Qiyməli, pendirli bükmə
Lazım olan ərzaqlar:
Xəmir üçün:
2 stəkan süd
250 qram duru yağ
1 kq 400 qram un
2 ç/q maya
1,5 ç/q duz
1 x/q şəkər tozu
4 ədəd yumurta
İçlik:
Qiymə
Pendir
Cəfəri
Duz, istiot, sarıkök
Üzəri üçün: 2 yumurtanın sarısı, azacıq duru yağ, sarıkök
Hazırlanması:
Əvvəlcə qeyd edim ki, bu miqdar ərzaqlardan 30 ədəd bükmə alındı. İstəsəniz yarı miqdar ərzaq da götürə bilərsiniz. Keçək hazırlanma qaydasına. Əvvəlcə südü ilıq edib maya və şəkər tozunu əlavə edib qarışdırırıq. Sonra qalan ərzaqları əlavə edib xəmir yoğururuq. Yumşaq xəmir allnır. Üstünü örtüb acımağa qoyuruq. Xəmir acıyanacan içlik hazırlanır. Çəkilmiş ətə soğan, duz, istiot, sarıkök əlavə edib bişiririk, qiymə hazır olub soyuduqdan sonra bura pendiri sürtgəcdən keçirib, cəfərini doğrayıb əlavə edirik. Acımış xəmirdən kiçik kündələr tuturuq. Yayırıq, şəkildəki kimi bir neçə yerdən kəsirik. Bütöv hissəyə içlik əlavə edirik, kəsiyə doğru bükürük. Aypara forması verib qənnadı təbəqəsinə düzürük. 10-15 dəqiqə qaldıqdan sonra üzərinə yumurta sarısı çəkirik, istəsək çörəkotu, ya da küncüt də səpə bilərik. Əvvəlcədən qızdırılmış sobaya bişməyə qoyuruq.
19/10/2015 tarixində Mətbəximiz içində dərc edildi və börek, pedirli içlik, pendirli bükmə, qiyməli, sobada peraşki olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 16 Şərh.
30 eded 😳 He bereketli olsun, yeqin bize de chatar 😉 Maraqlidir, qeshengdir ve Sevincin metbexinden chixibsa, dadlidir😍 Tez men oz payimi goturum. Allah sufrenizi halal ruzili etsin, Sevincim 😘
BəyənBəyən
Sonaycım günortasın elədi artıq))) Mən də edirəm bu bükmədən uşaqlar sosislə də sevirlər
BəyənBəyən
Bizim ailəni bilirsən də, mələyim, onun işi, bunun günartası ancaq çatır😂😂😂
Vallah özüm hazırlamışam deyə demirəm, çox dadlıdır. ALLAH hamımızın süfrəmizi bərəkətli etsin😍
BəyənBəyən
Sən də qonaq ol, Gülüm😍😍💖
BəyənBəyən
Məmuniyyətlə
BəyənBəyən
Sevinx baci eder o pis olar?
Ureyim yaman istedie goresen sizin etdiklerinizden yemel qismet olacaq ?!
Sufrenize bereket
BəyənBəyən
Gəl qonaq ol, şirinim. Əlbəttə, olacaq. Sənnistə ALLAH qismət edəcək bir gün😘😘😘
BəyənBəyən
İnsaAllah ..
BəyənBəyən
Deyirem, Sevinc neter bukme bishiribse etru alema yayilib ve kimleri getirmeyib bizlere 😍 Shirinim, xosh gelmisen 😘
BəyənBəyən
Hə, mələyim, bu bükmənin ayağı yaman düşərli oldu😂😂😂
BəyənBəyən
Əllərinizə sağlıq, Sevincimiz😇😊😘💕💋🌹❤👍
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çox sağ ol, Ayselim😘😘🌹💐🌷💖
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Yenə Sevinc bişirib yığıb ora, süfrənə bərəkət, Seva.Sənin mətbəxindəndirsə, əminəm ki, dadlıdır,növbəti istirahət günlərimdə sınayacam.
BəyənBəyən
Çox sağ ol, İrinka. ALLAH hamınln süfrəsini bərəkətli etsin. Mütləq bişir, uduzmayacaqsan. Amma sən verilən ərzaqların tam yarısını götür, 15 ədəd çıxacaq.😘🌹🌷💐👍
BəyənBəyən
Seva, pendir hansından olsa olar, yoxsa Holland pendiri? Bir də 4 yumurtanın ikisinin sarısını üzərinə saxlayaq, ya ayrıca?
BəyənBəyən
Yox, canım adı duzlu ağ pendir. Mən üzərinə ayrı yumurta götürdüm, dördünü də xəmirə əlavə etdim.
BəyənBəyən