Alnı hələ əhləd daşına dəyməyib
Dini rəvayətə görə ölü basdırıldıqdan sonra və onu basdırmağa gələn adamlar qəbirdən 7 addım uzaqlaşdıqdan sonra ölü yerindən qalxır və qəbirdən çıxıb getmək istəyir. Lakin onun başı qəbrin yuxarı hissəsinə qoyulmuş əhləd (Ləhd-qəbir (ərəbcə) – Əhləd daşı – qəbir daşı, baş daşı) daşına dəyir və yalnız bu zaman o, həqiqətən öldüyünü başa düşüb rahat uzanır.
Məcazi mənada bu məsəl, çətinlik görməmiş, hər şeyə səthi, qeyri-ciddi baxan adamlara aid edilərək “hələ bərkdən-boşdan çıxmayıb” mənasında işlədilir.
Altı daş, üstü aş, yenə də oğul yaxşıdı.
Oğlunun yanında yaşayan bir qarı bədxasiyyət, insafsız gəlinindən olmazın əzab və əziyyət görür, oğlu evdə olmayanda gəlini onu söyür, döyür və incidir.Qarı evdə dava-dalaş, dedi-qodu olmasın deyə gəlinin bu nalayiq hərəkətləri haqıında oğluna heç bir söz demir, dərdini içəridə çəkir. Qaynanasının bu nəcib xasiyyətinə bələd olan gəlinget-gedə öz zülmünü daha da artırır. Nəhayət, iş gəlib o yerə çatır ki, gəlin qaynanaya xörək çəkəndə çox görünsün deyə xörəyin altına daş yığır. Oğul isə qabın xörəklə doldurulduğunu görüb hamısının aş olduğunu güman edir və anasının kifayət qədər yemək yediyinə şübhə etmir. Qarı bu minvala bir neçə il oğlu evində yaşayır, lakin axırda cana doyur və köçüb qızının yanına getmək qərarına gəlir. Qızı onu hörmətlə qəbul edir, lakin kürəkəni qarının gəlməsindən narazılıq edir, hər gün müxtəlif bəhanələrlə evdə dava salıb arvadını və qaynanasını müftəxor adlandırır. İndi də yeyib-içdiyi qarıya haram olur. Bir müddət keçdikdən sonra həm özünün, həm də qızının gününü qara etdiyini görən qarı:
– Altı daş, üstü aş, yenə də oğul yaxşıdır, – deyərək yenidən oğlunun yanına qayıdır.
Oğlunun anaya bəslədiyi və ya bəsləməli olduğu münasibət haqqında danışarkən, gəlin və kürəkəni tərbiyələndirmək məqsədi ilə və başqa münasib hallarda bu məsəldən istifadə edirlər.
02/07/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və Alnı hələ əhləd daşına dəyməyib, Altı daş, üstü aş, Dini rəvayətə görə, yenə də oğul yaxşıdı olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.
Rəhmətlik qaynanamın bir ifadəsini həmişə deyirəm. “Allah heç kimin qarşısına bədəsil çıxarmasın!”
Elə bu rəvayəti oxuyandan sonra yenə həmin fikrin üstündə dururam. İstər qaynananın, istərsə də gəlinin qarşısına pisini çıxarması! Hər ikisi insandır, hər ikisi yaxşı gün görmək istəyir.
Bir tərəfdən də gərək qaynana görəndə ki, gəlin həddini aşıb, onu başa salmalıdır. Qanan qanacaq, qanmayana öhd yoxdur. Qaynana pis olsa, onu o yaşdan sonra gəlin necə qandıracaq? Bax, burda iş qalır Allaha, ya dözməlisən, ya da ayrılmalısan.
BəyənBəyən
ALLAH rəhmət eləsin, İrinka. Amin deyirəm, pisdən uzaq eləsin hamımızı.
BəyənBəyən
Mən başı hələ əlhəd daşına dəyməyib kimi eşitmişdim. Maraqlı tarixçəsi varmış. Baş ki, əhləd daşına dəydi, deməli, artıq gecdir, indi əməllərinin nəticəsini görəcəksən. Allah hər iki dünyamızı xeyirli etsin, bizi bu ana kimi gəlin və kürəkənlə imtahan etməsin 😦
Təşəkkürlər Sevincimə ibrətli məsəllər paylaşır, inşəAllah faydası olar.
BəyənBəyən
Mənim ən sevdiyim məsəldi bu. Bir nəfər mənlə mübahisə etmişdi ki, əlhəddir, mən demişdim əhləddi😜 Amin, mələyim…
ALLAH razı olsun dəyərin üçün 😘
BəyənBəyən
Maraqlı idi , çox sağolun 🙂
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çox sağ ol, Aysel 😘🌹🌷
BəyənBəyən