmişə müəyyən təmizliklərdə naşatır spirtindən istifadə edirdi Drap paltoları pencəkləri siləndə naşatır spirti ilə silirdi ki rəngi bozarmasın İndi bizi müxtəlif kimyəvi təmizləyicilərdən istifadə etdiyimizi görəndə deyir ki vallah elə naşatır spirtindən isyifadə edin həm ucuzdu həm də ziyansız))

    tərəfindən bəyənildi 1 şəxs

  2. Meslehetlerinize gore teshekkur edirem, Sevinc. Men bilmirdim duzu, ehtiyac olduqda yararlanacam insheAllah.

    Bəyən

  3. UGURlu olsun blogunuz,,

    tərəfindən bəyənildi 1 şəxs

  4. Hər bir ev xanımının işinə yarayacaq məsləhətlərdir, Seva,çox sağ ol. Lazım gəldikcə yararlanmağa çalışaram.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: