Ayaqqabının tarixi haqqında

image

Ayaqqabılar heç də bu sözün ilkin mənasıda deyildiyi kimi, yalnız dəri və ya rezindən hazırlanmış geyim vasitəsi deyildir. Başqa sözlə, ayaqqabının əsl məqsədi hərəkət zamanı ayağımızı çınqıldan, şüşə və dəmir qırıntılaından, soyuqdan, palçıq və sudan qorumaq deyil. Maraqlıdır ki, bəzən ayaqqabı seçərkən rahatlıqdan daha çox zahiri görünüşünə əhəmiyyət veririk. Hətta bəyəndiyimiz ayaqqabıları ayağımızda heç rahat olmadığı halda da , xoşumuza gəlibsə, almışıq. Baxmayaraq ki, xoşumuza gələn bu ayaqqabı bizi həm də incidib. Deməli, biz onun geyim vasitəsi olmaq xüsusiyyətindən daha çox zahiri görkəmimizin elemetlərini tamamlayan vacib aksesuar kimi qəbul etmişik. Bəs ayaqqabıların nə zaman, necə yarandığını, həmçinin günümüzə qədər necə dəyişildiyi haqqında nə bilirik?
Axı ilk ayaqqabılar yarandığı ilk dövrlərdə heç də indi gördüyümüz forma və modellərdə olmayıb. Ayaqqabılar yarananda o, başlıca olaraq, əvvəldə qeyd etdiyimiz kimi, ayağı xarici təsirlərdən qorumaq məzsədi daşıyıb. İnkişafla bağlı ayaqqabıların hazırlanma texnologiyası yeniliklərə səbəb olmuşdur. Eyni zamanda insanların zövqləri getdikcə məzmunlaşmış və nəticədə hər fəslə uyğun müxtəlif dəbli ayaqqabılar meydana gəlmişdir. İndi sizə təqdim edəcəyimiz xəbər ayaqqabıların inkişafındakı fərqləri müqayisə etmək baxımından maraqlı olacaqdır.

İndi hansı üslubda desəniz, ayaqqabılar var. Hər kəsin zövqünə uyğun, istər hündürdaban, istər alçaqdaban, istər babet, istərsə də idman üslubunda.
Lakin keçmişdə fərqli idi. Yəni şərtlər nə olursa- olsun, insanların yaşaması üçün daim fiziki güc istifadə etməsi lazım olduğu zamanlarda ayaqqabılar hər kəs üçün çox əhəmiyyətli idi.

Mәlumdur ki, heç kim bütün mövsümlərdə eyni ayaqqabı hər geyinmir. Çünki şərait və zaman dəyişdikcə, insanların ehtiyacları da dəyişir, eləcə də ayaqqabılar da .

Miladdan əvvəl 800-cü illərdə şahzadələr, lordlar, işçilər və cəngavərlər ayaqlarındakı ayaqqabılara görə ayırd edilirdi. Yəni ayaqqabı bir növ soy göstəricisi idi.

Ayaqqabıların köhnəlmiş halı bizə o ayaqqabının geyildiyi dövrlər və o ayaqqabını geyən insanlar haqqında məlumat verir. Məsələn, çinli qadınların ayaqlarının nə qədər kiçik olduğunu onların ayaqqabı nümunələrindən asanlıqla bilmək mümkündür və ya Hindistandakı ətraf şəraitin göstəricisi kimi onların ayaqqabılarına baxmaq kifayətdir.
17-ci əsrədə artıq ayaqqabılar yalnız rahatlığı üçün deyil, eyni zamanda qəşənglik üçün də geyilməyə başlanır.
Fars İmperatorluğu miladdan əvvəl 500-ci ildə quruldu və dörd bir tərəfdən genişləndi. Bu da farsları bir çox mədəniyyəti içində saxlayan homogen bir birlik halına gətirdi.
Akad kralları onlara ayaqqabılar və paltarları dəyişdirməyi təklif etdi.
20-ci əsrdən etibarən ayaqqabı istehsalı sürətlə inkişafa başladı. Bir çox dizaynerlər öz adlarıyla dizaynlarını həyata keçirməyə başladılar.
20-ci əsrdə ayaqqabılar yalnız model olaraq deyil, funksional olaraq da inkişafa başladı. İnsanların ehtiyaclarına görə şəkil almağa başlayan ayaqqabılar, zamanla modanı üstələyə bildi.

 

 

04/09/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Günümün çox hissəsi ayaqqabıda keçir deyə, mən görünüşlə bərabər hökmən rahatlığa da üstünlük verirəm. Nə gözəldir, rahat olmasa da olar deyirəm, nə də rahatdır deyib də, qaloş kimi ayaqqabı geyinirəm. İkisi bir arada olanda gözəldir mənim üçün.
    Geyimimizin əsas elementlərindən olan ayaqqabının tarixi haqqaında məlumatlandırdığınız üçün təşəkkürlər, Sevinc Xanım.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: