Çərkəz toy adətləri (I)

image

Çərkəzlər (öz adlandırmaları: adıge) — Rusiyanın Qaraçay-Çerkesiya bölgəsində yaşayan adıq xalqlarından biridir. Sayı 60 mindən artıqdır (onlardan 50 mindən çoxu Qaraçay-Çerkesiyada yaşayır). Qaraçay-Çerkesiyanın 17 aulunda yaşayırlar.
Bu günkü mövzumuz çərkəzlərin toy adəti haqqında olacaq. Bir Çərkəz gənci nikah bağlamaq istəyirsə, maddi gücü olmalıdır, büyük qardaşı subaydırsa, onun evlənməsini gözləməlidir. Yaxın qohumdan qız namizədi seçməməlidir, eyni kənddən də birini seçməyəcək, amma ailə quracağı adamın Çərkəz olmasına mütləq əməl edəcəkdir. Bütün bu şərtlərə bir də qız seçməkdə çox götür-qoy etmə xasiyyəti də əlavə olunduqda, çərkəzlərin niyə gec evləndikləri aydın olur. 

Qız istəmə

Çərkəzlərdə evliliklə bağlı məsələlərin büyüklərlə, ana və atayla açıq şəkildə danışılması ayıb sayılır. Bütün əlaqələr dostlar, tanışlar və ya yeznələr vasitəsilə çatdırılır. Evlənməyə qərar verən qız və ya oğlan, aracılarla bunu ana-atasına bildirir. Toya qədər bütün söhbətlər gizli aparılır. Oğlan tərəfinin böyükləri yığışıb qız istəmə üçün gedəcək heyəti müəyyən edirlər. Bu heyətdə sözü keçəcək ailə büyükləri, əmilər, dayı tərəfindən biri və ya atanın dostları yer alır. Bəy namizədinin özü, atası qız istəməyə getməz. Bu heyətə qadınlar da qatılmaz. Bu heyəti qız tərəfində də yenə ailənin böyükləri və ya vəziyyətə görə atanın yaxınları qarşılayar. Qızın atası bu mərasimdə iştirak etməz. Qızın özü də görünməz. İlk gəlişdən razılıq verilməz, sizə xəbər verərik – deyə gələnlər yola salınar. 

Qız bəyənmə

Qızın ailəsi oğlanın ailəsini tanımırsa, maddi vəziyyətini bilmirsə, istəməyə gələnlərə adətlərimiz var, bir az gözləyək deyilir. Burda məqsəd qızlarını necə bir yerə verəcəklərini görmək istədikləridir. O zaman gələnlər özləri haqqında hardan öyrənə biləcəkləri detalını bildirirlər. Görüş vaxtını qızın ailəsi təyin eder. Qız tərəfi xəbərsiz gedərək kim olduqlarını demədən hər tərəfi diqqətlə gözdən keçirər, evə, həyətə, bağçaya, heyvanlara, qonşulara münasibətə, gələcək qaynananın davranışlarına baxarlar. Ürəklərincə olsa, vidalaşarkən özlərinin qız evindən olduqlarını bildirərlər. Bu görüşdən iki və ya üç gün sonra oğlan tərəfi hədiyyələrlə qızın ailəsinə bir nümayəndə göndərir, nikah üçün gün təyin olunur. Bu ənənə bu gün icra edilmir, çünki keçmişdə cəmiyyətin yuxarı təbəqələri arasında belə adətə yol verilməzdi, əksinə, belə bir tələb təhqir sayılırdı.

Nikah

 

Nikah gəlinin valideynlərinin evində olar. Nikaha bəy və gəlin qatılmaz, öz aralarında vəkil təyin (vueçıl) edərlər. Nikahda vəkillərlə yanaşı şahidlər də olar. Mərasim ayaq üstə icra olunar. Qabaqcadan hamı bu mərasim üçün papaq geyinər, bu onlarda bir ənənədir. Gənglərin vəkillərindən fikir dəyişdirilib dəyişdirilmədiyi, ər və arvad olmalarına razı olub olmadıqları soruşular. Sonra üç dəfə dua oxuyur və hər dəfə vəkillərə təsdiq edib etmədikləri ardıcıllıqla soruşular. Vəkillərin müsbət cavabından sonra yenidən dua oxuyar və bunu “Amin”lə bitirərlər. Nikah mərasimində başnikah bitdikdən sonra süfrə açılar, gənclər üçün,qohumlar üçün xoş arzu bildirilər…

26/07/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Nə yaxşı adətləri varmış bu çərkəzlərin. Ən çox bəyəndiyim qohumdan evlənməmək və maddı imkana önəm verilməsi oldu. Yoxsa, qohumdan al, ver, sonra da ol düşmən.(Azərbaycanda belələri yetərincədir) Yaxud da özünə bir şalvar, bir cüt ayaqqabı ala bilməyən oğulu evləndir, birini də gətir, daha sonra övladlar və əsil “müharibə”də bundan sonra başlayır. Alan da peşiman, verən də.

    Bəyən

  2. Nəsə mənə elə gəlir ki, hətta çərkzlərdə belə adət-ənənələr ötən əsrdə qalıb, indi bu adətlərə əməl edən yoxdur. Azərbaycanın da çox gözəl və etik normaları gözləyən adət-ənənələri var, amma kağız üzərində, artıq o adətlərə əməl edən yoxdur. İndi məsələ böyüklərə çatana kimi kiçiklər hər şeyi həll edirlər, çarəsiz böyüyə də ancaq “Allah xeyir versin” demək qalır. Məncə çərkəzlər də elə bizim gündədirlər. Ya da mənə elə gəlir.
    Təşəkkürlər, Sevinc, maraqlı oldu. Amma imkana baxıb qız vermək məsələsi xoşuma gəlmədi, bu imkan ki, var ha, bir gün var, bir gün yoxdur. Əsas əxlaqı gözəl olsun hər iki tərəfin.

    Bəyən

    • İndi imkana baxıb qız vermək əsl bizim cəmiyyətin bəlasıdır. Var- dövlət çoxunun gözünü elə tutur ki, insanlığı unudurlar. Sonra da insanlıq axtaranda həmin var-dövlət köməyə çatmır.
      Doğrudur, gənclər indi əvvəlki qaydalarla razılaşmırlar, gərək öz bildikləri ola. Amma bu yaxınlarda yaxın bir ailədə xeyir iş oldu çox da xoşbəxt bir ailənin təməli quruldu. Böyüklərin seçimi oldu, təbii ki, məcburiyyət də olmadı. Sadəcə doğru yolun bu olduğu məsləhətlə qıza başa salındı. Qız ilk vaxtlar bir qədər narazı olsa da, indi şükürlər olsun ki, deyir məndən xoşbəxti yoxdur. Nə yaxşı ki, böyüklərimi eşitmişəm.
      ALLAH hər birimizin övladının qarşısına əməli saleh birini çıxarsln inşAllah…

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: