Şərbətlərin faydası

image

Xalq təbabətindən seçmələr mövzumuz davam edir. Bu günkü yazımızda şərbətlər haqqında danışacağıq.
Alma şərbəti – mədə və ürəyi qüvvətləndirir, susuzluq, ürəkdöyüntüsü və ürəkbulanmanın qarşısını alır. Meyxoş dağ almasını əzib suyunu çıxarmaq, onu yarısı qalana kimi mülayim od üzərində bişirib süzmək və bir gecə saxlamaq lazımdır. Qatılaşdırmaq üçün ertəsi gün bir daha yüngül odda azacıq bişirib şəkər əlavə edilir.


Bal şərbəti
 – soyuqdəymədən olan xəstəliklər, sinə və qaraciyər xəstəlikləri üçün çox münasibdir. Bir hissə bal götürülür, onun iki hissəsi qədərində su ilə qatıldıqdan sonra mülayim od üzərində bişirilir. Bişən əsnada kəfi yığılır. Nəhayət, bişib qalan üçdə bir hissəyə təsirliliyini artırmaq üçün azacıq döyülmüş darçın, zəncəfil və quluncan əlavə edilir.

Əncir şərbəti – böyrəyi isti saxlayır, həmçinin soyuqdəymədən olan bel ağrısı üçün faydalıdır. Hazırlanma qaydası belədir: əncirin üzərini örtənə qədər su töküb bişirmək lazımdır. Bir neçə gün saxladıqdan sonra süzüb yarısı qədər bal qatmaqla işlədilir. Bunu quru əncirdən də hazırlamaq olar.
Turş nar şərbəti – ödün şiddətini yatırır, mədəni möhkəmləndirir, ishala qarşı yaxşı təsir edir. Narın suyu mülayim odda bişirilir və üçdə biri qədər qənd və ya bal əlavə edilir.
Eyni qaydada hazırlanan şirin nar şərbəti ishala, sətəlcəm və sinə ağrısına qarşı; qara tut şərbəti boğaz ağrısı və iştahasızlıq hallarına ağ tut şərbəti tənəffüs orqanları xəstəlikləri, həzm və mədə zəifliyinə qarşı, quzuğulağı və ya turşəng şərbəti isə qaraciyər, bağırsaq, öd şiddətinə qarşı məsləhətdir.
Zirinc şərbəti – ürəkdöyüntüsü, ürəkbulanma iştahasızlıq halları üçün faydalıdır. Onun suyunu çıxarır və eyni miqdarda alma suyu, yarısı qədər limon suyu qatır və şirinliyi üçün şəkər əlavə edib qatılaşdırırlar.

Gavalı (albuxara) şərbəti – baş ağrısını, öd şiddətini yüngülləşdirir, sarılığa qarşı yaxşı təsir edir. Onu suda tam qaynadıb süzür və dadını şirinləşdirmək üçün azacıq şəkər qatırlar.
Qora şərbəti – mədə, mədə zəifliyi, istiliklə müşayiət olunan ağrılar zamanı, susuzluq və hamiləliklə əlaqədar xəstəlik hallarında işlədilir.
Qora suyunu yarıya çatanadək qaynadıb bir gecə saxlayır və yenidən ona əvvəlki miqdarı qədər mixək qatıb qaynadırlar ki, qoxusunu aparsın. Sonra şəkər əlavə edib qatılaşdırırlar. Qora suyu təmiz halda hələ qədim zamanlardan şəkərli diabeti müalicə etmək üçün işlədilir.
Gül şərbəti – qaraciyər üçün çox faydalıdır. Gülü suda (dörddə bir hissəsi qalanadək) qaynadırlar. Sonra onu süzüb özü miqdarında şəkərlə qatılaşdırırlar.

Heyva şərbəti – həzmi gücləndirir, susuzluğu yatırdır, mədə və qaraciyər üçün faydalıdır.
Şirin heyva suyuna yarısı qədər limon suyu əlavə edir və həmin miqdarda şəkər əlavə edib mülayim odda qatılaşdırırlar.
Turş heyvanın qabıq və tumunu təmizləyir, suyunu çıxarırlar, dörddə bir hissəsi qədər bal ilə qatılaşdırırlar.
Limon şərbəti – öd, mədə zəifliyi, ürəkbulanma, susuzluq halları üçün olduqca münasibdir.
Limon suyunu asta od üzərində yarısı qalana qədər qaynadır və ilkin miqdarının yarısı qədər şəkərlə qatılaşdırırlar.

Bənövşə şərbəti – qızdırma, öskürək, qan təzyiqi və s. xəstəliklər üçün işlədilir. Təzə bənövşəni üç dəfə onun üçdə biri miqdarında su ilə qaynadırlar. Kütlənin dörddə biri qalanda bənövşə miqdarında şəkər əlavə edib qatılaşdırırlar. Bənövşə quru olarsa, bir hissə bənövşəyə özünün iki qatı qədər şəkər əlavə olunmalıdır.

Nanə şərbəti – mədəni qüvvətləndirir, ürəkbulanma, ishal və hıçqırmaya qarşı faydalıdır.
Meyxoş narın suyunu çıxarıb, onun yarısı qədər nanə cövhəri əlavə edib qaynadaraq kəfini yığırlar. Həmin miqdarda şəkər qatıb qatılaşdırırlar.

Gülab şərbəti – mədə iltihabı, öskürək üçün münasibdir. Sidik və tərqovucudur. Tənəffüs orqanlarını möhkəmləndirir.
Gülabı üçdə bir hissəsi qədər şəkərlə qatıb mülayim od üzərində bişirir, kəfini yığırlar. Bu əməliyyat onun üçdə bir hissəsi qalanadək davam etdirilir. Sonra şirəyə 2-3 qram döyülmüş zəfəran qarışdırıb ondan istifadə edirlər.

08/09/2015 tarixində Sağlamlıq içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. ALLAHa qurban olum, o qədər gözəl nemətlər yaradıb ki, min dərdin dərmanı 🙂 Yaxşı ki, belə sağlamlığa aid xəbərlər paylaşılır, məncə insanları maarifləndirmək üçün yaxşı fikirdir, təşəkkürlər sizə də 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Paylaşdığın üçün sağ ol, Seva. Allah heç bir neməti səbəbsiz yaratmayıb, nənələrimiz zamanında belə vasitələrdən istifadə ediblər.Biz isə “hazırın naziri” olmaq istəyirik, ona görə də ömür qısadır, xəstəliklər isə “öz işində”.

    Bəyən

    • Hazıra nazirlikdir də elə sağlamlığımızın axırına çıxan. Bir dənə ərzaq tapa bilməzsən ki, əlini şəstləşüstünə qoyub deyəsən ki, sən tam ziganslz, kimyəvi qatqısızsan. Yoxdu, istər bahalı olsun, istərsə də ucuz, hamısı eynidir. Bilirsən mənə hərdən nə qəribə gəlir, İrinka? İnsankarın özünün özünə qəsdi. Yıni bilə-bilə canlarına ziyan vururlar. Baxırsan ki, kənd yerində yaşauır, amma qapısında nə bir toyuq var, nə də bir inək, qoyun. Ay insan övladı, sənin bunları saxlamaq imkanın varsa, niyə gedib dükandan hormon mınbəyi olan broyler toyuğu, yumurta, tərkibinin heç 10% belə kərə yağ olmayan yağ alıb işlədirsən? Kəndi şəhərdən ayıran cəhətlər var, indi bircə qalıb kındlərarası metro da çəkib olalar “limçay”, yəni “şəhərli kənd”. Bilirik ki, unun da tərkibində əlavə qatqılar var, həm də orqanizm üçün ziyanlı olan. Bir kındə bir dəyirman yetmızmi? Əkin halal buğdadan, aparın dəyirmanda üyüdün yeyin də. Binada yaşayan da çörəyi elektrik sobasında bişirsin, ya hazır alsın, kənddə olan da?! Onda gələcək nəslin sağlam olacağına kim zəmanət verəcək?
      Bir sözlə, mən 30 il bundan əvvəli istəyirəm…

      Bəyən

  3. Haqlısan, Sevinc, sənin yazdıqlarını mən də həmişə deyirəm. Biz şəhərdə kənddən təmiz yağ, kənd yumurtası tapıb gətiririk, onlarsa kənddə mənşəyi bilinməyən yağ, broyler toyuq, onun yumurtasını yeyirlər. Deyəndə də deyirlər ki, saxlamaq çətindir, xərci borcunu ödəmir. Deyirəm ay balam, əvəzində təmiz məhsul yeyəcəksən, hələ inəyinin ildə bir balası qənimət olacaq. Yox, neynirəm ki, alıb yeyirəm da, deyir.
    Bəli, qorxmalıyıq, bir neçə ildən sonra indi tapdığımız bəzi kənd məhsullarının tozunu belə, tapmayacağıq. Faciədir, fəlakətdir ey bu! Hara gedirik, niyə gedirik özümüz də bilmirik. Sən, mən, biz azıq, heç nə edə bilmirik. Təbliğat zəifdir, millətin başı telefola necə qarışıbsa, təqdir olunası məlumatdan məlumatsızdır. Hər kəs öz işini görmür, bacı. “Yerimiz səhv düşdüyü” üçün gələcəyimiz böyük təhlükə altındadır.

    Bəyən

  4. Şərbətlərin bu qədər faydası olduğu halda nədənsə cox sevmirəm Amma evdəkilər nanə ilə limon şərbətini cox sevirlər Soyuducumuzda mütləq olmalıdı Amma bu aralar alma bol idi deyənə arada alamalar zay olmasın deyənə şərbət edib icirdim))

    Bəyən

  5. Men de Gulum baci kimi chox sevmirem, amma vaxtashiri sherbet edirem evdekilere, chox vaxt da nane, limon israf olmasin deye. Bal sherbetinin faydasini eqlim qebul edir, amma hech cure iche bilmirem. Faydali xeber uchun chox teshekkur edirem, Sevinc.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: