Qısqanclığın ən böyük səbəbi inamsızlıqmı?

image

Qısqanclıqla bağlı bloqda yazı dərc etmişəm. Indi isə qısqanclığı aradan qaldıran 10 tövsiyəni diqqətinizə çatdırmaq istərdim.


1 –
Qısqanclığın ən böyük səbəblərindən biri inamsızlıqdır. Unutmayın ki, siz sevdiyiniz adam tərəfindən seçilmiş insansınız. Yəni digər variantlar arasında bir fərqiniz var: sevgiliniz sizi seçdi. Elə isə artıq onun sizi sevib sevmədiyini sorğulamaqdan imtina edin.
2 –
Qısqanclığın bir başqa səbəbi də yaşadığınız mühit, ətrafınızda olan insanlardır. Çox vaxt insanlar ətrafındakı insanların xasiyyətlərini üstün tutaraq, ya bilərəkdən, ya məcburiyyətdən onların etdiklərini təkrarlamaq məcburiyyətində qalırlar. Yəni onlar sevgililəri, yoldaşları davamlı olaraq haqq-hesab, sorğu-sual edirlərsə, siz də bu cür davranacaqsınız. Şəxsiyyətinizi ətrafda baş verənlərə uyğunlaşdırmağa məcbur deyilsiniz, necə var elə olun. Bəlkə elə doğru olan onlarınki deyil , sizinkidir, bunu fikirləşmisinizmi?


3 –
Təhdid və təzyiq sevgilini sizə bağlamaz əksinə uzaqlaşdırar. “Mənə xəbər vermədən çölə çıxsan, bunu edərəm” , “Bu yoldaşınla görüşsəm, bunu edərəm ” demək sevgilinizə əziyyət verər. Əziyyətə məruz qalan adam da bir gün səbr kasasını dolanda mütləq zəncirlərini qırar…


4 –
Qısqanclıq sevginin meyarı deyil. Yəni birinə olan sevginiz qısqanclığınızla paralel yol gedə bilməz, getməməlidir. Əksinə qısqanclıq çox olduqca, bir müddət sonra ortada sevgidən əsər-əlamət qalmaz. Qısqanclıq nümayiş etdirməklə sevginizi ifadə edə bilməzsiniz.


5 –
Sevgilinin hər hərəkətini izləmək, cib telefonunu yoxlamaq, internet ünvanlarını, şifrələrini ələ keçirmək kimi, özünüzü də hörmətdən salacaq hərəkətlərə yol verməyin. Bu həm fərdi azadlığa hücumdur, həm də özünüzə olan hörmətinizi azaldar. Sevgi, güvənmək deməkdir. Etibar etmədiyiniz adamla sevimli ola bilməyəcəksiniz, bunu anlamaq lazımdır.
6 – Münasibətinizin başladığı tarixdən əvvəl tərəflərin yaşadığı hər şey özünə aiddir. Keçmişdə yaşanan bir əlaqəni qısqanmaq sizi, yel dəyirmanı ilə döyüşən Don Kixotdan fərqli etməz. Keçmiş keçmişdə qalmışdır və sizi yalnız indiki vəziyyətiniz maraqlandırmalıdır.
7 – Qısqanclığınız ucbatından sevgilinizi sizin həyatınızı yaşamağa, sizin qanunlarla yaşamağa məhkum etməyin. İlk günlər bunu qəbul etsə belə, bir müddət sonra artıq yorulacaq. Ona görə də özünüzə aid olan hər xasiyyətə, xarakterə uyğunlaşmanı qarşınızdakından israrla tələb etməyin. Bəlkə subaylıq dövründəki bir xasiyyətinizi də siz qarşınızdakı üçün unudasınız?
8 – Aldatmaq istəyən mütləq aldadar. Siz nə etsəniz edin, bir yolunu mütləq tapacaq. Sədaqəti bir insanın üzərində təzyiq göstərməklə əldə edə bilməzsiniz. Sədaqəti yalnız sevgi təmin edə bilər.
9 – İnsan ictimai varlıqdır. Sevgilinizin mütləq bir yoldaşı, dostu vardır. Onlarla görüşməsinə maneə törətmək ona edəcəyiniz ən böyük haqsızlıqdır. Görüşməsinə maneə törətmək yerinə, onun dostunu, rəfiqəsini yaxın buraxın, tanış olun.


10 –
Ən yaxşı qısqanclıq “primitiv” qısqanclıqdır . “Hər kəs sevdiyini qısqanar” sözüylə ifadə edilən qısqanclıq. Amma bu qısqanclıq həddində olsun gərək. Sevgilinizə qısqandığınızı sevgi sözləriylə söyləsəniz, bunun onun xoşuna gəldiyini görəcəksiniz. Məsələn, siz ona hansısa bir geyimi geyinməkdə qadağa qoymaq istəyirsinizsə, onda belə deyə bilərsiniz: “Əzizim, səni bu geyimdə ancaq mən görmək istəyirəm”. İnanın, heç bir tərslik etmədən sizinlə razılaşacaq.
Ümumiyyətlə, bu bir nəticə kimi ortaya çıxıb ki, qadınlar qısqanclıq ilə mübarizə apararkən hisslərinə güzəştə getməyi bacarırlar. Tələblərindən, istəklərindən sevgiləri naminə imtina da edirlər. Lakin kişilər hətta zor tətbiq etmək belə olsa, istəklərini həyata keçirməyə nail olurlar. Ona görə də sözüm daha çox qadınlaradır. Çalışın qısqanclıq hissini içinizə yaxın buraxmayın, qəlbinizi, ağlınızı ona təslim olmağa qoymayın. Bu qarşı tərəfdən çox özünüzə ziyan vuracaq, buna əmin olun…
Kişilərə isə bunu demək istəyirəm: Qısqanın, ancaq həddi aşmayın. Allah həddi aşanları sevmir. Bir qadını nə evə məhkum edin, nə də ona azad quş kimi budaqdan-budağa qonmağa icazə verin. Orta yolu tutun…

06/10/2015 tarixində Ailə dünyası içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Gözəl bir mövzuya toxundunuz. Qısqanclıq məncə güvənsizlikdən xəbər verməz. Kişi olaraq kişilərin hədsiz qısqanclıqlarının səbəblərini anlaya bilirəm. Qadınlar incə, zərif varlıqlardır. Müdafiəsizdir. Sevdiyimə tamamilə güvənirəm lakin cəmiyyətimə güvənmirəm və haqlı səbəblər də ortadadır.
    Lakin qadınların kişiləri çox qısqanmağına bir anlam verə bilmirəm. Anlam vermədiyim müddətcə də güvənsizlik olaraq görürəm. Bəlkə siz bu mövzuda mənə açıqlama verə bilərsiz.

    tərəfindən bəyənildi 1 şəxs

    • Doğrudur, qısqanclıq inamsızlıqdan, nə də çox sevməkdən yaranır mövzusu ilə mən də razı deyiləm. Çox doğru buyurdunuz ki, sevdiyinə güvənə bildiyin halda, cəmiyyətdəki xoş olmayan hallar qısqanc davranmağa şərait yaradır. Əgər bir kişi öz həyat yoldaşına etibar edib cəmiyyət içinə çıxmağa icazə verirsə, ətrafdakı əqidəsi normal olmayan biri həmin qadına kəm gözlə baxırsa, bu qadının günahı deyil. Lakin elə kişilər vardır ki, bu halı qəbul etmədiyindən (baxmayaraq qadın çox tərbiyəli və ətrafındakı bu cür davranan tiplərə qarşı da aqressivdir) razı olmur ki, sevdiyi qadın kənar şəxslər tərəfindən narahat edilsin və ona görə də cəmiyyətə çıxış üçün qadağalar qoyur. Bu artıq fərdin xarakteri ilə bağlıdır və ailədaxili münasibətdir. Hətta deyərdim ki, qəbulediləndir də. Hər kəsin baxışı fərqlidir. Yəni, ümumilikdə kişilərin qısqanclıq münasibətinə ümumiləşdirilmiş bir baxış etsək, normal hal kimi qəbul edə bilərik. Mən, ümumiyyətlə, qısqanclığın tərəfdarıyam, amma bir şərtlə: həddini aşmayan qısqanclıq olsun. Bu haqda yazım da olub “Sənə kim baxdı, yarım?” adıyla.
      Gələk qadınların qısqanclığına. Qadın da qısqana bilər, qısqanmalıdır o vaxt ki, həqiqətən sevir. 90% qadınlar həyat yoldaşlarını sevdikləri üçün qısqanırlar. 10% isə paylaşa bilmir, itirməkdən qorxur…mən sizi əmin edirəm, əgər bir qadın qısqanmırsa, demək, sevmir. Amma yenə də deyirəm qadınlar da həddi aşmamalıdır bu mövzuda. Kişinin qısqanclıq mövzusunda xırdalığa getməsi, həqiqi sevən qadın üçün xoş bir təəssürat yarada bildiyi halda, əksinə, qadının xırdalığa getməsi kişini evdən və sevdiyindən soyuda bilər. Çünki burada xarakter fərqliliyi var. Kişilər dır-dırı, lazımsız yoxlanışları, yersiz təhdidləri ilk günlər sakit qarşılasalar da, sonradan çox acı nəticələr ortaya çıxa bilər. Kişilər inamı, etibarı hədsiz çox sevirlər. Bəlkə də onlar üçün ən böyük sevgi, elə sevdiyi qadlnın ona olan etibarıdır. Təbii ki, söhbət əsl kişidən gedir. Ona görə də, baxmayaraq mən də qadınam həmişə həmcinslərimə bir məsləhət vermişəm: yersiz hərəkətləriniz, qısqanclıq səhnələrinizlə kişinin canını boğazına yığmayın. Olmayan şeyi etməyə məcbur etməyin, mərdi qova-qova namərd etmək olmaz. Sevin, qısqanln, amma həddində olsun…

      Bəyən

  2. Kıskançlık çok büyük bir sorunum. Nasıl yenebilirim bilmiyorum. Tavsiyelerinize uymaya çalışacağım

    tərəfindən bəyənildi 1 şəxs

  3. Təəssüf ki, indi qadınların əksəriyyəti öz halal ərləri üçün deyil, ərdən başqa hamı üçün geyinib, bəzənib düzənirlər. Bir hicablı qadına sual verirlər ki, sən niyə saçını kəsdirmək istəyirsən, sənin ki saç düzümünü heç kim görmür? Cavab verib ki, mənim ərim yoxdur bəyəm…… Mövzu bu deyil təbii ki, sadəcə 10-cu bəndə uyğun olaraq yazdım.
    Məni tanıyanlar bilir, mənim vecimədir yoldaşım hara getdi, kiminlə getdi və niyə getdi? Və vecinə olmayanlar haqqında düşünürəm ki, sevgi yoxdur. Söhbət inamsızlıqdan da getmir. O qədər inam qazanan kişi var ki, halalından başqa 3 arvadı var 🙂
    Mənə görə qadın nə, kişi nə, əgər ailədirsə, orda qısqanclıq olmalıdır, amma yerində və qədərində 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  4. Ətraflı fikir bildirdiyiniz üçün təşəkkür edirəm. Həqiqətən tam ağlımdan keçənləri söylədiz. Bilirsiz, mən də evliyəm və 7 aylıq bir oğlum var. Tanışlıqdan bəri 5 il ötür və 2 ildir evliyəm. Yoldaşım hədsiz qısqancdır və bu hallar zaman zaman aramızda mübahisələrə də yol açır. Mən qısqanılmağı xoşlayıram. Qısqanmazsa düşünərəm ki, artıq onun üçün o qədər də əhəmiyyət kəsb etmirəm. Amma sərhədi çoxdan aşıb və artıq bezdirici bir hal alıb. Təvazökarlıqdan uzaq olacaq amma mən ömrüm boyu 1 xanımı sevmişəm və hazırda həyat yoldaşımdır. Gözüm oynaşda deyil və bu hər kişinin də işi deyil. Amma buna baxmayaraq marketə girib kassir qızdan nəsə istəməyimi belə qısqanır. Getdikcə dözülməz bir hal almağa başlayır. Ümid edirəm öhdəsindən gələ bilərəm

    tərəfindən bəyənildi 1 şəxs

    • ALLAH bu birliyi əbədi etsin, övladınızın, övladlarınızın xoş günün görərsiniz inşAllah. Yenə də qeyd edirım, sevir ki, qısqanır, bu sevindirici haldır. Əgər 5 ildə heç bir dəyişiklik olmayıbsa, demək ki, sizin xanımın xarakteridir, dəyişiklik olacaqsa çox cüzi bir şey gözləyin. Burrda əsas ağlrlıq sizin öhdənizə düşür. Hər gün rastlaşdığınız haldır, məsələn, kassadakı qızı belə qısqanmaq. Siz də onun bu reaksiyasına gülümsəməklə cavab verin. Bir dəfə, iki dəfə bəlkə üçüncüdə özü utanıb bunu etməyəcək. Bir şeyi unutmayın, qadınların qısqanclıq reaksiyasını kişilər aqressiv qarşılayanda, hay-küy salıb qışqıranda qadınlarda şübhə daha çox yaranır, nəinki sakit qarşılayanda.
      Hər şey sizdən asılıdır. Sevdiyiniz qadının şübhələrinə səbriniz və təmkininizlə qalib gəlin, inanın ki, keçici bir zamandan sonra daha problem yaşamayacaqsınlz.

      tərəfindən bəyənildi 1 şəxs


  5. Əvvəllər yoldaşım hədsiz deməzdim amma cox qısqanc olub Fikirləşirdim ki elə bir şəraitdə yaranmırdı ki o bu dərəcədə qısqanc olsun Hələ yadıma gəlmir ki beş il bundan öncəyə qədər mən harasa tək gedim adı dükana belə tək gedməmişəm amma şərait elə gətirdi ki özü işdə uşaqlar universitetdə və evdə tək qaldığım vaxtlarda artıq xırda para alış-verişə tək getməli olurdum Amma yadıma gəlmir ki ya mənim ya da onun qısqanclığından evdə ailədə hansısa pərdə götürüləcək bir dava olsun Ümumiyyətlə yoldaşım hirsləndiyi vaxtlarda haqsız olsa belə mən hec vaxt səsimi də cıxarmamışam bütün sözümü o sakit olandan sonra demişəm Hərdən fikirləşirdim ki hec qısqanılmağa bir səbəbim də olmayıb cünkü anamın əlinin altında elə bir gestapo rejimdə olmuşam ki bu hallara baş verəcək bir səbəblər ortaya cıxmayıb İndi hərdən olur ki elə zarafatlar işlədirik ki hansı ki mən bunları əvvəllər qətiyən işlədə bilməzdim fikirləşirəm ki burda artıq yaş öz sözünü deyir Amma mövzunu oxuduqca baxıram ki bu bəndlərin coxunu böyük oğlumla müzakirə edirəm cünkü cox qısqancdır istədiyinə qarşı Amma dəqiq bilirəm ki o qıza cox inanır bununla belə cox qısqanır Bilirəm ki burda cavanlıq cılğınlıq da özünü gösdərir Qısqanclıq gözəl hisdir amma əndazədən cıxmamaq mədəniyyəti tərbiyyəni aşmamaq şərtilə

    tərəfindən bəyənildi 1 şəxs

    • Nə gözəl dedin, Gülüm, mədəniyyəti, tərbiyəni aşmamaq şərtiylə…
      Çox haqlısan, yaş ötdükcə kişilərin qısqanclığı nisbətən soyuyur, amma istisnalar da var, bəziləri var ki, əksinə, daha da çoxalır 😢

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: