Nöqtə masajının üzdə tətbiqi haqqında

image

Üzdə edəcəyimiz nöqtə masajı ilə cavanlığın, həm də sağlamlığın sirrini əldə edə bilərik. Yəqin ki, bu bir çox xanımın diqqət mərkəzində olacaq bir xəbər olacaq. Elə isə, əziz xanımlar, buyurun nöqtələrlə və onların rolu ilə tanış olun. Şəklə diqqət etməyi unutmayın.

Qeyd edim ki, bu masajla həm üzdəki qırışlardan azad olmaq olar, həm gərginliyi aradan qaldırmaq, həm də qan dövranını yoluna qoymaq mümkündür.

1. Bu nöqtə çox vacib nöqtə sayılır. Əgər siz yuxusuzluqdan, nevrozdan, müxtəlif səbəblərdən olan baş ağrısından, miqrendən əziyyət çəkirsinizsə, bu nöqtənin masajı sizi bu ağrılardan xilas edəcək. Əbəs yerə deyil ki, qədim loğmanlar bu nöqtəni – “min nöqtənin görüşü” adlandırlblar.

2. Gözün daxili bucağından 0,3 sm məsafədə “aydın işıq” nöqtəsi yerləşir. Adı artıq özü haqqında məlumat vermiş oldu. Bu nöqtənin masajı görmə dəqiqliyini yaxşılaşdırır.

3. Qaşların başlanğıcında, 2-ci nöqtənin (aydın işıq) üstündə, nöqtə 3 yerləşmişdir, bu nöqtə başgicəllənmə vaxtı olduqca effektlidir.

4. Qaşların üzə tərəf hissəsində 4-cü, “bambuk sapı” adlandırılan nöqtə yerləşmişdur. Bu nöqtə pis görmə vaxtı və damar mənşəli baş ağrılarında köməyə çatır.

5. Çox tez-tez istifadə edilən nöqtə: o burnun üst hissə mərkəzində yerləşir, burunun ucundan gedən şaquli xətdə. Bu nöqtə “məbədlə görüş” – poetik ada malikdir. Yuxusuzluq vaxtı kömək edir, baş ağrıları, başgicəllənmə vaxtı da nöqtənin masajı ümumi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

6. Miqren vaxtı təxminən gözün xarici bucağından 0,6 sm məsafədə yerləşmiş nöqtə olan 6-cı nöqtənin masajı vacibdir.
7. Bu nöqtə “günəş” adlanır: o qulağın və qaşların xarici sonunun arasında, gicgah çökəyində yerləşir. Emosional dayanıqsızlıq vaxtı effektivdir, gözlərin, miqrenin və ya baş ağrısı xəstəlikləri zamanında təsirlidir.

8. Bu nöqtənin masajı əvəzolunmaz təsir göstərəcək, o zaman ki, sizdə baş ağrısı, nitq pozğunluğu, başgicəllənmə var. Bu nöqtənin masajı həm də mədə xəstəlikləri və haymorit zamanı da effektiv sayılır.

9. Doqquzuncu nöqtə “yanağın oxu” adlanır, o yuxarıya doğru yerləşmişdir və qabaqdan alt çənənin küncündən nöqtənin yerində kiçik dərinləşmə əl ilə yoxlanılır. Bu nöqtə nitq pozulması zamanı iynəbatırmada istifadə olunur. Bu nöqtəyə təsir etməklə boyunda olan ağrılara da müsbət təsir etmək olar.

10. Ürəkgetmə vaxtı, şok zamanı bu nöqtənin masajı çox vacibdir. 10-cu nöqtəni çinlilər “insanın yarısı” nöqtəsi adlandırırlar. Nöqtənin masajı üz şişkinlikləri, göz və ağız sahəsində əsəb tikləri vaxtı da tövsiyə edilir.

11. Oxşar ifadələr 11-ci nöqtəyə də aidddir. Hər iki nöqtəyə eyni zamanda olan təsir, üz şişkinliyini yox edir. Həmçinin bu nöqtələrin masajı daxili orqanların və beyinin funksiyalarını da aktivləşdirir. Nöqtə 11 səsin itməsi vaxtı effektivdir.

12. Nöqtə 12 “antistress” adlanır və o çənənin iç hissəsinin mərkəzində yerləşmişdir. Qorxu vaxtı, yüksək emosional gərginlik, neqativ, gözlənilməz xəbərlər zamanı sağ əlin baş barmağıyla edilən təzyiqlə bu nöqtənin masajını etmək lazımdır.

image

Sağlamlığınızın qeydinə vaxtında qalın!

19/10/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Sevacan təşəkkürlər yazıya görə Düzdü masajları elə də cox sevmirəm amma həkim məsləhəti ilə masajlara arada gedmişəm Mənim ən cox sevdiyim bir masajdı nöqtəvi masaj Buna adətən cin masajı da deyirlər Elə cin klinikası var orada bu masajı əla edirlər Üzümdən cox başıma elətdirmişəm bu masajı Masajdan sonra adama elə qəşəng yuxu gəlir ki )) Sanki bütün ağrıları unudursan masajdan sonra Göz ətrafı masajdan sonra sanki insanın görməsində bir işıqlanma yaranır amma onu da deyim ki bu nöqtələri deqiqliklə tapmayanda əks fəsadları cox olur ona görə də bu masajlarda məncə mütəxəssisə müraciət edilsə daha yaxşı olar

    Bəyən

    • Doğrudur, Gülüm, mütəxəssis daha yaxşı olar. Amma illərdir ki, mənim başım ağrıyanda dərman istifadə etmirəm. Hərçənd ki, dərman heç kəsmir də…mən neçə il bundan əvvəl bir həkimin məsləhəti ilə baş ağrımı yüngülləşdirirəm. Bu nöqtə masajının köməyi ilə. O məaləhət görmüşdü ki, əvvəlcə qaşln sonuna, sonra irtasına, sonra başlanğıcına, ən sonda isə iki qaşın arasına ağrıyana kimi barmaqla basmaq lazımdır, gözlər yumulu halda, həm də hər iki qaşa eyni zamanda və sonda asta-asta gözü açmaq lazımdır. Elə bil adamın göz qapağından bir ağır yük götürülür, həmən də baş ağrısı səngiyir.

      Bəyən

  2. Menim bash agrilarim aylar idi ki, yox idi. Yene de teshrif buyurublar 😣 Yoxladim bir shey olmadi, yeqin elimde enerji yoxdu 😅 Masaji sevmesem de, bashimin ovxalanmasina yox demerem. Qizim qashqabaqli duran kimi alnimi masaj edir, elini vuran kimi de *Bashinin agrisi kechdi ele?* deyir😍

    Bəyən

  3. Bax,onu lap düz qeyd eləmisən, Sevinc,”Sağlamlığınızın qeydinə vaxtında qalın!” Həmişə özümüzü ikinci plana keçiririk. Amma bu məsləhətlərinə əməl etmək lap yerinə düşərdi. Paylaşdığın üçün sağ ol, bacı.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: