“Günəbaxan”

IMG_4474

Lazım olan ərzaqlar:

1 stəkan süd

125 qram duru yağ

700 qram un

1 ç/q maya

1ç/q duz

1 x/q şəkər tozu

2 ədəd yumurta

Üzəri üçün:

1 yumurtanın sarısı

qara çörəkotu

Hazırlanması:

Süd ilıq olanadək qızdırılır, bura maya və şəkər tozu əlavə edilib 5-10 saniyə qarışdırılır. Sonra bura un, yumurta, yağ, duzəlavə edilib yumşaq xəmir yoğrulur. Xəmir olan qabın ağzını “strec”lə bağlayıb süfrəyə bükürük, acımağa qoyuruq. Xəmir acıdığında həcmi 3 dəfə artmalıdır. Acımış xəmirin üstünü açıb 30 saniyə yenidən yoğururuq. Xurmanın çəyirdəyini çıxarıb yerinə ərik qurusu qoyuruq. Xəmirdən balaca hissələr kəsib ortasına bu çərəzləri qoyub şəkildəki kimi formaya salıb qənnadı listinə düzürük. Üzərinə yumurta sarısı çəkib çörəkotu səpirik. 10-15 dəqiqə gözlədib 180 dərəcəyədək qızdırılmış sobada bişməyə  qoyuruq.

75jh

14/07/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Mən bu günəbaxanın içliyini fərqli hazırlamışam. Bir ləçəyə kartoflu içlik qoymuşdum, o biri ləçəyə qiyməli içlik. Həm də məndə günəbaxandan daha çox çobanyastığı çiçəyi alınmışdı 😆 Uşaqlar kartoflu içlikli ləçəkləri yemişdilər, yazığı yolub qoymuşdular ora 🙂
    Allah süfrənizə bərəkət versin, Sevincim, sizin içlik də xoşuma gəldi, mən də edərəm inşəAllah.

    Bəyən

  2. Dəhşət çox istəyirlər 🙂
    Amin inşəAllah, Sevinc.

    Bəyən

  3. Nə gözəl görünür. İnşəAllah bir gün hazırlayacam. Allah yetirsin, əzizim.

    Bəyən

  4. Beh beh super.Yeyenlere nus canim

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: