Oxuyacam, əl çəkin və ya “papanın gül balaları”na mesaj

image

Bir neçə il bundan əvvəl sentyabrın 1-i yeni dərs ilinin başlandığı gün olardı. Müəyyən səbəblərdən ölkəmizdə bu təqvim sentyabrın 15-i ilə əvəz olundu. Bu isə o deməkdir ki, yeni dərs ilinə çox az bir müddət qalıb. Fikrim bu münasibətlə nə təbrik xəbəri hazırlamaqdır, nə də yeniliklər və çatışmazlıqlardan yazmaq. Bu gün bu xəbərimlə elm öyrənməyə dırnaqarası baxan, hər cür şəraitlə təmin olunsalar belə təhsil almağı, yeni biliklər əldə etməyi ikinci, üçüncü, bəzən isə sonuncu plana salan bəzi ərköyün “papanın gül balaları”na bir mesaj göndərməkdir.

Əziz ərköyün və sevimli şagirdlər! Siz əli, ayağı quru, bahalı avtomobillərdə, qardan, yağışdan uzaq bir şəraitdə bilik almağa göndərilərkən, lakin öyrənməyə naz edərkən, baxın görün sizin öyrənmək istəmədiyiniz elm üçün əziyyət çəkən, sözün əsl mənasında yolunu sıldırımlı, enişli-yoxuşlu, hətta təhlükəli olan yollardan salmaqla keçən necə elm fədailəri var. Onlar nəinki rahat avtomobildə gəlmək şansındadırlar, həmçinin adi avtobus və ya metrodan belə istifadə etməkdən məhrumdurlar.

Əziz valideynlər! Bu xəbər həmçinin sizin üçün də çox lazımlı və vacib bir mesajdır. Dərsə getməyə naz edən övladlarınıza göstərin bu fədailəri. Qoyun həyatın çətinliklərini bir daha dərk etsinlər. Həm də düşünsünlər, bəlkə nəticə çıxaranlar oldu…

İlk yeddi şəkil Çin ölkəsinin məktəblilərinə aiddir. Hər gün bu çətin yolları qət etməklə məktəbə tələsən bu uşaqlar qəhrəman adına layiqdirlər.

image

image

image

image

image

image

image

Bunlar isə İndoneziya məktəblilərinin elm üçün qət etdikləri yollardır.

image

image

image

image

image

image

Hind məktəblilərinin də yolu heç də asan deyilmiş. Görün bu balaca körpələr bilik əldə edib cahillikdən qurtulmaq üçün nələrə sinə gərirlər…

image

image

image

image

image

Flippin məktəblilərinin yolu da təsəvvür etdiyiniz kimi hamar deyil heç. Bu uşaqların gözlərinin dərinliyindəki ümidi görürsünüzmü? Onların içində qorxu yox, ancaq ümid var…

image

image

Etiraf edim ki, məni ən çox düşündürən sonuncu təqdim etdiyim şəklin qəhrəmanları oldu. Kolumbiya məktəblilələrinin keçdiyi elm yoludur bu. Hər gün 800 m yolu Ria-Negro çayının üzərindən göydən asılı vəziyyətdə bax beləcə qət etməlidirlər…

image

image

07/09/2015 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 17 Şərh.

  1. Nəticə çıxarsalar yaxşı olar, çünki əla xəbər paylaşmısız,əyani sübutlarla 🙂 Halal olsun o uşaqlara, şəxsən şəkillərə baxanda mən qorxdum, hündürlük filan 😦

    tərəfindən bəyənildi 1 şəxs

    • Aysel, bir qədər aydınlığı da şərhimdə gətirmək istəyirəm. Bir neçə onilliklər əvvəl ali məktəbə hazırlaşan uşaqlar üçün indiki şərait yox idi. Nə hazırlıqlar vardı, nə fərdi müəllim, nə də bu qədər texniki imkanlar. İndiki kimi valideynlər başa sığal da çəkmirdilər, hələ bir ev işlərində məktəbli olan kəs onlara kömək də edirdi. İmtahan da ki, test yox canlı şəkildə müəllimlə üz-üzə oturmaqla verilirdi. Həm də bir dəfə yox, beş dəfə. Buna baxmayaraq ali məktəbə qəbul olmağa hamı can atardı. İndi (elə mən özüm də) övladımıza əlin ağ bir, qara iki vurdurmuruq ki, bəs qoy uşaq hazırlaşsın, qəbul olsun…
      Bunun da bir çox səbəbləri var ki, bu da bur ayrıca xəbərin mövzusudur.

      Oxuduğun üçün sənə də təşəkkürlər, gənc jurnalist😘🌹💐💖🌺🌷

      tərəfindən bəyənildi 1 şəxs

  2. Əlbəttə, o vaxtlar fərqli idi. Onda insanlarda elmə həvəsdə vardı məncə, ən azından vaxtlarını boş boş saytlarda, kompyuter qarşısında keçirmirdilər. Həm oxuyurdular, həm işləyirdilər. İndi bir bədii kitabı oxumağa belə ərinirlər o ki, qaldı dərs kitablarını oxumaq 🙂
    İNŞAALLAH övladınız ürəyi istəyən yerə qəbul olar..Qoyun oxusun 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  3. İnşaAllah yaxşı olar 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  4. Şəkillərə baxdım, inanın ki ürəyim ağrıdı. Gör uşaqlar oxumaqçun necə yollar keçirlər.Vallahi, doğrudan da qəhrəmanlıqdır. Yoxsa ki, düz yolları olanlar belə ürəklə məktəbə tələsmirlər.

    tərəfindən bəyənildi 1 şəxs

  5. Əvvəla, çox sağ ol ki, belə gözəl mövzuya toxunmusan, Seva. Amma görüm sən deyən uşaqlar bir yana, bunu neçə valideyn oxuyacaq?Özümüz deyib, özümüz eşidəcəyik.Elə bu yüksək texnologiyalar, bu qədər rahatlıq deyilmi onları tənbəlləşdirən? Kaş oxumaq istəməyən beş uşaq bunu görəydi, onlar da bir beşinə və s.çatdıraydı.Mən birbaşa təhsilin içində olan bir şəxs kimi,bu millətin gələcəyindən yaman qorxuram.

    Bəyən

    • Haqlısan, İrinka. Texnalogiyanın üstün cəhətləri çox olsa da, uşaqların dərsə marağını azaldıb. Ona görə də bədii ədəbiyyata, kitablara da həvəs, maraq sıfra enib. Bu da gələcək nəslin danışıq nitqində qüsurlara səbəb olacaq və olur da. Dilin söz ehtiyatının çox olması bədii ədəbiyyat oxumaqladır, onda nitq də formalaşır, dünyagörüş də. Amma indiki gənclərin çox böyük əksəriyyəti sosial şəbəkələrdə “like”larla baş qatırlar, vaxt keçirirlər. Savadlı gələcək naminə buna göz yummamalıyıq.
      Şərhin üçün sənə də təşəkkürlər, İrinka. 🌹💐🌷

      Bəyən

  6. Dünən uzun -uzadı bir şərh yazmışdım, necə oldusa çoxusu silindi. tənbəllik edib tərar yazmadım, ürəyim dolu idi, təhsilindəki bəzi nöqsanlardan yanıqlıyam.

    Bəyən

  7. Təhsil həmişə mənim maraq dairəmdə olub Cox sevirəm zəhmətiylə təhsil alan uşaqları Ümumiyyətlə zəhmətlə əldə edilən hər bir şey dəyərli olur və mütləq faydasını görmək olur

    Bəyən

  8. Axır ki gəldim))) Xoş gününüz olsun Bu arada onu da deyim ki Ana və uşaq saytında parolumu itirmişəm bəroa edə bilmirəm(((

    Bəyən

  9. İnşallah cünkü sayta daxil oliram amma şərh yaza bilmirəm Səsimi eşidin mənə kömək edin öz parolumu isdiyirəm

    Bəyən

  10. Biy biy burda menden danishilibmish axi 😉 Xebere gelende rahat sheraiti olub da, 400-den az bal toplayan abituriyent gorende ele bil qutuda ilan ve ya yumurtalamayan toyuq gorurem 😅 50 faiz ushaqda varsa, 50 faiz de anada gunah var. boshuna demirem ha, gorduklerimden bu neticeye gelmishem. Bizim neslin analari ele bil oglanlari universitete girdi, vessalam ohdelikleri tam odeyibler, onlara soz demek olmaz. Amma bu tetil universitete girib de, istirahet merkezinde chalishan bir telebenin ailedi ile tanish oldum. Hech bir tehsili olmayan ana menim ali tehsillilerimden ferqli olaraq, dedi ki, telebe olanda ne olar ki, qoy zehmete alishsin. O gencin hemishe el arasi da demishken choreyi olacaq 😊Aktual movzuya gore teshekkur edirem, Sevincim 🌺 Onu da qeyd edim ki, men ozum de ushaqlar kitabla meshgul olanda deymirem ki, qoy oxusunlar, amma axir vaxtlar ozumu terbiye etmeye chalishiram, Allahin iznile zehmete alishan ovladlar yetishdirerik 😌

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: