Dəlidən doğru xəbər

image

Şərqin məşhur şairlərindən biri çəmənlikdə oturub şərab içərkən onun yanına bir dəli gəlir. Əylənmək məqsədilə dəlini kefli etmək fikrinə düşən şair özü ilə birlikdə çaxır içməyi dəliyə təklif edir. Dəli təəccüblə şairə baxıb deyir:

– Sən çaxırı mənə oxşamaqdan ötrü içirsən, bəs mən kimə oxşamaq üçün içməliyəm?

Gözlənilməyən bir adamdan ağıllı, yerində söylənmiş fikir eşitdikdə bu məsəl işlədilir.

 

Dəmdəm halvası deyil ki…

 

Halva bir neçə cür olur: İsfahan halvası (səməni), qoz halvası, küncüt halvası, ədvalı halva və s. Ən tez və asan bişən halva dəmdəm halvası hesab olunur. Onu hazırlamaqdan ötrü unu dağ edilmiş yağın içərisində qovuraraq odun üstündən götürür, içərisinə doşab, yaxud bal töküb qarışdırırlar. Bütün bu işi görmək isə olduqca az vaxt və əmək tələb edir. Buna görə də dəmdəm halvası ən tez bişən halva hesab olunur.

Görülməsi çətin olan və çox vaxt sərf edilən bir işi təcili olaraq görməyi tələb etdikdə, adətən: “dəmdəm halvası deyil ki, belə tezliklə mümkün olsun”, – deyirlər.

07/07/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Söz verdiyim kimi, hamısını oxuyub fikrimi bildirəcəm. Sağ ol , Seva, bu “dəmdəm halvası”nın necə olduğunu bilmirdım.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Ümumilikdə nə doğru xəbər çıxırsa, elə dəlidən çıxır 🙂
    Mən bu halvanın adını dım-dım halvası eşitmişdim.
    Maraqlıdır, Sevinc, təşəkkür edirəm. İşlətdiyin ifadənin hardan qaynaqlandığını bilmək xoş olur adama.

    Bəyən

    • Xoş gəldin, mələyim😘💐🌹Təqdim etdiyim xəbərlər maraqla qarşılananda çox sevinərəm☺️

      Bəyən

    • Mən də dım-dım kimi eşitmişdim, ümumiyyətlə hazırlanması haqqında da məlumatsız olduğumdan qeyd etməmişdim. Yəqin biz adın təhrif olunmuş formasını eşitmişikmiş.

      Bəyən

      • Bunun dəmdəm olduğuna 100% əminəm, axtarməşam yazılı ədəbiyyatda daa, lüğətdə də dəmdəm gedir. Amma o günki məsəldə əlhəd sözündə qərarsızam. Çünki bütün yazılı ədəbiyyatda əhləd gedib, amma lüğətdə əlhəd.
        Yaxşı ki, sizin kimi ziyalı xanımlarımız var, bir yerdə bilmədiklərimizi də öyrənirik, əzizlərim😘😍🌹🌷💖💐

        Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: