Sevirsənsə, sev, əzizim…

image

Evliliyin təməli, əsasən, qarşılıqlı hörmət və güzəştdən qaynaqlanır. Bu sırada intim həyat da şərtdir. Bunlardan hər hansı biri düzgün qurulmayıbsa və yaxud gözlənilmirsə, bir müddət sonra fəsadları üzə çıxmağa başlayar. Belə olanda isə sevgimizi və dəyərli sevgilimizi itirməyə başlayarıq. O müqəddəs saydığımız sevgilərin yerini ümidlərin puç olması və şübhələr əvəz edər. Sevgi, bununla bağlı bütün arzular iç dünyamızdan yavaş-yavaş qeyb olarlar . Sevgilər öləzidikcə isə boşanmalar reallaşar, onlar fərqinə varmasalar da, belə zamanın qarşıda onları gözlədiyi şəksizdir…


Müqəddəs sevgilərlə başlayan evliliklər ən təmiz, ən pak və ən uzun ömürlü olmağa etibarlı körpüdür. Amma bəzən qismətlə bağlı evliliklər də uzunömürlü ola bilər. Belə sevgilərdə , əsasən, qadınalar qisməti ilə barışır, taleyi gülməsə də, el içində xar olmamaq, ailələrinin və balalarının adını “xar etməmək” üçn sonadək sevgilərinə sadiq qalırlar. Bu, müəyyən araşdırmaların nəticəsidir, təbii ki, istisnalar da var. Hətta bu cür evliliklərdə, bəzən qadınlara öz ailələri tərəfindən ” geri dönməyi, əsla düşünmə” kimi məsləhətlər də edilir.
Evlilikdə əlaqələrə mənfi təsir edən bəzi faktorlar vardır:
Məsələn, ailə üzvlərinin cəbhələrə və ya fərqli tərəflərə bölünəsi belə faktorlardan biridir. Ananın öz övladına hədsiz bağlanması və bu zaman atanın rolunun unudulması bir ocaqda eyni sevgidən qığılcım götürməli olan sevgini söndürü. B. Vahabzadənin şeirində deyildiyi kimi:

Kösövün ikisi çöldə də yanar,
Biri tək ocaqda alışa bilməz.

Sağlam və düzgün tərbiyə metodu seçən bir ananın tərbiyəsi ilə uşaqlar ailədəki sevgini alovlandıra bilərlər və belə tərbiyə gələcəkdə onların da sevgi kimi həyati məsələdə doğru addım atmalarını təmin edər. Bəzən cütlüklər evlilik həyatlarında bir-biri ilə sanki tündxasiyyət və insanayovuşmaz adamlar kimi davranırlar, yoldaşı ilə yerli-yersiz mübahisələrə girərək, bir növ, ailədə müəyyən üstünlüyə sahib çıxmaq istəyirlər. Onda bu yanlış yanaşma ailədəki sevgini söndürməklə bərabər, uşaqlara da əks-təsir göstərir. Belə olan halda, uşaqlar da evə isinişə bilmir:müstəqil olmaq istəyir, azadlıq ehtiyaclarına tez-tez vurğulayırlar. Yetkinlik dövrünün bu ciddi mərhələsində şəxsiyyət böhranı yaşanır: mən kiməm, necə etməliyəm? Necə biri ola bilərəm və s. Bu kimi suallara cavab axtarıb tapmaq ailənin özlünü sarsıdaraq daima narahatçılıq yaradır.


Gənclərin sevgi haqqındakı düşüncələrinin bəzi hallarda yetərincə olmaması:
Təəssüf ki, bəzən gənclər sevgini müəyyən yaşa – sevgi yaşına çatmaq kimi başa düşürlər. Bəzən xoşu gəldiyi bir qızla tanış olub ailə qarşısında öz tələblərini irəli sürürlər ki, toyumuzu edin. Gənclər evlənərkən həqiqətən ailələrinə “sağlıqla qal, ana-ata, mən evlənirəm ” deməməlidir. Gənclər sevgi dünyalarını ilk öncə öz ailələrindəki, nəsillərindəki xoşbəxt sevgi həyatlarından aldıqları təəssüratlarla qurmalıdırlar. ətrafdakı digər nümunələr də olar. Müstəqil, amma doğru yanaşmalar gələcək səadətin təməli deməkdir. Valideynlər də belə vəziyyətlərdə uşaqlarının doğru və ağıllı seçiminə rəğbətlərini gizlətməməlidirlər. Uşaqlar hiss etməlidirlər ki, onların səadəti, gələcəkdə müstəqil ailə sahibi olmaları valideynlərinin ən böyük arzusudur. Müşaqhidələr göstərir ki, övladlar yanlış seçim edəndə, sevgi üçün hazır olmayanda, amma ailə qurmaqda israrlı olanda gələcəkdə belə evli cütlüklər həqiqətən çətinliklə qarşılaşırlar. Qızlar yeni evə, ailəyə köçsə də uzun müddət burada özlərini tapa bilmir, fikirləri həmişə ata ocağnda qalır, yeni qurduğu ailəsinə isinişə bilməməsi problemi ilə büruzə verir. Hətta bəzən üzərinə düşən gündəlik qayğıları belə çəkə bilməyib qaynana qınağına tuş gəlir. Mənasız söz-söhbətlər yaranır. Beləcə, yeni qurulan evliliyin səbəbkarı gənclər arasında anlaşılmazlıq baş qaldırır. Bir növ, necə deyək, ailədə yadlaşma, soyuqluq yaranır.

Fərqliliklərin vurğulanması:
Evlilik iki fərqli insanın bir ola bilməsi üçün reallaşdırdığı bir müqavilədir.
Filosof Əbu Turxan çox gözə deyir ki, kişi də, qadın da tək qanadla yaranır. Pərvazlanıb uçmaq üçün isə qanadların
qoşalaşması lazımdır. Doğrudan da belədir. Əgər şifahi xalq ədəbiyyatı nümunələrinə fikir versəniz, ata-babaların qarşılıqlı sevgi haqqındakı fikirləri filosofların söylədiklərindən də çox-çox əvvəl yaşanmış həyat həqiqətinə əsaslanmışdır. Atalar sözlərimizə fikir verin: “Uça bilmək üçün qanadlar tən olmalıdır”, 
“Tayını tapa bilməyənlərin məhəbbəti göydən asılı qalar” və s. Amma “bir ömür durnalar qoşa uçsa, yorulmaz”. Həyati müşahidələr göstərir ki, cütlüklərin heç də hamısı “qoşa uça” bilmir və yaxıd ömrün sonuna kimi qoşa uça bilmirlər. 
Bu hallar bəzən ailədə sonralardan yaranan fərqliliklər səbəbindən olur. Evli tərəflər o vaxt vüsala çatırlar ki, artıq eyni arzu ilə birgə yaşayıblar. Bəs sonradan onlar arasında fərqliliklər niyə olmalıdır? Əlbəttə ki, lap başlanğıcda qeyd etdimiz kimi sevgi, ailə münasibətləri qarşılıqlı etimada və hörmətə bağlı olmayanda, evlilik həyatının cinsi nizamı pozulanda və s bu kimi təsirlərin nəticəsində güman və şübhələrin bu yuvaya ayaq açmasıyla.
Evlilikdə başlanğıcda olan bənzərliklər tədricən xasiyyətlərdə fərqliliklərə şevrilməyə baılayanda tərəflər arasındakı əlaqələr zərər görür və cütlər yavaş-yavaş bir-birlərindən uzaqlaşmağa başlayırlar. Bu isə çox zaman gənc ailələrdə daha arzuolunmaz yolların başlanğıcına gətirmə hallarına təsadüflə nəticələnə bilir.
Odur ki, ailə ittifaqını daim möhkəmləndirmək üçün tərəflərdən fədakarlıq tələb olunur.
Ailədə güc tətbiqi:
Güc tətbiqi artıq bu ailədə sevginin ərşə çəkildiyindən xəbər verir. Bu, ən az iki adamın ailədəki bir başqa adam, ya da kimlərəsə qarşı olması deməkdir. Bəzi ailələrdə ana və uşaqlar, ümumiyyətlə, ataya qarşı olurlar. Bu cür vəziyyətlərdə ailə bütövlüyündən danışmağımızın heç mənası yoxdur. Belə hal bir vaxt bir-birlərinə “çanımsan, günəçimsən” deyən iki qəlb sahibinin tamam yadlaşması ilə müşayiət olunur və bir sevgi hekayətinə nöqtə qoyulur. Bununla da acı bitmir: belə ailədə böyüyən qızlar, adətən, yaşları keçsə də sevə bilmir, ailə qurmaq istəmir, bütün kişilərin belə olduğu qənaətinə gəlirlər. Oğlanlar isə bir təhər ortqa məktəbi bitirməyə tələsir ki, sərbəst olub öz doğma yuvasından uzaqlaşsın.
Bu yerdə məşhur filosof Nitşenin bir gözəl fikrini nümunə çəkmək istərdim: “Ən yaxşı evlilik dostluq hissi üzərində qurulur”.
Həyat, yaşananlar dönə-dönə sübut etmişdir ki, dost olmağı bacaran sevgililər birgə əmək və mübarizə ilə bütün çətinlikləri asanlıqla yoluna qoya bilirlər. Ailədə hər kəsin öz yeri, öz haqqı var. Amma bunların ümumi ahəngində ərin-atanın üstün rolunu heç vaxt nəzərdən qaçırmaq, hesaba almamaq olmaz. Qadınlar fədakardır, işgüzardır, cəfakeşdir…Amma bunları doğru sərf etməyəndə səmərəsindən çox əziyyəti olur. Ən pisi də budur ki, belə vəziyyətlərdə ata özü laqeyd və diqqətsiz olsun. Sevgi, ailə xoşbəxtliyi birgə mübarizə deməkdir, arzu etdiyini birlikdə və birgə mübarizə ilə əldə etməkdir. Onda fərqlilik heç zaman araya gəlməyəcək, axı eyni istəyə can atırsınız, bir-birinizi tamamlamalısınız. Bəli, ailədə hamı çəkici eyni nöqtəyə döyməlidir. Ancaq bu zaman ailə həqiqi ailə ola bilər.
Ailə ahənginin pozulması:


Hər əlaqənin , hər sistemin özünə xas bir tarazlığı – ahəngi vardır. Bu tarazlıq hansısa kənar bir təsirdən pozula bilər: yeni doğulan uşaq , itkilər (yas) , xəstəlik, iş uğursuzluğu, yalan, güman və şübhələr … Bunlar ailədə münasibətlərin keyfiyyətinə mənfi istiqamətdə təsir edə bilər. Xüsusilə yalan, xəyanət və s. bu kimi şübhələr evliliyin tarazılığını sarsıda bilər. Tarazlığın pozulması, sanki suyun bulanması kimi bir şeydir. Heç bir şey görünməz, qarmaqarışıq vəziyyət yaranar. Bu vəziyyət ailə yeni bu tarazlıq sovuşana qədər davam edər, bir də ailənin yeni vəziyyətə uyğunlaşma səyləri ilə aradan qalxar. Bəzən isə uğurlu sonluq alınmır. Buna görə də ailə həyatına sevgidən başqa bir hiss yaxın buraxmayın.


Ailədəki dəyər sistemləri:
Tərəflərin ailələrindən daşıyıb gətirdikləri dəyərlər, qaydalar və ünsiyyət formaları, əlaqədə təyinedici faktorlardandır. Hələ ilk gün, razılıq almaq üçün gəlindikdə vacibdir ki, qarşı tərəfin adət-ənənəsi, ailə qanunları ilə məyyən mənada tanışlıq olsun. Görüşmə zamanı bu dəyərlərin əlaqəyə necə əks olunduğunu, uşaqlıq dövrlərindən etibarən ailələri tərəfindən ortaya qoyulan qaydaların və qadağaların nə olduğunu mütləq müzakirəyə çıxarmaq lazımdır. Çünki uşaqkən bizə verilən tərbiyə, qaydalar və ünsiyyət formaları bizim əlaqələrimizdə necə davranacağımızı, nə axtaracağımızı və nəyi üstün tutmağımızı təyin edir. Ən başlıcası isə ünsiyyət forması dözümlüyümüzü təyin edir.
Bu yazdıqlarım mütəxəssislərin ümumi formada apardıqları müşahidələrin nəticəsi kimi qiymətləndirilə bilər. Mənimsə gənclərə çatdırmaq istədiyim yeğanə və bir tək məsləhətim budur ki, ailə qurmaq elə də çətin bir proses deyil. Əsas olanı bilirsiniz nədir? Ailə quranda amalınız doğru olsun. Təməlini elə bir saf niyyətlər üzərində qurun ki, sonra yandan əsən nə meh, nə külək, nə də ən güclü qasırğalar belə bu təməli oynatmasın. Bir-birinizi ürəkdən sevib ailə qurun, sevginizin qədrini bilin, sevin, sevilin, məsuliyyətinizi dərk edin.


Hər kəsə xoşbəxt, dost ola bildiyi, fərqlilikləri və eyniliyi hörmətlə qarşılayıb dəyərləndirə bilən evlilik diləyi ilə…

01/09/2015 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: