Məntiq və riyazi əyləncə tapşırıqları

image

1. Aşağıdakı yazılışlarda bəzi ədədlər arasında “+”, “-“, “x”, “:” işarələrini elə qoy ki, doğru cavab alınsln.

a) 5555=16;                  b) 33333=7

2. 6 dənə 9 rəqəmindən əməl işarələrindən və mötərizədən istifadə etməklə elə ifadə qur ki, onun qiyməti 20-yə bərabər olsun.

3. Bir binada 250 mənzil var. Başqa binada isə 142 mənzil var. Bu binadakı mənzillərdən 114-ü bir otaqlı, 184-ü iki otaqlı, qalanları isə üç otaqlıdır. Bu binalarda neçə üç otaqlı mənzil var? Üç otaqlı mənzillərin sayı bir otaqlı və iki otaqlı mənzillərin sayından nə qədər azdır?

4. Elə iki ədəd yaz ki, onların cəmi 11-ə, hasili isə 28-ə bərabər olsun.

5. Qanunauyğunluğu müəyyən et və ardıcıllıqda növbəti 3 ədədi yaz.

a) 289, 312, 335, 358, …, …, …

b) 986, 934, 882, 830, …, …, …

6. Üç ovçu yarma bişirirdi. Bitinci ovçu 2 stəkan yarma, ikinci ovçu 1 stəkan yarma, üçüncü ovçu isə yarması olmadığı üçün 5 güllə verdi. Birinci və ikinci ovçu güllələri öz aralarında necə bölməlidirlər?

7. 4 dənə 7 rəqəmindın əməl işarələrindən və mötərizələrdən istifadə etməklə elə ifadələr qur ki, bu ifadələrin qiyməti 1; 2; 3; 4; 5; 6 və 7-yə bərabər olsun.

8. 9 litrlik və 4 litrlik vedrənin köməyi ilə çəlləkdən vedrəyə 6 litr suyu necə tökmək olar?

9. 7 almanı 8 nəfər arasında necə bərabər bölmək olar?

10. Vüsal piyada gedərkən 1 saatda 6 km yol gedir. Evdən məktəbə qədər olan yolun uzunluğu 1 km-dir. Vüsala məktəbə çatmaq üçün 25 dəqiqə vaxt bəs edər?

16/10/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. 1. 55:5+5=16 3*3-3+3:3=7
    2. 9:9+9:9+(9+9)=20
    3. 94 və 1 otaqlıdan 20, 2 otaqlıdan 90 mənzil azdır.
    4. 7 və 4
    5. a) 23 artır, yəni 381, 404, 427
    b) 52 azalır, yəni 778, 726, 674
    6. Səhv yazıb 🙂 Yazıb ki, 2-ciyə birini versin.
    7. 7:7+7-7=1
    7:7+7:7=2
    (7+7+7):7=3
    … Cavabı 4, 5 və 6-nı baş açmadım, qarışıqdır 😦
    (7-7)*7+7=7
    8. Bunun cavabını doğru alsa da, çox uzun getmişdi. yazmağa hövsələm çatmadı. Asan yolu başa saldım.
    9. Özün yemə!!! 🙂
    10. Bəs edər deyir.
    Bu mənim oğlumun cavabları 🙂
    İnşəAllah digərlərini də etdikcə yerləşdirəcəm.
    Allah razı olsun, Sevinc.

    Bəyən

  2. 6-cı və 9-cu tapşırlqlardan başqa digər hamısı doğrudur. Afərin mənim Eşqin balama👍😘😍
    Təkrar bir də baxsın, edə bilməsə doğru cavabı yazaram.

    Bəyən

  3. Axşam vaxt edə bilsə dərslərindən bir də baxdıraram 🙂 Görüm tapa biləcəkmi?
    O biriləri də edəcəyik yaxın günlərdə.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: