Qidalandırıcı saç maskası

image

Təqdim etdiyim bu maska saçları həm qidalandırır, həm də uzanmasını sürətləndirir. Əsas bir şeyi qeyd edim ki, maskanı sınaqdan keçirtdikdən sonra diqqətinizə çatdırmağı qərara aldım. Bir aylıq istifadə öz müsbət keyfiyyətini göstərdi. Siz də yaxınlarınıza ürəklə tövsiyyə edə bilərsiniz.

Tərkibi:

– 1 ədəd yumurta
– 1 çay qaşığı bal
– 10 damcı limon şirəsi
– bir çimdik duz (məsləhətdir ki, dəniz duzu olsun)

İstifadə qaydası:

Lazım olan bütün vasitələr qarışdırılır. Bu maskanın tərkibində duz hiss olunacaq tərzdə qalmalıdır. Maskanı quru saça çəkmək lazımfır. 30 dəqiqə gözlədikdən sonra, əvvəlcə ilıq, sonra isti suyla yumaq lazımdır. Əgər əksini etsəniz yumurta saçın dibindən çətinliklə təmizlənəcək.

Deməli, limon şirəsi saça parlaqlıq verəcək. Yumurta bildiyimiz kimi saçın dibini möhkəmləndirmək üçün ən yaxşı vasitədir. Bal ən yaxşı qidalandırıcı sayılır. Dəniz duzu isə saçın dibindəki “ölmüş” hüceyrələri çıxarıb saçın dibini oksigenlə təmin etməyə kömək edir. Bu isə saç soğanağının inkişafına təsir etdiyi üçün, saç dibindəki artıq yağ ifrazını azaldır, bir sözlə, yağ mübadiləsini normaya salır.

Dəniz duzu üçün narahat olmağa dəyməz, çünki o xırda olduğu üçün baş dərisini zədələməyəcək. Bu maskanı həftədə 2 dəfə tətbiq etmək olar.

Hər zaman gözəl görünməyiniz diləyi ilə…

02/10/2015 tarixində Gözəl qadın içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. Ta saymıram niyə və nəyə görə (çünki o qədər demişəm ki, hamı bilir 🙂 ) saçlarımla bağlı problem yaşamıram. Başımda saç tellərinin sayı çox olsa da, tellər çox nazikdir deyə çox da qalın sayılmaz. Amma mən narazı deyiləm, qurutma problemi yaşamıram. Üzümə maska etsəm də, hələ bir dəfə də olsun saçlarıma maska eləməmişəm. İnşəAllah ehtiyac da olmaz.
    Məsləhətinizə görə təşəkkürlər, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Harika paylaşımınız için teşekkür ederim.. 😊

    tərəfindən bəyənildi 1 şəxs

  3. Sınanmış bir resepti paylaşdığın üçün sağ ol,Seva. saçlarım tez uzanır, amma yaman tökülür, tənbəllik mənə qalib gəlir, yoxsa əsil mənlikdir. Calışacam görüm edə bilirəm.

    Bəyən

  4. Hətta evdə dəniz duzu da var,görüm heç olmasa həftədə bir dəfə edə bilərəmmi.

    Bəyən

  5. Sac maskaları mənim ən yaxın dostlarımda da Saclarım elə uşaqlıqdan cox cansız nazik olub həmişə qıdalandırıcı və sac dibini möhkəmləndirən maskalardan istifadə etmişəm amma bir il olar ki maska etmirdim demək olar ki bezmişdim Artıq kecən həftədən yenə də başlamışam Kökəlməməkcün cox qidadan imtina edirəm deyənə bir az tökülməyə onlar səbəb olur Amma onu da deyim ki sac maskalarının hec bir ziyanın görməmişəm əksinə mütamadı olaraq edəndə böyük xeyri olur

    Bəyən

    • Görürsənmi, diyetanın hələ üzdə olan fəsadıdır bu. Çoxu çörəyi menyudan tamamən çlxarır, bu da saç tökülməsinə səbəb olur. Gülüm, bizim yaşımız üçün diyeta bəzən təhlükəli ola bilər, ehtiyatlı ol.

      Bəyən

  6. Elədi Sevinc dəqiqlıklə bilirəm ki dırnaqlarımın qırılması və sacımın tökülməsi məhz bu diyetaların fəsadıdı o üzdən hərdən multi vitaminlər qəbul edirəm

    Bəyən

  7. Tesekkurler istifade edecem mutleq ,cox gozel meslehetdi.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: