Ya gözümdən düş artıq, ya mənə dön, sevgilim…

image

Çox tərəddüd etdim bu şeiri dərc etməkdə. Yazdım, sildim, sildim yazdım…amma qərara aldım ki, yox, dərc edəcəm. Çünki məni tanıyan dostlarım bilirlər ki, heç vaxt nə yazarlıq, nə də şairə olmaq iddiam olmayıb. İçimdən keçənləri qələmə almışam, vəssəlam…

Bu şeiri bir yaxın tanışın qısaca anlatdığı həyat hekayəsindən təsirlənib yazmışam. Hər halda şeir yox, cızma-qara qoysaq adlnı daha yaxşı olar. ☺️

Ya gözümdən düş artıq, ya mənə dön, sevgilim.

Sən mənim dünyam idin, dağıtmısan dünyamı
Nə dünyadan baş açdım, nə də səndən, sevgilim.
Yoxluğunu kirpiyimdə bir damla yaş etmişəm
Ya gözümdən düş artıq, ya mənə dön, sevgilim.

Əlçatmaz sevgilərin sonu vüsal vəd etmir,
Vüsalından bir uzaq xəyal qurdum səninlə.
Nə sənə əlim çatdı, nə xəyala qovuşdum
Dönükmüş xəyalın da, uçdu getdi səninlə.

Bəlkə elə xəyalsanmış, var olmadın heç zaman?!
Bəs onda kimi sevdim? Oxşayıb tellərimi
Hər sabah oyananda “Günün aydın, əzizim”
Söyləyib sevincimə sevinc qatan kimiydi?!

Belə getməyə nə var, sən asan yol seçmisən
Bəhanəsiz, şübhəsiz könlümə qəm əkmisən.
Ay insafsız, bir düşün sən kimi tərk etmisən
Səni səndən çox sevəni birini itirmisən…

Nə sənin dünyana bir də mən gələcəyəm,
Nə mənim dünyama bir sən yenə doğacaq.
Nə dünya sevgisiz qalacaq, gülüm,
Nə də sənsizlikdən mən öləcəyəm…

Yenidən qarşılaşıb, bəlkə görüşərik biz
Bir gün itirdiyini yenidən tapar insan.
İtirdiyin mən idim, xəyal dünyan, sevgilin
Tapanda nəyin ollam, bunu deyə bilmərəm…

27/07/2015 tarixində Yazılarım içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Bəyəndim😊Məncə yazın siz, heç özünə şairə deyən bəzi şairələrimizdən əksik yazmamısız.Yaxşı ki, dərc etdiz😊😍👍🌹

    tərəfindən bəyənildi 1 şəxs

  2. Bəəh nə gözəl musiqi.Ruhum dincəldi😍Təşəkkürlər 😊😇😍🌹

    tərəfindən bəyənildi 1 şəxs

  3. Cızma-qara yox, qız, əməli- başlı şeir yazmısan ki…Musiqiyə də söz yox.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Düşərəmmi heç sənin gözündən , ay sevgilim,
    Nədən incidin küsdün, söylə , ay bəyaz gülüm.
    İstəyirsən dünyanı, lap tərsinə döndərim,
    Bircə sən küsmə , küssən, daha gülməz gözlərim.

    Hara getmisən, biməm, gəlmişəm yenə təkəm,
    İncimiş gözlərinə, bir azca nur ələyəm,
    Ay Sevincim, dön yenə , bu “sevincli dünyama”
    Sıxıldım sənsiz yenə, bilməm nədən beləyəm ?

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: