Ət yeməklərindən düzgün istifadə edək

image

Zülalın bədənimizdəki əzələlərin quruluşunda əhəmiyyəti böyükdür. İmmunitet sistemimizi meydana gətirən hüceyrələrin ana maddəsidir. Bəzi hormonların əsas maddəsi də proteinlərdir .
Zülal bədənə enerji verir. 1 qram yağ 9 kkal təşkil edərkən, eyni miqdarda karbohidrat və zülal 4 kkal təşkil edir. Yəni zülallı yeməklər enerjisi çox yüksək olmayan yeməklərdir. Karbohidrat və yağ az qəbul olunduğunda təməl enerji maddəsi olaraq zülal istifadə edilər. Ancaq zülal az alındığında, karbonhidratdan və yağdan zülal alına bilməz.
Bir çox qida maddəsi zülal tərkiblidir. Heyvan mənşəli yeməklərin zülal nisbəti daha yüksəkdir və daha keyfiyyətlidir. Ət, toyuq , balıq , yumurta , pendir və süd məhsulları ən qiymətli zülal qaynaqlarıdır. Bununla birlikdə quru paxla , noxud , mərcimək və soya paxlası kimi bitki mənşəli yeməklərin də zülal nisbəti yüksəkdir. Zülal dəyəri yüksək olan bu yeməklər eyni zamanda B12 vitamini və dəmir baxımından da çox zəngindir.
Bədənimizin əhəmiyyətli miqdarda zülal anbarı yoxdur. O səbəblə hər gün mütləq zülal dəyəri yüksək olan yeməklər qəbul edilməlidir. Əgər alınan zülal bədənin xərclədiyindən daha az olsa zülal qeyri-kafiliyi vəziyyətləri ortaya çıxar. Xüsusilə uşaqlarda böyümə-inkişaf yavaşlarında bu daha çox hiss olunar. Bu böyüklərdə isə bədəndə şiş , qaraciyər piylənməsi , dalaq böyüməsi və dəridə yaralarla ortaya çıxar. Yeniyetmələrdə isə immunitet sistemində zəifləmələrlə özünü göstərər. Ət yeməyən yeniyetmələrdə B12 vitamini əskikliyi və dəmir əskikliyi qaçınılmaz haldır. Bu vəziyyətdə ilk zədə alan sistem də yaddaş olacaqdır. Unutqanlıqlar , əllərdə, ayaqlarda keyləşmələr, yaddaş zəifliyi baş verəcək.

Zülal diyeti sağlam diyet sayılırmı?



Bəzən də zülal ehtiyacdan çox qəbul edilir. Xüsusilə bəzi zülal diyetlərində insanlara yalnız yüksək nisbətdə zülal verilir. Bu diyeti saxlayan insanlarda sürətli və yüksək miqdarda çəki itkisi ola bilər. Ancaq bu diyetlərlə insanlar çəki vermiş olsa belə, bəzi problemlər yaşana bilər. Belə ki, zülallar bədəndən atılarkən sümükdən kalsium götürər və bu vəziyyət osteoporoza , yəni sümük əriməsinə səbəb olar. Zülallı qidalar, ümumiyyətlə, yüksək miqdarda doymuş yağ turşuları tərkiblidir, bu da qan yağlarını yüksəldər və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Gündəlik qidalanmamızda bütün qida qruplarını qədərində yemək əhəmiyyətlidir. Bir yemək faydalıdır deyə düşünülərək çox qəbul etmək və ya sevilməyərək kifayət qədər qəbul edilmədiyində müxtəlif xəstəliklərə zəmin hazırlaya bilər. O səbəblə siz yeməklərə qarşı diqqətli olun, yəni zamanında və həddində yeyin.

Ət yeməkləri hazırlayarkən nələrə diqqət etmək lazımdır?



Əti çox qəbul etsək, əgər təzyiq, xolesterol, ürək xəstəliyi kimi problemləriniz varsa bu xəstəliklərin şiddətlənməsinə səbəb olar. Gündəlik qəbul edəcəyiniz əti məhdudlaşdırmaq üçün alacağınız bir neçə tədbir bu işdə müvəffəqiyyətli olmanızı təmin edər. Məsələn gün ərzində ət yeyəcəksinizsə, səhər pendir, yumurta, kolbasa, sosiska, basdırma kimi zülal dəyəri yüksək qidaları məhdudlaşdırın. Onların yerinə yulaf və təzə meyvə yeməyə üstünlük verin. Əti günorta yeməyində qəbul edin. Axşam isə mütləq tərəvəz yeməyi ilə qatıq yeməyə çalışın. Bir payda belə buna diqqət etmək bədəninizin həddindən artıq zülal ilə çirklənməsinin qarşısını almağa kömək edir .
Əgər qan azlığı probleminiz varsa ətin yanında mütləq limonlu bir salat yeyin. Çünki həm limonun, həm də salatın içindəki C vitamini dəmirin bədən tərəfindən daha yaxşı istifadə edilməsini təmin edər. Ətlə birlikdə qatıq yemək və ya ayran içmək dəmirin sorulmasını azaldır. İçki olaraq təzə sıxılmış meyvə suyu içmək yenə yüksək C vitamini və yüksək dəmir udma təmin edər. Ətin üzərindən dərhal çay, qəhvə içməyin. Bu vəziyyətdə yenə dəmir bədəndən atılar. Çay və qəhvə qəbulu əti yedikdən ən az 3 saat sonra olmalıdır.


Əgər təzyiq, ürək, böyrək xəstəliyi və sümük əriməsi probleminiz varsa ətin yanında duzdan çox istifadəyə və içkilərə üstünlük verməyin. Ayrıca yüksək zülalla birlikdə çox duz qəbul etmək böyrək problemi və sümük əriməsi olanlarda bu proseslərin şiddətlənməsinə səbəb ola bilər.
Əgər çox ət yesəniz, kifayət qədər tərəvəz-meyvə yeməzsəniz və kifayət qədər su içməsəniz, qəbizlik qaçılmaz olaraq qarşınıza çıxacaq. Ətin yanında qaynadılmış balqabaq, kök, yaşıl lobya kimi lif nisbəti yüksək yeyəcəklər qoymağı vərdiş halına gətirməyə çalışın. Hər gün ən az 10-12 stəkan su içməyə çalışın. Çörək olaraq da tam buğda çörəyi və ya ətin yanında yarma plovu ilk seçim ediləcəklər olmalıdır.
Bir vacib məlumatı da diqqətinizə çatdıraq. Manqalda ətləri bişirərkən kömür tüstüsünün və kömürün birbaşa özünün çox kanserogen təsiri vardır. Ətləri həm kömür tüstüsündən həm də birbaşa kömürlə təmasdan qorumaq lazımdır. Bunun üçün ətləri kababa hazırlayarkən kömürdən gələn zərərli maddələrin ətin üzərinə keçməsinin qarşısını almağı düşünməlisiniz. Bunun üçün ətin yağlı hisəsini və ətin piylərini yaxşıca təmizləmək lazımdır. Bununla kabab bişərkən tüstü meydana gəlməsinin qarşısını alarsınız. Bu da tüstüdən bədəninizə girəcək kanserogen maddələrin azalmasını təmin edər. Ən yaxşısı əti qatıq suyu, soğan suyu və tomat pastası ilə basdırma edib bişirməkdir.

15/10/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Mənim öz böyüdüyüm ailədə ət çox yeyilir, ətsiz bir günüm olmasın-olmasın inan 🙂
    Amma bizim indiki ailəmizdə mən fasilələrlə bişirirəm əti. İki gün ardıcıl ət yeməyi eləmişəmsə, 3-cü gün hökmən fərqli yemək edirəm. Evdə olan günlər ət yeməyini günortaya salıram və axşam hamımız xəbərdə qeyd edildiyi kimi ya qatıq, ya da tərəvəz salatı ilə yola veririk. Balansı gözləməyə çalışıram, nə dərəcədə alınır onu Allah bilir.
    Faydalı xəbərdir, Sevinc, təşəkkür edirəm. Çox yemək adamı az yeməkdən də edir deyiblər böyüklərimiz. Hikmət var, əlbəttə.

    Bəyən

    • Bizdə də ətsiz gün olmayıb heç vaxt. Ata evində də, indi də. Uşaqlar da necə öyrəniblərsə ət olmasa elə bilirlər ac qaldılar. Mənim özüm çox sevmirəm əti. Həftədə bir dəfə yesəm də bəsdi. İnan elə darıxmışam ki, mətbəx üçün. Amma hələ yola verirəm, özəl heç nə hazırlamağa gücüm yoxdu😢
      Doğrudur, mələyim, gərək yaşamaq üçün yeyək, yemək üçün yaşamayaq😘

      Bəyən

      • Bizdə qardaşımın uşaqları da dəhşət ət yeyəndilər, az qala şirinçayın da içində ət axtarırlar. 🙂 Bizimkilər o qədər də ət sevən deyillər. Həftənin 5 günü ət bişirsəm, 2 gününü hökmən bişirmirəm. Mən də sizin kimi həftədə bir dəfə yesəm, ürəyim ət istəməz. Amma olanda yeyirəm.

        Bəyən

        • Birini tanıylram soğanı o qədər çox sevirdi ki, şirinçayı da soğanla içirdi😂😂😂 Şirinçay dedin yadıma düşdü.
          Əslində ət yemələri yaxşıdır. Çünki indiki ərzaqların keyfiyyət və tərkibinə qalsa, orqanizmə çox az miqdarda xeyri var. Barı, ətin tərkibindən nəsə daxil olsun. Əti də gərək etibarlı yerdən alasan.

          Bəyən

          • Bir soğan “sevən” kimi ətim ürpəşdi 😦
            Bizim Allaha şükürlər olsun elə problemimiz yoxdur, ətimizin də, süd və süd məhsullarımızın da mənşəyi məlumdur və etibarlı əllərdədir 🙂

            Bəyən

  2. Mən dünlərlə ət yeməsəm yadıma düşməz amma bir gün ət yeməyinə fasilə verən kimi görürəm ki evdəkilər mızıldanırlar Həftədə hec olmasaən azı 5 gün ət bışırməliyəm Mən qarnirlə olan yeməkləri adı acıka leco pamidor kababı ya da badımcan ikrası ilə də yeyirəm amma evdəkilərə mütləq ya farşla ya da xırda tikələrlə edirəm

    Bəyən

  3. Demə bacı oğlanlarda idmanla məşğuldu deyənə ət və xəmir yeməklərinə üstünlük verirlər

    Bəyən

  4. Et yemeyini indi sevmirem.
    Amma usaq vaxti yedim yemedim evde et pismeyende qan salirdim))

    Bəyən

  5. Yoo kokelmiseme ))))

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: