İnsanlarda vəfa azaldımı, yoxsa…

ku_4

“Sədaqət” anlayışı, bu anlayışın ifadə etdiyi hiss artıq o qədər ucuzlaşıb ki, haqqında ağızdolusu danışmaq da olmur. Elə bil ki, bu duyğu hamımızın gözü qarşısında əriyib yox oldu, heç birimizin də səsi çıxmadı: hara baxırsan vəfasızlıq, dönüklük daha çox, sədaqət sanki qəhətə çıxıb. Axı tarixən belə olmayıb…. dədə-babalarımız arasında inam, etibar olub. Sevənlər, dostlar, ailədə ailə üzvləri bir-birlərinə sədaqətli olub. Bəs indi hanı bir ömrü qoşa addımlamaq üçün içilən andlar, hanı anda sədaqət? Hanı…hanı?! Hanı sevgililər arasındakı o saf sevgi, hanı evli cütlər arasındakı əbədi birlik?
Bu yaxınlarda xarici saytların birində çox maraqlı bir mövzu ilə qarşılaşdım. Oxuduqca üzümdə təbəssüm yaransa da, ürəyimdən bir sızıltı keçdi və bu sızıltı məni dərindən düşünməyə məcbur etdi. Beynimdə o qədər suallar yarandı ki, özüm də çaş-baş qaldım. Bilmədim hansı suala necə cavab verim. Dünyanı görə-görə gəlmişik, yaxşını da görmüşük, pisi də. Sədaqətlini də görmüşük, bivəfanı da. Ölüm-itim də görmüşük, müharibə də. Dul qalan kişi də görmüşük, qadın da. Amma indiki zamanla müqayisə etdikdə, nə əvvəlki saflığı, nə sədaqəti, etibarı, vəfanı, nə də inamı görə bilmirik. İnsanların bu cür dəyişməsinin səbəbi nədir görəsən? Yoxsa bütün müsbət keyfiyyətləri insan üçün rəva görən Yaradanın üzümü döndü? Haqsızlıqlar, süi-istifadələr, inamdan, etibardan öz xeyrinə istifadə edən naxələfləri görüb qərarınımı dəyişdi Uca Yaradan? Öz-özünüzdə sual yarana bilər ki, görəsən Sevinci belə yazmağa məcbur edən nədir? Elədirsə, gəlin aşağldakı məlumatları birgə oxuyaq, birgə də düşünək…
Ömür boyu birlikdə yaşamaq heyvanlar aləmində çox nadir hallarda rastlanan bir hal olsa da, bəzi hayvanlarda bu belədir. Gəlin hayvanlar aləmində tək həyat yoldaşlı heyvanların hansılar olduğu ilə birgə tanış olaq:


Gibbonlar bir ömür boyu ancaq bir yoldaşla yaşayarlar. Bir-birlərinə tumar çəkərək həm də. Ağac başında yaşayan bu heyvanlar, balaları olunca onu da ailə kimi qəbul edərlər. Başqa dişi heyvanlara bilirsiniz ancaq nə vaxt maraq göstərərlər? O da nadir hallarda olmaqla, dişi heyvan hamilə olduğu müddətdə.

Qu quşları uzun zaman, bəzən də ömür boyunca bir yoldaşla, dişi ilə yaşaya bilirlər. Köç vaxtı çatanda, adətən, qu quşları özlərinə yoldaş seçərlər. Seçdikləri dişi quşa sədaqət göstərib bir ömürü birgə başa vurmaqla yanaşı, balalarını da birgə böyüdərlər.


Yəqin ki, çoxumuzun dilinin əzbəri bir ifadəni xatırlatmaq lap yerinə düşər: qurd kimidir, yəni ağıllı, fərasətli, qüvvətli birinin tərifidir bu. Sən demə bundan başqa qurdlar həm də sadiq bir ailə başçısı imişlər. Dişi, erkək və balalardan ibarət bir ailə bir ömür boyu birlikdə yaşayarlar. Hətta bir dişi, ya da erkək qurd hücuma məruz qalarsa, sürünün digər üzvləri kpməyə gələrlər. 

Bir albatros quşu okeanların üzərindən uzaq məsafələrə uça bilir. Uzun bir yolçuluğa çıxar, fəqət nəsil artırma zamanı gələndə ancaq eyni dişi quş üçün geri dönər. Bu albatros quşunun həyatının sonunacan belə də davam edər…


Amerikada yaşayan bu quşlar, əslində Amerikanın simvolu sayılırlar. Qartallar həyatları boyunca bir quşla yaşayarlar. Yoldaşı öldükdə isə təkrar heç bir quşla birləşməzlər. Bu səbəbdən dünyanın ən vəfalı hayvanları qəbul ediliblər.

Deyəsən siz də mənim kimi dərin düşüncəyə daldınız…sizcə insanlarda vəfa azalıbmı? Bəs onda niyə şüursuz dediyimiz heyvanlardan vəfa, sədaqət mövzusunda geridə qalırıq?! Düşünməyə dəyər məncə…
Təsəlli üçün bunu da qeyd edim ki, sədaqət çox bahalı bir hədiyyədir, onu ucuz isanlarda axtarmağa dəyməz, yormayın özünüzü

Advertisements

24/07/2015 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 18 Şərh.

  1. İnsanlarda sədaqətin niyə azalması, bunun nədən, hardan qaynaqlanması məni həmişə düşündürür. Hərdən sədaqətli insan görəndə Yaradana şükürlər deyirəm. Amma niyə belədir cavab tapmaqda çətinlik çəkirəm.
    Sevinc,heyvanların sədaqətinə isə həqiqətən heyrətləndim, sənin adlarını çəkdiyin heyvanların sədaqəti haqqında heç rast gəlməmişdim. Sağ ol ki, paylaşmısan. Kaş “sədaqət”sözünün nə olduğunu bilməyənlər heç olmasa bu xəbəri oxuyaydı, öz payını götürəydi.

    Bəyən

    • Çox təəssüf ki, biz sədaqətli insanları hərdən görmək məcburiyyətində qaldıq…
      İnsanı heyvandan fərqləndirən şüurdur, sədaqət isə şüurla bağlı deyil. Kimsə ağıllı da ola bilər, dünyagörüşü çox da olar, gözəl düşünüb nəticə çıxarmağı da bacarar. Amma əhdinə sadiq olub kəsilən andı, çörəyi tapdamaq sarıdan kəsri qala bilər. Bununçün gərək səndə ilk əvvəl böyük ürək olsun. Mən bir neçə dəfə bunu qeyd etmişəm, artıq bir neçə ildir ki, insanların dönüklüyü mənim fikirlərimi qarışdırıb. Bir pişikdə olan sədaqəti, sahibinə bağlılığı bir elmi dərəcəsi olan insandan qat-qat üstün gördüm…əlavə şərhə ehtiyac yoxdur.

      Bəyən

  2. heyvanlar arasinda da pul mal dovlet sohbeti olsaydi yeqin onlar da sedaqetli olmazdi

    Bəyən

  3. sevincime salamlar

    tərəfindən bəyənildi 1 şəxs

  4. Mən bu dünyanın axırından yaman qorxuram. Heç kimə inam qalmayıb, insanlar sanki bir-birinə pislik etmək üçün yarışır. Kim harda gəldi aldadır, “Məndən ötdü, qardaşıma dəydi.”prinsipi ilə yaşayır, o zaman vəfa da, sədaqət də itib batır.

    Bəyən

  5. Çox gözəl mövzuya toxunmusuz. Təşəkkürlər paylaşımınız üçün

    tərəfindən bəyənildi 1 şəxs

  6. Belə gözəl mövzuları ələ alan bir yazar tanıyıram. Əfsuslar olsun vaxt azlığından onun yazılarını Azərbaycan dilinə tərcümə edib paylaşa bilmirəm. Sizə həmin yazarın saytını yazıram. Vaxtınız olsa baxa bilərsiz. Mümkün olsa tərcüməsinidə paylaşsanız çox məmnun olarıq. Həmin yazarın saytı http://muhammedbozdag.com/tr/

    tərəfindən bəyənildi 1 şəxs

  7. Çox məmnun olarıq. Bu yazarın bir kitabını bizim yaxın tanış insan Azərbaycan dilinə tərcümə edib. Düçün və Bacar adlı kitabı. Həmin kitab bu ünvanda var. http://kitabklubu.org/kitablar/azerbaycan-dilinde/dusun-ve-bacar.html
    Azərbaycan dilinə tərcüməcisi Loğman bəyin e-mail adresini sizə yaza bilərəm kitabın əldə olunması üçün e-mail: m.logman@zaman.az Bu kitabdan da gözəl mövzular çıxarışı etmək olar

    tərəfindən bəyənildi 1 şəxs

  8. Əslində heyvanlardan nümunə götürüləsi o qədər şey var ki 😦

    tərəfindən bəyənildi 1 şəxs

  9. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Dünyanı sevgi xilas edəcək…

    Bəyən

  10. Sabahiniz xeyir Sevinc xanim.Fedakarliq vefa sedaqet kimi etalon insanlara xas olan xùsusiyyet olsa da dogrudur heyvanlarda da bu xùsusiyyetler var.men siyahiya pinqvinleri de elave ederdim.hetta bir paylasim etmisdim orada pinqvin oz heyat yoldasini nece qoyuyur mudafie edirdi.onlar da cox vefali sedaqetlidirler.deyirler dunyani sevgi xilas edecek.dusunurem ki eger o sevgide etibar guven vefa sedaqet mehebbeh fedakarliq varsa…….

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: