Zərif qadınlar….tarixə düşən ixtiralar

1368416151_k1

Qadınlar zərif cinsin nümayəndələri olsalar da, tarix boyu elmə, incəsənətə gətirdikləri yeniliklərlə kişiləri belə heyrətə gətiriblər. Bu ilk yazımızda sizə həmin xanımlardan ikisi haqqında məlumat təqdim edirik. Vaxtaşırı olaraq dünyaca məşhur qadınlar haqqında məlumatılarımızı bu silsilədə sizə təqdim etməkdə davam edəcəyik.

Amerikalı ixtiraçı Cozefina Kokreyn Ohayoda mühəndis Con Qeris və Ayrin Fitç Qerisin ailəsində dünyaya gəlib. Xidmətçisi onun farfordan olan servisini sındırdıqdan sonra belə bir qərara gəlir:”Əgər kimsə qabyuyan maşın ixtira etməyə hazırlaşmırsa, bunu mən özüm edəcəm!”. Cozefina Kokreyn 1913-cü il avqustun 3-də vəfat etmiş və Şelbivildə Qlenvud qəbristanlığında dəfn olunmuşdur.


Qadınların sevimli məişət texnikası olan qabyuyan maşın Cozefin Kokreyn tərəfindən ixtira olunub. Xidmətçisi Cozefinin qiymətli qablarını yuyarkən qəflətən bir neçəsini sındırıb. Bu zaman o krandan aldığı yüksək təzyiqli su ilə rəflərə düzülmüş qab-qacaqları təmizləməyə başlayıb. Bu isə dövrümüzün qabyuyan maşınlarının iş prinsipindən çox da fərqli deyil. Sonradan 1886-cı ildə bu ixtira patentləşdi. Lakin o dövrdə çox evdə qabyuyan maşının ehtiyac duyduğu isti su olmadığından, Cozefin icadını ilk vaxtlar otellərə və restoranlara satmaq məcburiyyətində qalıb.

Qreys Hopper –Amerikalı riyaziyyatçı alim və ABŞ hərbi dəniz dononmasının kontr-admiralı 1906-ci il 9 dekabrında Nyu-Yorkda anadan olub. O ailədəki üç uşağın böyüyü olmuşdur. O hələ uşaqlığından bütün həyatı boyu hər şeylə maraqlanan olmuşdur. O Nyu Cersidə Hartric məktəbinə getmiş, 1928-ci ildə Vassarda riyaziyyat və fizika üzrə bakalavr dərəcəsini, 1930-cu ildə Yeil Universitetinin magistr dərəcəsini almışdır. Hopper 1931-ci ildə riyaziyyat müəllimi kimi işə başlamış, 1941-ci ildə professor dərəcəsinə yüksəlmişdir. O, Nyu York Universitetinin professoru Vinsent Foster Hopper ilə evli olmuş, 1945-ci ildə boşanmış, yenidən heç vaxt evlənməmiş və Hopper soyadını özündə saxlamışdır. Hökumət tərəfindən bir çox mükafatlara layiq görülmüşdür. Qreys 1992-ci il yanvarın 1-də 85 yaşında Vircinya ştatının Arlinqton şəhərində vəfat etmişdir.
Kompüter proqramlaşdırma dili Admiral dr. Qreys Murray Hopper 2-ci Dünya müharibəsisindən sonra Harvardda “İBM-Harvard Mark 1”adlı ilk zəngin təchizatlı kompüter üzərində işləməyə başlayıb. O yazını kompüter kodlarına çevirən proqramların və dünyada ilk istifadə olunan proqramlaşdırma dili “CO-BOL”un hazırlanmasında böyük rol oynayıb. Proqram səhvlərinə verilən “bug” adı da ilk olaraq dr. Hopper tərəfindən istifadə edilib. Milli Texnologoya Medalı daxil olmaqla bir çox mükafata layiq görülən Hopper 30 universitetdən fəxri doktor adı alıb.

Toplayanı: İrinka xanım

02/07/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Özü də qəlbi kimi gözəl bacım, çooox sağol, özüm də bir daha oxudum. Amma küsdüm ey, məndən başqa heç kim oxumayıb.

    Bəyən

  2. Maraqlı idi, təşəkkür edirəm, İrinka xanım. Davamını gözləyəcəm inşəAllah.
    Əvvəllər qabyuyanı qəti rədd etsəm də (ona sərf olunan yerə heyifim gəlirdi), gələcəkdə geniş mətbəxim olsa, hökmən qabyuyan alacam İnşəAllah.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: