Xanımlar üçün bəzi məsləhətlər

image

Qırışmış xalçalar


Xalçalarınızın qırışmış yerlərini hamarlamaq üçün, yaş bir bezlə ilıq ütünü bu yerlərin üzərində gəzdirin. Bu əməliyyatı edərkən ütünü çox sıxmamağa çalışın. Qırışmış olan hissənin düzəldiyini görəcəksiniz. Lazım olsa bir də təkrar edə bilərsiniz.


Gülləriniz quruyursa


Evinizdəki güllər bəzən böcəklər üzündən quruyar. Onların çiçək köklərini yemələrinin qarşısını almaq üçün siqaret külündən faydalana bilərsiniz. Gülün kökünə tökəcəyiniz küllər böcəklərin ölməsinə səbəb olacaq.


Yumşaq mebelin tozunu alarkən


Tozsoranınız yoxdursa və divan-kreslonun tozunu almaq lazımdırsa, bu metodu tətbiq edin: Tozunu alacağınız əşyanın üstünə nəmli bir bez sərin, bezə çubuq ilə vuraraq tozunu çıxarın. Çıxan toz nəmli bezə yapışacağından həm otaq tozlanmaz , həm də əşyalarınız tərtəmiz olar.

Güvədən xilas olmaq üçün
Güvələrin dolablarınızı zəbt etmələrinin qarşısını almaq üçün böyük bir portağalı götürün, üzərinə mixək batırın. Bunu geyim əşyaları olan dolabınıza, ya da sandığın bir küncünə qoyun. Beləcə dolablarınızdan güvə təmizlənər.

Taxta qapı və çərçivələrin təmizliyi
Əllərinizin ağ və ya açıq rəngə boyanmış qapı və taxtalar üzərində necə pis izlər buraxdığını bilirsiniz . Taxta əşyalar belə çirkləndiyi zaman edəcəkləriniz bundan ibarətdir: Çiy bir kartofu ortadan ikiyə bölün və ləkəli yerə yüngülcə sürtün. Ləkələr dərhal yox olacaq və əşya köhnə halına dönəcək. Həmçinin taxta əşyanı təmizləmək üçün bu üsul da çox təsirlidir.


Qəhvə tökülərsə


Üzərinizə və ya xalçaya qəhvə tökülərsə, ləkəni soyuq suyla islatdıqdan sonra dərhal bir neçə damcı qliserin ilə təmizləyin .


16/10/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Canı yanmış heç ev təmizləyənə oxşamır ey 🙂
    Güllərə siqaret tütününü mən sınaqdan keçirtmişəm, yaxşı effekt verir, amma həmin müddət gülə su tökmək olmaz.
    Ağ və açıq rəngli qapı, pəncərə ilə heç aram yoxdur, elə bu ləkələrin bilinməsinə görə 🙂
    Faydalı məsləhətlərə görə təşəkkür edirəm, Sevincim. Mən sizin bir vaxtlar dərc elədiyiniz xəbərdən yararlanmışam, ərpin soda və sirkə ilə təmizlənməsində. Əla nəticə əldə olunur. Buna görə də təşəkkür edirəm.

    Bəyən

    • Hə, demə day😂😂😂
      Sənə də təşəkkürlər, mələyim. Həmişəki kimi hər yazıma ilk şərh səndən gəlməlidir😘😘😘😘🌹🌺💐 Bəzi yeni məlumatlar toplamışam vaxt edib tərcümə edib yerləşdirıcəm inşAllah.

      Bəyən

      • Tozsoranı tutmağından hiss olunur ki, naşıdır 🙂 Yerinə olaydım onun 😦
        Başqa cür ola bilməz. İnşəAllah yerləşdirərsiz, biz də oxuyub, məlumatlanarıq.

        Bəyən

  2. Sevinc təşəkkür sənə canım Bu cürə məsləhətlərdən hec vaxt yan kecə bilmirəm Birinci məsləhətsə lap yerinə vaxtına düşdü havalar soyuyub xalcaları hələ döşəməmişəm Xalcalarımı qatlamaq olmur deyənə dürüb qoyuram Amma bir iri xəlcəm var onu iki qatlayıb sonra dürürəm Qışda sərəndə bir iki gəftə düz bir hissəsi qalxır Gecələr o hissəyə agır yük qoyurdum ki acılsın eləcə acılırdı Bu dəfə bu məsləhətdən yararlanacam

    Bəyən

  3. Maraqlı idi.Təşəkkürlər, Sevincimiz 😊😇😍❤💋👍💕🌷🌹😘

    tərəfindən bəyənildi 1 şəxs

  4. Tesekkurler lazimli meslehetler ucun

    Bəyən

  5. Xalçaları hələ sərməmişəm, məsləhətin lap yerinə düşdü, Sevacan.Yumşaq mebelin tozunu almaq üsulundan həmişə istifadə edirəm, lap çoxdan bir kitabdan oxumuşdum.Güvə üçün şkafa naftalin həmişə qoyuram, amma istər paltarı, istərsə də digər əşyaları götürüb istifadə edəndə naftalinin iyi heç xoşuma gəlmir, dediyin bu məsləhəti mütləq tətbiq edəcəm.Güllərə düşən ağ xırda cücülər məni lap həvəsdən salıb.Nə qədər vasitə və üsullardan istifadə elədimsə öhdəsindən gələ bilmədim, deyirsən siqaret külü kömək edər yəni??? Sonuncu dəfə də bunu edəcəm, kömək etməsə, dibçəkli-zadlı atacam getsin.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...