Doğum günün mübarək!
Yaxşı deyiblər ki, dövlətdə dəvə, övladda nəvə. Nəvəsi olan bir neçə dostdan, tanışdan bu şirinliyin nə olduğunu duymuşam artıq, qalıb bircə yaşamaq…İnşAllah məsləhət olarsa, o da qismətim olar. Amma etiraf edim ki, nəvələrimçün çox sevimli nənə olacam☺️😘
Gələk mətləbə…hə, əzizlərim, bu gün növbəti bir doğum günü xəbərini dərc edib sizinlə paylaşmaq şansına nail oldum. Çox şirin, ağıllı, həm də çox ərköyün bir balanın doğum günüdür bu gün. Kim olduğunu bilmək istərdinizmi? Hamımızın hörmət etdiyimiz İrinka xanımın nəvəsi Orxan balanın. Yəni Türkan balanın qardaşının doğum günüdür bu gün. Təəccüblənməyin, bəli, üçüncü doğum günü təbrikim də məhz bu ailənin qismətində imiş.
Orxan balanın 3 yaşı tamam olur. Gəlin ona ürək sözlərimizi, təbrikimizi bu xəbər vasitəsilə çatdıraq. Axı Orxan bala vətəndən uzaqda yaşayır. Qoy orada, müvəqqəti yaşayış yerində qazandığı dostları görsün ki, Orxanı biz də çox istəyirik.
Hə, Orxan bala! Sən, sənə verilən ömür payının elə bir dövründəsən ki, bu dövrə çoxumuz yenidən qayltmağın həsrətindəyik. Sənə qayğısız, sağlam, atalı-analı bir ömür diləyirəm. Qoy uşaqlıq illərinin çöhrəndə yaratdığı bu təbəssüm, xoşbəxtlik səni bir ömür tərk etməsin. Yaşının bütün çağlarını bax beləcə, dərddən, kədərdən uzaq, firəvan keçirəsən!
Orxan balanı tanımayanlar buyurub tanış ola bilərlər. ☺️
05/09/2015 tarixində Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.
Sevinc,çoooox sağ ol, canım bacım. Allah sənə də nəvə sevinci bəxş etsin, övladlarının xeyirini-bəhrini görəsən. Dostlara dəyər verdiyin üçün Rəbbim səni hər zaman dəyərləndirsin!
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Dəyməz, İrinka. Arzun üçün də sağ ol. Bizdə dosta sadiqlik var, vəfa var, sədaqət var😍☺️🌹💐😘🌺
BəyənBəyən
Əvvəla, siz də arzularınıza çatarsız inşaAllah, nənə olarsız 🙂 Bu gün mənim üçün də gözəl günlərdən biridir, Canım Atamın doğum günüdür:) ona görə də ikiqat sevindim və Orxan balanı təbrik edirəm, Allah onun bəxtini gözəl, canını sağlam eləsin 🙂 Amin!
Bəyəntərəfindən bəyənildi 2 şəxs
Aysel, canım, ürəkdən təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Ata qızların baş tacıdır. ALLAH atanı sənə çox görməsin. Hər zaman ocağınlzdan ata nəfəsi gəlsin💐😘😍🌷☺️🌺♥️
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Sağ olun,Aysel xanım. Allah atanıza cansağlığı versin.
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çooox sağolun gözəl insanlar, gözəl sözləriniz üçün minnətdaram 🙂 Allah sevdiklərimizi bizə çox görməsin. Amin 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çoooooxxxx sağ olun Sevinc xanım verdiyiniz dəyərə görə.Əziyyət çəkib təbrik hazırlamısınız.Təşəkkür edirəm.Allah sizə də nənə olmağın şirinliyini nəsib etsin, Amin İnşəAllah.
BəyənBəyən
Dəyməz, xoşdu, Nara. Bu şirin balalar qoy bloqun bəzəyi, gülü olsun😘😍💐🌷🌹
BəyənBəyən
Mən də təbriklərə qoşuluram.
BəyənBəyən
Çox sağ olun, Xatın xanım🌹💐🌺🌷💖
BəyənBəyən