Qardaş, sənə nisyə qoz yoxdur

image

Birisi qozsatanın yanına gəlib iki girvənkə nisyə qoz verməsini xahiş edir. Qozsatan razı olur və malını tərifləyərək, yeyib dadına baxmasını müştəriyə təklif edir. Kişi təşəkkür edib bu gün oruc tutduğu üçün qozun dadına baxa bilməyəcəyini söyləyir.

Dükançı bu sözü eşidən kimi təəccüblə soruşur:

– A kişi, bu nə orucluqdur, orucluq ki, üç ay bundan əvvəl qurtarmışdır.

Müştəri cavabında deyir:

– Orucluq zamanı bir-iki gün orucumu pozmuşdum borclu idim, indi həmin borcları verirəm.

Dükançı tərəzinin gözündəki qozları qaytarıb yenidən kisəyə boşaldır və müştərini dükandan kənara itələyərək deyir:

– Qardaş, mənim sənə nisyə verəcək qozum yoxdur.

Bayaqdan qozu borc satmağa razı olmuş dükançının birdən-birə öz rəyini belə dəyişdirdiyindən təəccüblənən müştəri bu hərəkətin səbəbini soruşur. Dükançı deyir:

– Sən ki, Allahın borcunu bu qədər gec qaytarırsan, bəs mənim borcumu nə vaxt verəcəksən?

Birisinin eybini onun öz sözündən tutduqları zaman bu məsəli çəkirlər.

06/08/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Qoz satanın yerinə mən də olsaydım elə edərdim 🙂 Maraqlı ifadədir, həm də belə hallarla tez-tez rastlaşılır, istifadə etmək olar.
    Təşəkkürlər, Sevincim.

    Bəyən

  2. Bunu eşitmişdim😇😊👍Dərc elədiyiniz üçün təşəkkür🌷❤🌹

    tərəfindən bəyənildi 1 şəxs

  3. Necə də bizim dövrlə ayaqlaşan məsəldir, ay Sevinc.yaxşı edib o qozsatan.
    kimə borc verirsən elə arxeyin gəzir ki, elə bil sənin ona borcun var, qaytaranda da öz halal pulunu xeyirə sərf edə bilmirsən.

    Bəyən

  4. Gözlərim Dan Yerində Xatın

    Çox ibratamiz hekayədir. Təşəkkür edirəm.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: