Sobada balıq qızartması

image İlk əvvəl bu resept üçün Sonaya təşəkkürümü bildirirəm, çünki mənim kimi balıq sevməyənlərə belə balığı sevdirdiyi üçün 😘 Hazırlanma mərhələsini çəkmədim, bilirəm ki, hamınız bacarıqlı xanımlarsınız, bu sadə, həm də dadlı yeməyi hazırlamaqda çətinliyiniz olmayacaq. Bizə lazım olacaq ərzaqlar: Balıq

Mayanez və ya xama

Tomat pastası

1 ədəd baş soğan

Duz, istiot, sarıkök

Hazırlanması:

Təmizlənmiş balığı tikələrə bölürük, üzərinə nazik doğranmış soğan, duz, istiot, mayanez, sarıkök əlavə edib yaxşıca qarışdırırıq. 1 saat soyuducuda saxlayırıq. Sonra qənnadı təbəqəsinə yığıb üzərinə bir neçə tikə kərə yağı əlavə edirik. Folqa kağızla bağlayıb sobaya bişməyə qoyuruq. Bu qədər sadə, lakin dadından doyulmayan bir təam süfrənizi bəzəyəcək.

15/07/2015 tarixində Mətbəximiz içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. Mən sizə təşəkkür edirəm ki, mənə etibar etmisiz 🙂 Hə siz kərə yağ qoymusuz, mən bitki yağı gəzdirirdim üstündə. Balıq yaxşı təamdır, amma nə cür bişirsəm də, uşaqlar bir-iki tikədən sonra yemir 😦
    Allah bərəkətli, halal ruzili eləsin süfrənizi, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

    • Sənə etibsr etməməkmi olar?!💖
      Bu balığı pay gətirmişdilər, içəri girəndə üzümün mimikasını bir görəydin😁ta təmuzləyib əllərimi yuyanacan😆bilirsən də balığın iyinə reaksiyamı😷 bəhanəm də var udi ki, yayda balıq yeməzlər. Amma sənin reseptin yadlma düşəndən donra üzüm güldü. ☺️ Kərə yağlnda bir başqa daddır balıq, sən bir dəfə yoxla.
      Amin, mələyim, cümləmizin…

      tərəfindən bəyənildi 1 şəxs

  2. Bəh-bəh bacım nə gözəl bişirib, bir tikə mən də götürüm, süfrənə bərəkət, Gülünün həmişə çəkici reseptləri olur.

    tərəfindən bəyənildi 2 şəxs

  3. Əllərinizə sağlıq.Balığı çox sevirəm amma kimsə bişirsin mən yeyim.Özüm bişirəndə qoxusu tutur məni😯yeyə bilmirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  4. balıq da yaxşl yemekdir.. 1 balıqla 4 nəfər tam doyur.`

    tərəfindən bəyənildi 1 şəxs

  5. Nə gözəl resepdir,mən balıq sevənəm.Amma evdə sonra qoxu qalır deyə,son zamanlar almıram.Amma bu reseptlə qoxu olmaz.Əllərənə sağlıq,süfrənə bərəkət,Sonayın maması.

    tərəfindən bəyənildi 1 şəxs

  6. Çox dadlı olur, sən sına bir. 😘😘😘

    tərəfindən bəyənildi 1 şəxs

  7. Mənim ən sevdiyim balıq yağsız olan növləridir. Kütümü çox sevirəm. Qaynanamgildə olanda “Xanı ” balığından çox bişirdik, Aysu yeyir deyə. Vuruldum o balığa, inşəAllah alıb bişirəcəm yenə. Mən adi vəziyyətdə də çox gözəl qızardıram, tərif olmasın. Bunu da sınayacam
    Təşəkkürlər, əzizim

    tərəfindən bəyənildi 1 şəxs

  8. Bu resep üçün Sonaya minnətdar olmalıyıq. Mən də ondan öyrənmişəm. 💖🌹💐🌷

    tərəfindən bəyənildi 1 şəxs

  9. Baligi cox sevirem amma ozum bisirmeyim kimse bisirsin yeyim.Sufreniz ruzi bereketli olsun.

    tərəfindən bəyənildi 1 şəxs

  10. Matt masallah NASI, Tanrı onu ve ailesini korumak,!!!!!!!!!!iyi apptiet

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: