Dünyadan maraqlı faktlar

image

1975-ci də İngiltərəli bir ailə televiziyada ən sevdikləri proqramı izlərkən kişi yarım saat dayanmadan gülüb, nəticədə infarkt keçirərək ölüb. Həyat yoldaşı cənazədən sonra proqramın prodüserlərinə bir məktub yazaraq ərini həyatının son dəqiqələrində bu qədər xoşbəxt etdikləri üçün təşəkkür edib.

 
1985-ci də xilasedicilər “hovuzlarda heç kim boğulmasın” adlı mərasimi qeyd etmək üçün bir ziyafət verdilər. Ziyafətdə qonaqlardan biri hovuzda çox maraqlı bir şəkildə boğulub.

 
1983-cü ildə mağazada oğurluq edərkən tutulan San Diyeqolu bir qadın polislərə, əgər onu buraxmazlarsa göyərənə qədər nəfəsini tutacağını söyləyib. Polislər qadını buraxmayıblar, o da həqiqətən ölənə qədər nəfəsini tutub.

Konyada bir gözətçi iti sahibi Emin Çenesizin cib telefonunu udub. Hadisə itin qarnından telefon melodiyası gələndə aydın olub. “Bəxtsiz” telefon kiçik ölçüdə olduğuna görə nəcis yoluyla xaric olub.

 
Hindistanın Assam əyalətində düyü pivəsi içib sərxoş olan 12 fil 3 adamı əzərək öldürüb, 2 adamı da yaralayıb. Rəsmi rəqəmlərə görə Assam əyalətində son 5 ildə fillər ən az 150 adamı əzərək öldürübdür.

 
Belçikada qəzetlərdən birinin işçisinə aid “Nokia 3410” marka cib telefonu danışma əsnasında partlayıb. Jurnalist qulağından yüngül yaralanıb.

 
İndoneziya Dövlət Başçısı Meqavati Sukarnoputri dəstəkçilərinə “Partiyaya veriləcək səsləri artırmaq üçün daha çox sevgiliniz olsun” çağırışını edib. Seçki kampaniyası səbəbiylə Sukarnoputri “Bir qız sevgiliniz varsa daha çoxunu tapın. Gələcək seçkilər üçün hamısını partiyamıza üzv edək” deyib.

 
Jake Fen adlı macarlı biri yoldaşını qorxutmaq üçün özünü asmış pozası verib. Evə gələn qadın ərini o halda görüncə ürəyigedib yıxılıb. Qapını açıq görən qonşu qadın içəri girincə iki cəsədlə qarşılaşdığını sanıb evi soyub. Topladıqları ilə çıxarkən Jake qadına bir təpik atıb. Cəsədin canlandığını sanan qadın qorxudan ölüb.

 

09/09/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Maraqlı idi.. Bəzilərini oxuduqca güldüm 🙂 Təşəkkür Sevincimiz 😉

    tərəfindən bəyənildi 1 şəxs

  2. Sizinki daha gözəl 🙂 Sevincim, sizin də üzünüz gülsün həmişə. ömrünüz boyu 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  3. Nə maraqlı əhvalatlardır, axşam-axşam xeyli güldüm, Allah səni həmişə güldürsün, Sevinc.

    tərəfindən bəyənildi 2 şəxs

  4. Həqiqətən maraqlı faktlardı həm qəribə həm gülməlo Təşəkkürlər Sevinc

    tərəfindən bəyənildi 1 şəxs

  5. 1-cini oxuyanda fikirleshdim ki, qadinin da lap ureyinde and imish, eksi olsa idi, dava achib tezminat alardi 😀
    O telefonu bextsiz adlandirmazdim, hetta shansli da demek olar, chunki itin qarninda qala da bilerdi 😂
    Maraqli ve gulmeli, hetta aglamali idi de 😘
    Muellife boyuk teshekkurler 😍

    tərəfindən bəyənildi 1 şəxs

  6. Ben Türk Dili ve Edebiyati öğrencisiyim ama Azeri diline oldukça ilgim var hatta bazı araştırmalar bile yapıyorum sonuçta öz Türkçedir Azeri lehçesi. Çok seviyorum 😊

    tərəfindən bəyənildi 1 şəxs

  7. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: