Albinizm
Albinizm tibdə nadir rast gəlinən, lakin insanları, cəmiyyəti ciddi şəkildə narahat edən xəstəliklərdən biridir. Bu xəstəliyə düçar olan insanlar dərisində yaranan dəyişikliklərə görə ətrafdakıların diqqətini çəkirirlər. Tibdə bu cür insanlar “albinos” adlanır:latın dilində “alba” “ağ” deməkdir. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunur. Mütəxəssislər albinizmi xəstəlik hesab etmirlər. Albinizmin səbəbi dəridə melanin əmələ gətirən melanositlərin çatişmazlığı və ya olmamasıdır.
Xəstəliyin əsas xarakterik əlamətini törədən amil melanin piqmentinin olmaması və ya catışmazlığıdır. Səbəblərinə isə hipofizin orta payının Melanosit stimuləedici hormon (MSH) və dəridə melanositlərin, hansı ki dəriyə rəng verən piqmenti-melanini əmələ gətirirlər, funksiyasını yerinə yetirə bilməməsi -funksional çatışmazlığıdır.
Alimlərin araşdırmasına görə, Avropada hər 20.000-dən biri, dünyada isə hər 17.000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos Nigeriyadadır. Nigeriyada hər 3000 adamdan biri albinosdur. Albinizm irsidir və müalicəsi yoxdur. Onların dünyayabu cür gəlmə səbəblərini heç kim dəqiq izah edə bilmir. Bəzi mülahizələrə görə bu gendə olan mutasiya ilə bağlıdır. Albinosların gözləri zəif və işığa həssas olur. Rəngi isə geyimlərinin rənginə görə, dəyişir. Eyni zamanda onlar dəri xərcənginə meyillidirlər. Sağlamlıq, intelekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.
Albinizmə nəinki insanlar, hətta heyvanlar arasında da rast gəlinir. Alimlərin araşdırmasına görə 10.000 heyvandan biri albinosdur. Bəzi ölkələrdə albinoslar aşkar ayrıseçkiliyə məruz qalırlar. Tanzaniyada albinosları dini mərasimlərdə öldürürlər. Hesab edirlər ki, onların daxili orqanları bəzi xəstəliklərin aradan qaldırılmasına və cadügərliyə kömək edir.
Afrikada Albino olmaq çətindir. Yalnız çətin də deyil, eyni zamanda həyatları da təhlükəlidir. Üstəlik bu təhlükə xəstəlikləri ilə də bağlı deyil. Bu təhlükənin səbəbi digər insanlardır. Buna görə də beynəlxalq təşkilatların albinoslar üçün meydana gətirdiyi etibarlı mərkəzlər var.
- Afrikadakı albinosların həyatları çox çətindir.
- Buna görə də müxtəlif yerlərdə qoruma şəraitində yaşayırlar.
- Tanzaniya və Brundi kimi ölkələrdə Albinoslar ovlanır.
- Albinosların bədənlərindən tikə qopartmağın şans və sərvət gətirdiyini inanırlar.
- Xüsusilə, balıqçılar torlarını albinosların saçlarından hazırlamaq istəyirlər.
- Bunun bərəkət gətirdiyinə inanırlar.
- Beynəlxalq Dərnək və Qurumlar albinoslar üçün yaşayış düşərgələri inşa edirlər ki, onları qorusunlar.
- Burada “ovlanmaqdan” qorunurlar və həmçinin təhsil də ala bilirlər.
29/09/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və albinizm, albinos, melanin olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.
İlk albinosu məktəbimizdə görmüşdüm, qar yağanda dərsə gəlmirdi, onda yaxşı görmürdü. İkinci albinos öz qohumumdur, o da yaxşı görmür, gözdən əlillər üçün məktəbi qurtardı, o istiqamətdə də ali təhsil aldı, səhv eləmirəmsə, elə o məktəbdə də işləyir. Onun anasının dediyinə görə vitamin çatışmazlığından elə doğulub, o uşaq Monqolustanda doğulub.
Ətraflı məlumat üçün təşəkkür edirəm, Sevincim.
BəyənBəyən
Şərhin üçün də sənə təşəkkürlər, mələyim😘😘😘Kompüterimdə problem var deyə Uşaq ensiklopediyasını hələ ki dərc edə bilmirəm, üzürlü say((((
BəyənBəyən
Bildiyim qədərilə albino xəstəliyi irsi deyil. Ümumiyyətlə xəstəlik hesab olunmur. Ətrafımda bir neçə nəfərdə albino xəstəliyi var. Bu bir qüsur deyil məncə
BəyənBəyən
Yazıda da qeyd etmişəm, Nicat bəy, mütəxəssislər bunu xəstəlik hesab etmir. Əsas insancasına davranmaqdır, yəqin oxudunuz albinoslara olan münasibəti. Adamın ürəyi ağrıyır…
BəyənBəyən
Hə oxudum həqiqətən yazığım gəldi albinoslara. Amma burda, Naxçıvanda da albinoslar var və olduqca müsbət münasibət göstərilir
BəyənBəyən
Bizim qəsəbədə də bu cürə bir necə insan var Hətda yadıma gəlir ki oğlum 3-cü sinifdə oxuyanda onu pianenadan əlavə dərslərə gondərdiyim müəllim albinos idi amma bu nə məni nə də evladımı qətiyyən narahat etmirdi əksinə ona cox minnətdaram ki oğluma bir necə dənə mahnını calmağı məhz o öyrətmişdi
BəyənBəyən
Hamı anlayışlı olsa onlar da əziyyət çəkməzlər, özlərini cəmiyyətdən kənar hiss etməzlər. Nə yazıq ki, onlarla insan kimi davranmayanlar da var, Gülüm😢
BəyənBəyən
Albinoslar haqqında o mərkəzlərin olduğunu bilmirdim, Seva, məlumatlandırdığın üçün sağ ol. Lap yazığım gəldi ey onlara. Bəli onlara anlayış göstərmək lazımdır, görüm bizim cəmiyyətimizdə nəinki albinoslara, digər qüsurlu insanlara neçə % adam anlayış göstərir.
Albinos zənci mənə çooox maraqlı gəldi, özümü bir anlıq onların yerində təsəvvür etdim və qorxdum.
BəyənBəyən