Mıxın mismar olması

image

Bir dəmirçinin çox gözəl arvadı olduğunu eşidən şah, bəhanə ilə dəmirçini öldürüb arvadını almaq istəyir. Bu məqsədlə onu yanına çağırıb səhərə qədər qırx min ədəd mıx hazırlamağı əmr edir. Və bu işi yerinə yetirmıdiyi təqdirdə onu öldürəcəyini söyləyir. 

Bir gecədə bu qədər işi görməyin mümkün olmadığını bilən dəmirçi səhərə qədər yatmayıb ölüm saatını gözləyir. Səhər tezdən şahın adamları qapını döyərkən, onu öldürməyə aparacaqlarını zənn edib arvadı ilə halallaşır. Lakin şah məmurları mıx üçün və ya dəmirçini cəzalandırmaq üçün deyil, gecə ikən ölmüş şahın tabutunu bağlamaqdan ötrü dörd mismar hazırlatmaq üçün gəldiklərini söyləyirlər.

Azərbaycanın məşhur şairi M.P.Vaqif, Ağa Məhəmməd şah Qacarın qəzəbindən qurtarıb həbsxanadan çıxdığı zaman öz dostu Vidadiyə “Bax” rədifli şeirini yazır. Bu şeirdə o, ölümdən xilas olmasını dəmirçinin zalım şahın əlindən qurtarması məsəli ilə ifadə edərək deyir:

 Qurtaran əndişədən ahəngəri-biçarəni,

Şah üçün ol midnəri təbdil olan mismara bax!

 Məsəl səbirli olmağa çağırır, ədalət və həqiqətin mütləq qələbə çalacağına inam yaradır.

14/07/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Sevincim, bu rəvayəti bilirdim, mən adını belə deyirdim, ” Mıxı mismar eləyən pərvədigara” , Allahdan ümid kəsilməz.

    Bəyən

  2. Səbir Allahın adıdır, mənim rəhmətlik nənəm həmişə deyərdi :”Bala, nə yaxşı, səbir.” Allaha qurban olum o, səbir edənləri sevir, təəssüf ki, özümüzdən asılı olan, ya olmayan səbəblərdən səbirsizlik edirik. Ələlxüsus da kişilər və cavanlar çox səbirsizdir.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: