Milli Mətbuat Günü

image Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı. Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.

Artıq ölkəmizdə mindən çox kütləvi informasiya vasitəsi var. Bu informasiya vasitələrindən bir qismi gündəlik olaraq nəşr olunur. Əvvəllər azad mətbuat olmadığından söz azadlığı da yox idi. Lakin indi bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və  hər kəsin söz demək hüququ təmin edilibdir. Kütləvi informasiya vasitələri üçün, onların inkişafı üçün şəraitin olması bu gün informasiya bolluğunun çox olmasına bir nümunədir.

Lakin bu o demək deyildir ki, bu gün mətbuatın inkişafı üçün yüksək səviyyədə jurnalist yetişmiş, istər qəzet, jurnallarda, istərsə də xəbər portallarında işləyən bütün jurnalistlərin işi tam qənaətbəxş hesab edilir. Əfsuslar olsun ki, bu sahədə irəliləyişlərlə yanaşı bir çox neqativ halların da mövcudluğu danılmazdır. Həm elmi bilik qıtlığı, həm dünya görüşün az olması, həm də riyakarlıq və qərəzli münasibətlər mətbuat sahəsində də özünü göstərməkdədir.

Bu gün Milli Mətbuat Günüdür. Gəlin bütün mənfiliklərə göz yumaraq bu sahədə fəaliyyət göstərən hər kəsi ürəkdən təbrik edək. Və ümid edək ki, jurnalist adını daşıyanlar ən azından doğma dilimizə hörmət naminə yazı üslubunda yol verdikləri kobud səhvləri bir daha təkrarlamayacaqlar. Bayramınız mübarək!

22/07/2015 tarixində Tariximiz içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Milli mətbuat günümüz mübarək olsun. Jurnalistlərə vəzifələrində peşəkar və ədalətli olmağı arzulayıram, bir də təvazökar olmağı 🙂

    Bəyən

  2. Reblogged this on Sevincli Dünya və şərh edildi:

    Mətbuat gününüz mübarək!

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: