Maraqlı gerçəklər

153de18a4092

Dünyanin ən böyük ofisi hansıdır?- “Pentaqon” dünyada ən böyük ofisdir. Birləşmiş Ştatların Müdafiə Departamentinin yerləşdiyi bu məşhur beşguşəli bina İkinci Dünya Müharibəsi zamanı Virciniya ştatının Arlinqton şəhərində on altı aya tikilmişdir. Bina 40 000 adam tutumu üçün layihələndirilib. Onun 28 km. uzunluğunda dəhlizləri, 7.754 pəncərəsi, 284 vanna otağı və 8.770 maşınlıq dayanacağı vardır. Gün ərzində 17.000 yemək servis edilir.

Delfinlər necə ağıllıdır?- Delfinlərin kifayət qədər böyük beyinləri vardır. Delfinlərin dənizçiləri boğulmaqdan xilas etməsi barədə çoxlu qədim və yeni əhvalatlar var. Onlar fəndləri necə öyrənməkdə kifayət qədər ağıllıdırlar. Lakin bu həqiqətdir ki, onlar siçovullar qədər ağıllı deyillər. Delfinlərin insanları xilas etməsi haqqında hekayətlər həqiqətdir, lakin təxminən öz ölçüləri ilə eyni olan hər şeyi avtomatik xilas edirlər. Bəzən onlar köpək balıqlarını öldürürlər və dərhal onları xilas etməyə çalışırlar.

Nə üçün İngiltərədə maşının sükanı solda, digərlərində sağdadır?-Bunun səbəbi insanların at ilə səyahət etdiyi dövrə gedib çıxır. Əksər adamlar sağ əllərindən istifadə edir və beləliklə, sol əl atı sürmək üçün qalırdı. Lakin əgər adam at üstündə idisə onun qılınc tutmaq üçün sağ ələ ehtiyacı var idi. Bəs nə üçün digər ölkələr belə etmədilər? Napaleon Bonapart Avropa boyunca yürüş edərkən orduya sağ tərəfdə addımlamağı təkid etdi və bu qaydanı hara getdisə zorla qəbul etdirdi. Yaponiya da daxil olmaqla dünyanın 178 ölkəsindən 50-si maşını sol tərəfdə idarə edir və bunların əksəriyyəti İngiltərənin müstəmləkəsi olub.

Toplayanı: İrinka xanım

15/07/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Maraqlı məlumatlar üçün sağ ol, İrinka💐🌹🌺

    Bəyən

  2. Mənə də maraqlı oldu, dünyanın ən böyük ofisi… onsuz da dünyanın ən yaxşısı ABŞ -a məxsusdur, təşəkkürlər , İrinka, maraqlı idi, amma tez bitdi…

    Bəyən

  3. Maraqlı məlumatlardır, paylaşdığınız üçün təşəkkür edirəm, İrinka xanım. Ay Allah, mən çaşdım. Bizdə əksər maşınlarların sükanı soldadır, düzdür? İngiltərədə də belədir hə? Amma mən əksini bilirdim 😦

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: