İnam sizin üçün nə qədər əhəmiyyətlidir?

image

 İnsan həyatındakı ən əhəmiyyətli duyğuların başında nə gəlir heç düşündünüzmü? Uzun müddətdir düşünürəm və əminəm ki, inam, etibar duyğusu ən əhəmiyyətlisidir. İnsan insana etibar etməsə, həyatda inamla yaşamasa, heç bir uğur qazana bilməz. Özünü boşluqda hiss edər. Hər an düşmək qorxusuyla yaşamağa başlayar.

İnam duyğusunun olmaması daha bir sıra xoşagəlməyən duyğu doğurar: Etibarsızlıq, qorxu, təlaş, kədər …

İnsanın inamı sarsıldımı, digər bütün mənfi duyğular üstünüzə yürüşə başlayacaq. Açıq tapdıqları hər nöqtədən beyninizə girməyə çalışarlar. Özünüzü pis hiss edib gedənə qədər təqib edər sizi.

Düşünün, inanmsız bir mühitdə yaşamaq necə bir əziyyətdir…Bir şey söyləmək isdəyiniz an min dəfə düşünəcəksiniz. Ehtiyat edəcəksiniz ki, söylədiklərinizi kimsə başqasına çatdıracaqdır. İnam, etibar duymadığınız bir mühit və insanlar ilə gün keçirmək necə işgəncəlidir.

Ya da inam bəsləmədiyiniz biriylə bir həyatı bölüşüb yaşamaq necə bir duyğudur bilirsinizmi? Hər an sizi tərk edə biləcək bir insana aşiq olmaq?.. Halbuki güvənərək, duya-duya yaşamaq ən gözəlidir.

Həmişə inam içində, həmişə ümidli olun …

Şəxsi fikrim: Mən inam bəsləmədiyim insanların üzünə baxa bilmirəm. Sanki diksinərəm onlardan. Etibarsız bildiyim mühitlərə də girmirəm. Özümü bədbəxt etmək istəmirəm. Siz də bunu edin, lütfən.

Sizə tövsiyəm: Siz ətrafınızdakı insanlar üçün özünüz olun, etibar edilən, inam bəslənilən nadir insanlardan biri olun. Siz elə olduqca qarşınıza da sizin kimi insanlar çıxacaq. Çünki həyat gözəl üzünü hər zaman öz ədalətiylə göstərər .

Şəxsi mesaj: Ümid bəsləyə bilmədiyim qədər xaraktersiz olan insanlar, gözüm görməsin sizi!!!

 

 

27/09/2015 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 16 Şərh.

  1. Şəxsi fikrin cox xoşuma gəldi cox istərdim bu cürə edim amma baxıram ki mümkün olmur bəzən Amma elə bilirəm ki inanmaqla etibar etmək başqa başqa şeylərdi Cünkü tanıdığım elə insan var ki bəzən onun cox sözünə ianmıram amma hardasa hansı bir işə görəsə etibar edərəm Düzdü yaxınlarımda ətrafımda inandığım etibar edə biləcəyim insanlar lazimi qədərdiAmma ən cox etibar eləmək və inanmaq istədiyim insanların evladlarım olmasını isdəyirəm Onlara böyük inanın olduğunu həmişə onlara bildirirəm Hərdən olur ki hansı sa səhfi olarda görəndə hirslənib deyirəm ki mənə yalan danışma inanmıram sənə))) amma daxılımdə bilirəm ki hansısa bir sözə inanmaya bilərəm amma onlara inamım böyükdü
    Tövsiyyələrini oxuyuram Seva bir az fərqli fikirləşərəm Məsələn hərdən öz özümə düşünürəm ki qarşımdakı insan mənə tamamilə inanıb ürəyindəkiləri mənə dedi bəs mən….Bəs mən niyə ona bu qədər etibar edə bilmirəm Düşünürəm ki o mənə tamamilə güvənə bilər amma mən ona güvənsəm də ətrafına güvənə bilmirəm Ümumiyyətlə razıyam ki inamı qazanmaq lazımdır və sevdiylərincün nəınki lazımdır inamı qazanmaq vacibdir və zərruridir

    tərəfindən bəyənildi 1 şəxs

    • Səhər-səhər Gülümdən nə gözəl şərh gəlib😘💐
      Hər bir valideyndə olan hissdir bu, övladına inanır, hətta “sənə özüm kimi arxayınam deyir”. Bu da təbii ki, övladın davranışından asılıdır. Sən demiş, özü qazanır bu inamı. Qaldı ətrafımızda olan digər insanlara inama, burda bir az mürəkkəb məqam da var. Məsələn, mən həqiqətən də etibar edilib inanılası biri ola bilərəm, amma qarşımdakınln qəlbi qara olacaqsa, mənə inamda tərəddüd edəcək, burda günahkar artıq mən olmayacam. Ya da əksinə, mən etibar edib inanmaq istədiyim biri maskalanmış olub mənim qəlbimi oğurlaya bilər. Ona görə də inanıb etibar etdiyiniz adamı əvvəlcə bir bərkə-boşa salmaq lazımdır. Unutmayaq ki, inam ayna kimidir, bir dəfə qırıldısa, ömrü boyu cızığı ilə xatırlanar…

      Bəyən

  2. Mən illər öncə hər kəsə inanardım, qarşımdakının da qəlbini özümünkü kimi bilərdim. Yaxşı ki, gec də olsa hər kəsə inanmaq lazım deyil qənaətinə gəlmişəm. Ətrafımda olan insanlar deyərdim ki, mənə tam inanır, çünki təvazökarlıqdan uzaq olsa da, özüm qazanmışam bu inamı. Amma özüm hər kəsə etibar etmirəm və inanmıram, bunu mənə nankorlar öyrətdi.
    Seva, əlbəttə, inam güzgü kimidir, çalışaq ki, inamını itirənlərdən olmayaq.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Məncə inam şəxsə görə dəyişir. Sevdiyinə inanmaq? Məncə bu birlikdəliyin təməlidir. İnam olmayan yerdə sevgi də olmaz, xoşbəxtlik də.
    Lakin bəzi insanlar var ki, onlara inanmağınız ehtiyac deyil.
    İnamdan söz edən biri məncə güzgüdə öncə özünə baxmalıdır. “Görəsən mən inanılacaq biriyəm?” bu suala verəcəyin cavab çevrəni də təsirləndirir. İnanılacaq biri olan kəs çevrəsini də düzgün seçər və inanacağı insanlarla olar.
    Cəmiyyət – inanmamaq şərtdir.

    tərəfindən bəyənildi 1 şəxs

  4. İnam sizin üçün nə qədər əhəmiyyətlidir? Maraqlı sualdır, Sonay demişkən, mmmmmmmmmmmm, fikirləşmək lazımdır (bu yerdə hökmən barmağını dodaqlarına vurur) 🙂
    Yalandan deyim ki, belə inaıram hamıya və ya hamı mənə elə inanır, yox nadir hallarda inanıram və əgər inandımsa, müəyyən qədər tanıdığım biri inandığım haqqında desə ki, sənin arxanca nəsə dedi. Bircə dəfə deyərəm ki, mən onu tanıyıram, deməz və sən YALAN deyirsən. Amma inandığım biri haqqında zənnə düşmərəm, həmişə yaxşı tərəfini fikirləşərəm. Bu həm özümə mənəvi rahatlıq verir, seçimimin yanlış olmadığını düşünürəm, həm də zənnin günahını almaram, çünki zənnin iki tərəfi var ya doğru, ya yalan. İnanılacaq biri olduğumu da deyə bilmərəm, çünki bu keyfiyyəti qarşı tərəf qiymətləndirir. Sözün düzü, mənə inamım olan az sayda insan yetir 🙂
    Mənimsə gəldiyim nəticə budur: İmanı olanın inamı da hökmən vardır.

    Bəyən

  5. Sənin şərhinə bir cümlə yazacam: Elə insan var ki, heç bərkə-boşa salmağa ehtiyac olmur, mələk üzünə baxırsan, vəssəlam, bütün həyatını verirsən ixtiyarına😍😍😍

    Bəyən

  6. Inam! İnsanlara çox inaniram,onlaridan pislik gözləmirəm,lakin yanılıram.Dəfələrlə yanılsam da,hər deyilən sözün dogru olduğuna inanıram.Əlbəttə,demirəm ki,yüz faiz hər kəsə.Tanıdığım,iç üzünə bələd olduğum (mənfi mənada) insanlara inanmıram.
    Lakin,bəzən inanmadığim bir sözün ,doğru olmağıni arzulayıram.

    Bəyən

    • Bir daha xoş gəldin, mənim əziz Günelim. Daha doğrusu, bizim əziz Günelimiz🌷💐🌹😘
      Hər kəsə inanmaq istəyən insanların qəlbi təmiz olur, sənin də qəlbində kin-küdurət yoxdur deyə beləsən. Kimə inanmasan da, öz köhnə dostlarına inan, bil ki, səni çoxxx, lap çoxxx istəyirik. E-mail ünvanına o qədər məktub göndərmişəm ki….

      Bəyən

  7. Ay,gözəllərim mənim,Sözün doğrusu,kampüterə elə dünən yaxin gəlmişəm.Neçə ay idi ki,yaxın düşə bilmirdim,deyəsən tilsim sındi.
    Mən də sizi çooox istəyirəm daha tez-tez gələcəyəm.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: