Bu dünyadan nə qazandıq?

image

Bu dünyadan sonsuzluğa, əbədi dünyaya əlimiz bomboş gedəcəyikmi?..
“Təsəvvür edin ki, dırmandığınız bir dağ var və bu dağda bir mağaraya rast gəlirsiniz. Mağaranın içi də qızıl, almaz dolu bir xəzinədir. Bu zaman qarşınıza bur canavar çıxır və siz qorxaraq çölə qaçırsınız. Elə bu andaca zəlzələ baş verir, mağara uçulub dağılır, qapısı bağlanır, siz yolu itirirsiniz.

Çox böyük ehtimal ki, o an düşündüyünüz bu olacaq: “Kaş ki, cəld tərpənib bir parça almazdan, qızıldan götürə biləydim… Ömür boyu krallar kimi yaşamağıma yetərdi”. Baxın, dünya həmin almaz mağarasıdır. Qaranlıqdır. Dərdlidir. Əzablıdır. Yalançıdır. Gəldi-gedərdir. Qürbətdir. 120 milyard insanı qara torpaq öz altına almışdır. Zahiri bəzəkli, içi çirklidir. Şeytan da, nəfs də, özündənrazı da düşməninizdir. Hamısı da bu mağaradan sərvət əldə edib çıxmanızın yolunu əngəlləyənlər, buna çalışanlardır. Hədəfləri də burdan əliboş çıxmanızdır.

Ölüm zəlzələsi qəflətən bizi yaxalayır və bu mağara bağlanır, real həyata ilk addımı atırıq. O gün cənnəti qazanan da əfsus edir, cəhənnəmi əldə edən də. Cəhənnəmi qazanan bütün ömrünü boş-boşuna sərf etdiyindən, əbədi əzabda, cəhənnəm odunda yanacağından yanıb yaxılır. Cənnəti qazanan isə nə üçün bütün saniyələrini xeyir əməldə və doğru yolda xərcləmədiyindən heyfsilənərək ah çəkir.

Hələ də cənnətin 99 məqamından birinin adi behişt, qalanının isə yüksək, alim, fəzilətli möminlərə təsis edildiyini düşünəndə “kaş ki” deyirik. Bircə boş işləri həyatımdan çıxara bilsəydim… Kaş ki, qəlbimi və insanlığımı gəmirən TV seriallarına bağlanmaq yerinə, internetdə online oyun oynamaq əvəzinə Quran oxusaydım. Ömrümün hər dəqiqəsini elmi, ədəbi, imanımı, yaxşılığımı gözəlləşdirməyə sərf etsəydim. Uca Allahıma ən yaxında yerləşən qabaqcıl möminlərin sıralarına düşə bilsəydim. Ah, mənim ağlım, hardaydın bir ömür boyu sən! Ah, kaş ki!”

Dr. Məhəmməd Bozdağdan tərcümə.

P.S: Dünən Fərid bəy sayt ünvanın verəndə gözümə ilk sataşan bu mövzu oldu və elə o andaca tərcümə etməyi düşündüm. Maraqlı mövzular ünvanı üçün bir daha təşəkkürümü bildirirəm sizə, Fərid bəy.

İndi özünüz düşünün,  həqiqətən də əliboş gedəcəyimiz, aparacağımız bir şey olmayan bu dünyadan köçərkən qazancamız nə olacaq? Gözünü dünyaya açıb, ağlı kəsəndən insan övladı çalışır-vuruşur, mübarizə aparır, gah udur, gah uduzur. Kimi bəy kefində yaşayır, necə deyərlər:bir əli yağda, bir əli balda. Digəri də elə hey sürünür, bircə gün xoşbəxt olmağın dadını çıxarmaq üçün dəridən, qabıqdan çıxır. Kimi haramı başına tac edir, kimi də adicə qarışqanı belə tapdamaqdan çəkinir. Kiminin bəxtinə almaz mağarasından bəs deyincə bəhrələnmək düşür, kiminin gözü elə o parıltıda qalır…işığı bərq vurub gözünü qamaşdırır, amma əlini uzatmağa belə ixtiyarı çatmayır. Nəticə nədir? Nail olanın da, olmayanın da gedəcəyi son mənzilin yolu eynidir…

Demirəm o mağaradan almaz ummağa dəyməz, dəyər, bununçün yaşayırıq hamımız. Çox qazanaq, çox çalışaq, sürünərək yox, ayağımız üstə dik durub yaşayaq deyə. Amma əlinizə o sərvəti keçirə bilmisinizsə, insanlığı itirməyin, ey insanlar. Bir ovcunuzda par-par yanan o lələ baxın, bir ayağınız altında ovcunuza göz dikmiş naəlacı görün…

 

28/07/2015 tarixində Dinimiz, imanımız içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. İlk öncə təşəkkür edirəm çox dəyərli bir mövzunu paylaşdığınız üçün. Sizin özünüzün düşünməyimiz haqqında verdiyiniz sual və yazdığınız qısa açıqlama möhtəşməm idi. İcazənizli bu yazınızı mən blogumda paylaşdım
    http://israfilovfarid.com/2015/07/28/bu-dunyadan-n%C9%99-qazandiq/

    tərəfindən bəyənildi 1 şəxs

  2. Bu tip gözəl yazarlar yenə var. Hələlik onlardan ikisinin saytını yazıram. İstəsəniz onlarında mövzularını paylaşa bilərsiniz. Bunlar Senai Demirci və Asim Yıldırımdır.
    Senai Demirci: https://umuthuzmeleri.wordpress.com/category/senai-demirci-yazilari/
    Rəsmi twitter hesabı: https://twitter.com/senaidemirci
    Digəri Asim Yıldırım: http://asimyildirim.com/

    tərəfindən bəyənildi 1 şəxs

  3. Bir hədis yazacam, mətni tam yadımda qalmasa da, məzmun yadımdadır. Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) rəvayət olunur ki, Qiyamət günü hər kəs peşman olacaq, Cənnətliklər daha çox nemətə sahib ola bilmədiyinin təəssüfünü keçirəcək, Cəhənnəmliklər Cənnəti əldə edə bilməmələrinin. Bu dünya başqa bir əbədi dünyaya keçiddən başqa bir şey deyil, kaş ki dərk edəydik. Bu dünya axirətini qazanmaq üçün bir sınaq meydanıdır, təəssüf ki, bu dünyadan əbədi yaşayacaqmışıq kimi iki əlli yapışmışıq.
    Xəbərə görə təşəkkür edirəm, Sevinc. Əslində çox yazardım, işim çoxdur 😦

    tərəfindən bəyənildi 1 şəxs

  4. Gözəl mövzudur,zəhmət çəkib təqdim etdiyin üçün sağ ol, Sevinc.Bu gəldi-gedər, yalançı dünyada yaşadığımız hər ana, udduğumuz havaya, tapdığımız bir tikə çörəyə şükür etməliyik. Amma təəssüf ki, insanın gözü doymur, varlandıqca varlanmaq, yedikcə yemək, gəzdikcə gəzmək istəyir. Elə insanlar da var ki, həqiqətən tapdəğı bir tikə çörəyinə şükür edib, gecə-gündüz çalışır, əlindən yaxşılıqdan başqa bir iş gəlmir,heç də o kasıbçılıq məngənəsindən çıxa bilmir. Bəs burda kimdir müqəssir?

    tərəfindən bəyənildi 1 şəxs

    • Sən dəçsağ ol, İrinka. Elə sual verdin ki, kimsə cavab verə biləcəksə afərin ona…
      Dünyanın ədalətsiz deyilən tərəfidir bu, o qədər haqsızlıqla yaşayıb, haqqı görmədən dünyasını dəyişən oldu ki…
      Bir həyati hekayə üzərində işləyirəm (vaxt tapsam☺️) elə sənin bu sualına uyğundur.

      Bəyən

  5. Qazanarsan, bu dünyadan , qəlbin təmiz olsa, gözəl gözlərin hər zaman yaxşılıq axtarsa, hər gördüyünə xoş münasibət bəsləsən, sənə pislik edənə yaxşılıq etsən, ruhun təmiz olsa, beşgünlük dünyanı əbədi sanmasan, hamıya yuxarıdan aşağı baxmasan, öndə gedənin ayağını dartmasan, dünyada ölüm adlı bir şey var, deyə düşünsən, əbədi heç nə yoxdur , hər şeyin bir sonu var anlamını düşünsən, dünyadan gedərkən heç nə aparmayacağını tez-tez xatırlasan, bu dünyaya gəlmiş yüzlərlərlə İsgəndərlərin qiymətli üzüklərini özləri ilə apara bilmədiklərini bilsən, yalnız hər kəsin ruhu ilə qalacağını anlasan…

    tərəfindən bəyənildi 1 şəxs

  6. Rasulullah sallahu aleyhi va səlləm buyurmuşdur ki , insanoğlunun qədrini bilmədiyi iki şey vardır: sağlamlığı və boş vaxtı. Allah bizi vaxtımızı boşa xərçləyənlərdən yox, dəyərləndirənlərdən etsin.

    tərəfindən bəyənildi 1 şəxs

  7. Əbu Hureyradan (Allah ondan razı olsun) gələn rəvayətə görə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurmuşdur: “Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir”. (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
    Böyük islam alimi və Misirin ali hakimi olmuş İbn Həcər əl-Asqaləni (Allah ona rəhmət etsin) bir gün küçə ilə gedərkən qarşısına kasıb bir yəhudi çıxdı. Yəhudi ona “Dayan!” deyərək İbn Həcəri saxlatdı və dedi:
    – Sən peyğəmbərinizin bu sözünü mənə necə izah edə bilərsən? “Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir!”. Bax, mən kafirəm, lakin kasıbam. Sən isə möminsən, lakin var-dövlət içindəsən!
    İbn Həcər buyurdu:
    – Əgər sən kafir kimi ölsən, Axirətdəki əzablarla müqayisədə bu dünyada Cənnət həyatı yaşayırsan. Mənə gəldikdə isə Uca Allah məni Cənnətə salsa, oradakı səadət və xoşbəxtçilikilə müqayisədə, bütün dünya nemətləri zindan kimi görünəcək.
    Bu sözləri eşidən yəhudi şəhadət gətirərək, İslam dinini qəbul etdi! (İbn Həcərin “Xəyal və Həqiqət” kitabından).
    Fikirlərimi bununla ifadə etmək istədim. Bəli, bu dünya müvəqqəti, əyləncələri keçicidir. Vay, o insanların halına ki, bu keçici əyləncələrin quluna çevrilib, əxlaqsızlığa meyl edə, başına gələn bəlaları da uğursuzluq, Allahın biganəliyi saya… Qurtuluş dini olan, İslamı ləkələyə, itaətlə yürüyən müsəlmanları təhqir edə…. Bir kimsənin qanında şübhə , əxlaqında əyrilik varsa,bunu Islam dinindən görməsin. Öz zatını araşdırsın! Allah ideal, fərz buyurduğu İslam dini-mükəmməl, Qur’an və hədislər isə, həyat kitabımız. Bunlardan qeyri yol axtaran azmışlardır. Onların da sonu məlumdur inşəAllah. Hidayət şansı olanlara Allah hidayət versin.
    Düşündürücü mövzu üçün təşəkkür edirəm, əzizim. Ehtiyacım var idi bu anda…😐

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: