Onun sevgisini qazanmaq istəyirsinizmi?

image

Sevgi elə gözəl hissdir ki, ömrün hansı çağında olsa da insan ona hər zaman ehtiyac duyar. İstər kişi olsun, istər qadın, hər iki cinsin nümayəndəsi qarşı tərəfdən hər zaman sevilmək umar. Hər fərdin də öz sevgi aləmi olar…Sevgi özü ümumi anlam olsa da, fərqli dünyaların fərqli baxışları ilə təzahür edər. Cinslər arasında da sevginin öz gizli sirrləri var. Sevgi yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə, doyulmayacaq qədər gözəl duyğudur…


Bəs görəsən insan bu sevgini ömrünün sonuna kimi qoruyub saxlaya bilirmi? Bugünki mövzumuzda qadınlara sevgilərini əbədi saxlamağın yollarını, daima sevdikləri tərəfindən sevgi dolu baxışla onlara dikilən bir cüt gözün olmasını təmin edən bir neçə məsləhət verəcəyik. Gəlin görək o baxışların sahibi kişilərin gözlərində hər zaman sevgi olsun deyə nələr etməliyik?!
Kişilər aşiqliyinin mərhələsində tez-tez gözlərlə sevirlər, amma bir vaxt gəlir ki, onların içində “mən artıq sevilmirəm” adlı bir hiss baş qaldırır. Bu zaman onların qarşı tərəfin dəstəyinə çox böyük ehtiyacları olur. Evə qayıdarkən bilmək istəyirlər ki, onları həsrətlə gözləyirlər, sevirlər, həmişə dəstəkləyəcəklər və anlayacaqlar. Təbii ki, heç bir kişi istəməz ki, yorğun iş saatından sonra qalmaqallar, atmacalar, pis əhval-ruhiyyə, narazılıq dolu bir mühitlə qarşılaşsın. Çətin və uzun iş saatından sonra onlara lazım olan qayğı, sevgi, xoş rəftar və anlayışdır.

Bəs hansı sözlərdir ki, kişilər onları eşitməyi sevirlər? Qadınlar hansı qızıl frazalarıyla həmişəlik öz sevgilərini qoruyub saxlaya bilərlər? Bəlkə, bu sizə təəccüblü və çox gözlənilməz olacaq, amma yalnız qadınlar komplimentləri sevmirlər, həm də kişilər öz sevdikləri xanımdan kompliment gözləyirlər.

1. Sən yer üzünün ən yaxşı, ən yaraşıqlı kişisisən, sən əsl kişisən.

Bunu eşidən kişi sadəcə sizin komplimentinizdən əriyəcək. Lakin dediyiniz bu cümləni təmiz ürəkdən deyin, böyük sevgiylə, səmimiyyətlə söyləyin. Onda sizin qarşınızdakının buzlu ürəyi bir andaca əriyəcək.

2. Mənim sənin məsləhətinə çox ehtiyacım var.

Kişiyə anlamağa imkan verin ki, siz ona ehtiyac duyursunuz, o sizin istənilən sualınızı (məsələnizi) həll edə bilər, axı o ən ağıllıdır.

3. Onun zövqünü qiymətləndirin, onunla fəxr edin.

Qoyun o hiss etsin ki, bir qadının həyatında çox əhəmiyyətli yeri var. Yalnız onu ailəsiylə tərifləməyin, həm də hansı geyimi necə seçir, necə zövqlə geyinir və ya nəsə bu kimi başqa seçimdə təriflər yağdırın.

4. İnamla ona: “əzizim, sən mənim idealımsan” deyin.

Bu sözlərlə siz sevdiyiniz kişini ömürlük özünüzə bağlaya bilərsiniz. Bilin ki, istənilən vəziyyətdə özünə üstünlüyü qazanmaq olar. Tutaq ki, o hansısa bir ev işini məharətlə görür. O zaman deyin: “Sevgilim, mən sənsiz nə edirdim? Sən necə də hər şeyin öhdəsindən müvəffəqiyyətlə gəlməyi bacarırsan!” Yaxud da sizin köməyiniz olmadan köynəyə qalstuku seçdi: “sənin zövqünə heyranam, əla!” – deyin. Kişilər xoş sözləri və komplimentləri çox sevirlər, buna görə özünüzü sevilən görmək üçün təkliflərdən yararlanın.

03/07/2015 tarixində Ailə dünyası içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: