Bəzi xörəklərin müalicəvi xüsusiyyətləri

02ecabd4cc

Müxtəlif xəstəliklər zamanı müəyyən qida və xörəklərdən istifadə olunması, pəhriz saxlanılması kimi məsələlər istər klassik, istərsə də müasir təbabətdə diqqətəlayiq yer tutur. Müəyyən xəstəliklərin müalicəsində münasib xörəklərdən istifadə etmək müsbət nəticə verir.


Umac və əriştə. Umacı, adətən buğda unundan hazırlayır, onu badam yağı, ispanaq, pərpələng və başqa göyərtilərlə birlikdə suda bişirirlər. Umac xörəyi öskürək, boğaz ağrısı, səsin kallaşması, sinə, bağırsaq və sidik kisəsi xəstəlikləri zamanı xeyirlidir, mədəni süstləşdirir. Umacı qatıq və turşularla yemək məsləhət deyil, bu zaman o çətin həzm olunur. Bədəni möhkəm olanlar üçün daha münasibdir, qəliz bəlğəm yaradır, onun bu cəhətini zərərsizləşdirmək üçün sarımsaq və bədənə istilik gətirən ədviyyatlar işlətmək məsləhətdir.
Əriştə də öz xüsusiyyətləri ilə umaca yaxındır.


Qutab. Xəmirə bükməklə badam, püstə, şəkər, müxtəlif göyərtilərlə və qiymə ilə hazırlanır, yağda qızardılır. Qiymə ilə hazırlananı bədəni kökəldir, güclü qida hesab olunur, ancaq gec həzm olunur, buna görə də iskəncəbi (Şirni ilə sirkənin qarışdırılmasından hazırlanan şərbət) işlətmək məsləhətdir. Göyərti qutabı isə bədənin rütubətini artırır.


Kabab. Qan əmələ gətirir, bədəni kökəldir, böyrəyi isti saxlayır, iştahanı açır, cinsi fəaliyyəti qüvvətləndirir, rütubətliyi çox olan mədə üçün münasibdir, orqanları qüvvətləndirir. Gec həzm olunur, həzmdən sonra təmiz qan yaradır. Sumaq, keşniş və ədviyyətlarla yemək məsləhətdir. Kabab yedikdən sonra dərhal su içmək məsləhət görülmür.


Kəllə-paça. Toğlu və birillik təkənin daha güclü və dadlı olur. Kəllə-paçada yapışqanlıq xüsusiyyəti vardır, adətən gec həzm olunur, həzmdən sonra təmiz, duru qan yaradır. Babasil, boğaz ağrısı, sinə quruluğu, səs tutulması, dodaq çatlaması, quru öskürək, vərəm, sinədən qan gəlmə, arıqlıq hallarında, həmçinin yaralar zamanı və sümük sınığı olanlar üçün kəllə-paça xörəyi yemək faydalıdır.


Kükü. Yumurta və göyərtilərlə hazırlanır, bədən tərəfindən çox məsrəf olunur, bədəni kökəldir, ədviyyatlarla (xüsusən darçın və quluncan ilə) yeyildikdə cinsi fəaliyyəti gücləndirir, gec həzm olunur, qəliz xılt yaradır. Buna görə iskəncəbi işlətmək məsləhətdir.


Sənbusə. Bu xörəyi hazırlamaq üçün buğda ununu yağda yoğuraraq xəmir düzəldir, sonra onu yayır, içərisinə soğan və ədviyyatla qarışdırılmış qiymə bükərək yağda qızardır və ya təndirdə bişirirlər. Bu, qutaba yaxın xörəkdir. Sinir fəaliyyətini gücləndirir, iştaha yaradır, bədəni kökəldir, mədədə qaz əmələ gətirir. Ağır xörək sayılır, buna görə də iskəncəbi işlətmək məsləhətdir.


Şorba. Quş ətindən bişirilən sulu xörəkdir, ona ədviyyatlar da əlavə olunur. Lətif xörəklərdən biri hesab edilir. Bədənə rütubət verir, öskürək, soyuqdəymə, ağciyər və s. Xəstəlik hallarında işlətmək məsləhətdir.


Xəmiraşı. Qiymə kimi doğranmış əti ədviyyatla qızardır, ona doşab və sirkə əlavə edirlər. Buğda unundan xəmir yoğuraraq xəngəl kimi dördkünc şəkildə doğrayır, sonra bunları birlikdə suda bişirirlər. Bu xörəyi, adətən qurut ilə yeyirlər. Qurutu suda əzib xörəyə əlavə edirlər. Bu xörək istilik gətirir, iştahanaı açır. İltihab hallarında işlətmək münasibdir, bədəni qüvvətləndirir, təmiz qan yaradır, lakin gec həzm olunur və mədədə qaz yaradır. Bu cəhəti aradan qaldırmaq üçün darçın işlətmək məsləhətdir.

 

 

09/10/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 14 Şərh.

  1. Sabahdan inşəAllah əvəlik mövsümünün açılışını elan edəcəm 🙂 O, öskürəyə, soyuqdəyməyə qarşı çox faydalıdır və yüngül yeməkdir.
    Sənbusə isə heç yeməmişəm, görəsən, necə bir şeydir?
    Ay Sevinc, o süfrə var ha, xəbərin əvvəlində, orda da şüşə qabda ət yeməyi var ha, nə bu günkü soyuq havanın yeməyidir 🙂 Lap tamahım düşdü, məndən çıxmayan iş 🙂

    Bəyən

    • Bu gün bir bloqqer dostun bir xəbərinə şərh yazırdım, orda da qeyd etmişəm, indi də təkrar edim. Gəlin bu millət üçün faydalı olan nə varsa bölüşməyə çalışaq. İndi mənim mələyim deyir ki, əvəlik xeyirlidir, razıyam doğrudur. Amma nə qədər gənc var ki, bəlkə də heç əvəliyi tanımır belə. Ona görə də, mənim vəfalım, sən o əvəlikdən hazırladığın dadlı təamı çalış bizimlə də bölüş. Bilirəm dərc üçün xörək hazırlayanda əlavə zaman itirirsən, heç olmasa son şəkli, hazır variantı gözəlcə təqdimatla çək, hazırlanma qaydasını da sözlə ifadə edərsən. Ümumiyyətlə, hansı yeməyin hazırlanma prosesi mürəkkəbdirsə,, mənə elə gəlir onu bir neçə fotoşəkillə verməyə ehtiyac var.
      Qaldı o qabdakı xörəyə, bəh-bəh, yerimiz məlum😂😘😍 Sənbusəni deyəsən Nigarın boynuna qoymuşduq, o da yoxa çıxıb😔😔😔

      Bəyən

      • Olar, Sevinc, paylaşaram inşəAllah. Onsuz da əvəvliyi mən səhər üçün edirəm deyə, axşamdan bəzi hazırlıqlarını görürəm ki, səhərə tez-bazar hazır edim millət süfrə başına yığılana 🙂
        Özü də bu gün nəsə qəribə yemək istəyirəm, həmişəkindən yox 😦 Hə düzdür Niquş edəcəkdi 😦 Onun da başı işlərinə qarışıb, deyəsən, heç səs-soraq yoxdur.

        Bəyən

  2. Çox şad olaram, mələyim, təki sən gəl😍😍😍
    Sən bir kəşfiyyat apar gör, bu Alisa harda qaldı, niyə gəlmir😢😢😢

    Bəyən

  3. Xəmiraşı və sənbusəni nə eşitmişəm, nə də görmüşəm, sayəndə heç olmasa adlarını eşitdim. Qalanlardan isə imkan daxilində bişirirəm.

    Bəyən

  4. Sonra da deyirsən bilmirəm. İndi necədir, sənin boynuna əriştə bişirib paylaşmağı qoysaq😝😝😝

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: