Əvəlik şorbası

image

Əvəlik kosmopolit bitki olub, Yer kürəsinin hər yerində yayılmışdır. Bu bitkinin əksər növlərinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlmək olar. Ən çox çəmənliklərdə, meşə kənarlarında, dağ yamaclarında, göl, dəniz vadilərində alaq otu kimi yayılmışdır.

Qafqazda 25, Azərbaycanda isə 17 növü bitir. Xalq arasında tərəvəz bitkisi kimi geniş istifadə edilən adi və yumrukök növləridir. Bu növlər Azərbaycanın aşağı və orta dağ qurşaqlarında bitir. Naxçıvan Muxtar Respublikasının ərazisinin əksər yerlərində bu bitkiyə rast gəlmək olar. Şahbuz, Sədərək və Ordubad rayonlarında bitən və istifadə olunan əvəlik növləri əvəzolunmazdır. Aqrar sahədə xüsusi təcrübəsi olan yaşlı insanlar deyirlər ki, İkinci Dünya müharibəsi illərində yerli əhali tərəfindən Şahbuz və Ordubad rayonlarının ərazilərindən kütləvi şəkildə əvəlik və ələyəz pencərləri yığılaraq çörək əvəzinə qida tələbatının ödənilməsində istifadə olunmuşdur.
Botaniki xüsusiyyətlərindən danışarkən qeyd olunmalıdır ki, əvəlik bitkisi qırxbuğum fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Əvəlik toxum, kök pöhrələri ilə çoxalır. Toxumları yazda və payızda səpilir. İkinci ildən başlayaraq qida üçün istifadə olunacaq yaşıl kütləsi alınır. Uzunömürlü, çoxillik bitkidir.
Əvəlik bitkisi müalicəvi əhəmiyyətə malikdir.

Əvəlik bitkisini çiçəkləməmişdən əvvəl, may-iyun aylarında yığır, saç kimi hörür, qurudaraq qışa tədarük edirlər. Qurudulmuş əvəlikdən qış vaxtı müxtəlif xörəklər hazır­lanır. Əvəlikli umac, əvəlikli qındı, əvəlikli sıyıq və sair xörəklər dadlı qida olmaqla yanaşı, müalicəvi əhəmiyyətə malikdir.

Əvəlik haqqında müəyyən məlumatları əldə etdik. İndi isə sevimlimiz Sonayın mətbəxində əvəlikdən hazırlanmış dadlı bir təamla tanış olaq.

Lazım olan ərzaqlar:

4 nəfərlik ailə üçün
1 dərin boşqab dolusu quru əvəlik
1,5 litr su
100-150 qram kərə yağı
2 xörək qaşığı un
Hazırlanması:
Əvvəlcə doğranmış əvəliyi qaynayan suda bir neçə dəqiqəlik qaynatmaq lazımdır. Bu əvəliyin həm acısının, həm də tünd rənginin çıxması üçündür. Başqa bir qazanda kərə yağı dağ olunur və üzərinə su əlavə edilir. Bu müddətdə undan umac edirik. Su qaynayanda üzərinə süzülmüş əvəliyi və qarışdıra-qarışdıra umacı əlavə edirik. Və yeməyimizi qatılaşana kimi bişiririk, ocağı söndürməzdən əvvəl duzunu tökürük. Soyuq səhərlərin isti yeməyi hazırdır. Nuş olsun.

Advertisements

14/10/2015 tarixində Mətbəximiz içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 27 Şərh.

  1. Süfrənə bərəkət, mələyim. Əllərin dərd görməsin. Həmişə sayılıb seçilən ol, sözümü yerə salmadığın üçün 😘😘😘
    Yeni vəzifən də xeyirli, uğurlu olsun, inşAllah həmişə zirvədə olarsan. Sən buna layiqsən😘😘🎁🎁💖😍💖😍💖

    Bəyən

    • Ətraflı məlumat üçün mən təşəkkür edirəm, Sevinc. Yeməyimi zənginləşdirmisiniz. O nə söz, borcumdur, əzizim 😘😘😘
      Allah razı olsun. Əslində çox da marağında deyiləm, amma əziyyətinin bəhrəsini görmək xoş olur. Mən yaxın gələcəyə hər şeyi atmaq fikrindəyəm, Allah qismət etsin.

      Bəyən

      • Kaş elə hamı sənin kimi sədaqətli olaydı….əksəriyyətində heç sədaqətin “s” -i belə yoxdu…
        Əlbəttə, əziyyətin bəhrəsini görmək, quru da olsa “sağ ol” almaq insana ruh yüksəkliyi verir. İnsan da var sən yaxşılığa, xoş niyyətə can atırsan, gözün yummadan belə sənin də, etdiklərinin də üstündən iri bir “X” qoyur…
        Heç nəyi atmaq fikrin olmasın. Uşaqlar da böyüyüb daha, zirvələr səni gözləyir😘😘😍

        Bəyən

  2. Allah verdiyi xasiyyətdir inşəAllah.
    Eləsinə elə arasında nanəcib deyirlər 🙂
    Mənim dünyam başqadır, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Aman Allah əvəliyin bu qədər faydası olduğu bir halda nədən mən bu bitgini sevmirəm Evimizdə həmişə qış gələn kimi mamam həftədə bir dəfə əvəlik sorpası bişirir Mənnən başqa hamı yeyərdi Yoldaşım da aşını cox sevir amma iyini götürə bilmədiyimcün bişirmirəm uşaqlar da özüm kimi hec sevmirlər Qaynımın yoldaşı sağolsun aş bişirən kimi qaynının payın bir böşqab göndərir ki qayınxatını cox danlanmasın bu əvəlik istəyinə görə

    Bəyən

    • Bəs sən haralardasan neçə gündür?😢😢Görürsən Sonayımız nə dadlı yemək hazırlayıb. Biz də baş-başa verib nuş etdik😝😝😝

      Bəyən

    • Mən də həftədə bir dəfə bişirirəm soyuqlar düşəndən hava isinənə kimi. Amma indi həftəiçi də bişirmək fikrim var. Bizim hamımız sevirik. Uşaq vaxtı mən də yemirdim, amma indi xoşlayıram.
      Şərhinizə görə təşəkkür edirəm.

      Bəyən

  4. Hə bir az gec gec gəlirəm amma calışdığım qədər saytı izləyirəm Sonayımızın əl qabiliyyətinə söz ola bilməz

    Bəyən

  5. Olsa idi yeyerdim kribeme ele))

    Bəyən

  6. Amin Alah hamiya sefa versin baci .SonayimiZada

    Bəyən

  7. Rasime, Allah sene de shefa versin. Gel oturaq baci baciya adama bir boshqab isti isti yeyek 👩‍❤️‍👩

    Bəyən

  8. Qoltugumda evelik qazani Rasimeni de getirib gelirem size 😆 Bize de olar 😘

    Bəyən

  9. Cannn bugun geldim rayona axi(((
    Sonayim saxla gelecem sirniyyatda menden olsun))

    Bəyən

  10. Əllərinə sağlıq, ay bacı. Bir gün alıb hazırlayacam inşəAllah. Yaman həvəsə gətirdiniz məni 😀

    Bəyən

  11. Çox sag olun!!! Uzun müddətdir axtardıgım resepti tapdım!!!!

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

%d bloqqer bunu bəyənir: