Bu ilki sərçə bildirki sərçəyə ağıl (cib-cib) öyrədir

image Əziz oxucularım, bu gündən etibarən sizə rəvayətli ifadələr təqdim edəcəm. Rəvayətli ifadələr illərdir böyüklərimizdən bizə yadigar qalmış məsəllərin açmasıdan bəhs edir. Bəzən elə bir yerdə, elə bir məsəl işlətmək lazım gəlir ki, o məsəl söhbətin məqamına düşür, dadını, duzunu yaradır. Amma elə məsəllər də vardır ki, onların hansı məqamda işlədilməsini çoxu bilmir və ya çəkdiyi məsəlin necə yaranmasından xəbərsizdir. Mən B.A.Hüseynovun “Rəvayəyli ifadələr” adlı kitabına istinadən sizə bu məsəllərin yaranması haqqında maraqlı rəvayətləri çatdıracam. Atalarımız yaxşı deyib: Söhbət var ki, bulaqdır, kəsilməsə axacaq. Qoy sizin də söhbətiniz həmsöhbətiniz üçün bulaq olsun…

Bu ilki sərçə bildirki sərçəyə ağıl (cib-cib) öyrədir

Sərçə öz balalarına sərbəst uçub yem əldə etmək və özlərini insanlardan qorumaq qaydalarını öyrədirdi:

 – İnsanlar sərçələri incitmirlər, amma dəcəl uşaqlar bizi tutub qəfəsə salır və oynatmaqdan həzz alırlar. Bizi əllə tutmaq çox çətin olduğundan, onlar daş atır, ayağımızı və ya qanadımızı zədələyir və yalnız bundan sonra əsir alırlar. Odur ki, qarşınızda uşaq görürkən diqqətli olun və o, yerə əyilib daş götürmək istədikdə tez uçub qaçın.

 Ananın bu öyüdünü eşidən bala sərçələrdən biri deyir:

 – Olmaz ki, uşaqlar yerə əyiləndə deyil, elə hər dəfə gözümüzə görünəndə qaçaq? Bəlkə elə o daşı cibində gizlədərək bizə tərəf gələcək və onun yerə əyilməyə heç ehtiyacı olmayacaq?

 Kiçik yaşlı, az təcrübəli şəxs özündən böyük adama ağıllı nəsihət verdikdə yaşlı müsahib öz iddiasını “doğrultmaq” məqsədilə bu məsəldən istifadə edir.

30/06/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 19 Şərh.

  1. Lap yaxşı olar Seva, sənin bu missiyan gözəl missiyadır, məmnuniyyətlə oxuyacam. Yadıma uşaq vaxtı sərçələri tutub iynə vurmağımız düşdü. Hər dəfə yadıma düşəndə peşmançılıq hiss edirəm, kaş indiki ağlım onda olaydı.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Xətrin həmişə əziz olsun, Seva.
    Yox, Seva, elə də dəcəl olmamışam, qardaşıma qoşulub eləmişəm. Yayda sərçələr çox olurdu əziyyətlə tuturduq, ayağına sap bağlayıb uçururduq, ya da şprisə su doldurub vurub buraxırdıq. Bundan böyüklərin xəbəri olmurdu, olsaydı mütləq bizzə təsir edərdilər. Ehh, uşaqlıq , ağılsızlıq.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Nə bilim, ay Sevinc, onu o zaman fikirləşib dərk edən olsaydım helə ağılsızlıq edərdimmi heç? Nədənsə çoxdan xatırlamadığım o əməlim sənin bu xəbərindən sonra yadıma yaman düşdü. Həqiqətən yadıma saldıqca çox təəssüflənirəm. Allah günahımızdan keçsin, ağlımız kəsməyib.

    Bəyən

    • Nədənsə uşaqlarda, elə mənim özümdə də olub, iynə vurmağa, həkim rolu oynamağa meyl daha çox olurdu😏
      Uşaq ağlı olub, o qədər elə səhvlər etmişik ki. Mənim bacım balaca cücələrin qənimi idi. Tutub oynadardı, sonra da boğub öldürürdü. 😪Anam ona qadağa qoydu biləndən sonra, tərgitdi.

      Bəyən

  4. Bu məsəl mənə o qədər çəkilib ki. Deyirəm mən uşaqlıqdan “ağıllı” olmuşam 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  5. Ay Allah, həmişə sərçələri sevmişəm…Heç onlara qıymaq olarmı…

    Bəyən

  6. Sevincim , bu avatar türk aktrisa Naz Elmasın şəklidir. Canım , axı bu gözəldir, necə deyim ki, mən bundan gözələm , hə? amma bu şəkli mənə bənzəyir… ürəyimə təsəlli verim də….

    tərəfindən bəyənildi 1 şəxs

  7. Tanıyıram, bu aktrisanı “Haziran gecesi” filmindən sevmişəm. Amma sən ondan gözəlsən, özünü görməsəm də qəlbin bunu deyir….
    Mənim də Beren Saatla əlaqem belə yox, amma nədənsə, hansısa bir cizgisində mən özümü tapıram. Bunu təsdiq edənlər də var☺️

    tərəfindən bəyənildi 1 şəxs

  8. Sevinc xanım, nə olur, ya şeklinizi meyl adresimə atin da, necə də seni görmek istedim, sən göndr, mən də gönderecem… söz..

    Bəyən

  9. Canın ağrımasın, o vaxta kimi qocalarıq, dedim heç olmasa bu yaş şəkillərimizi görək, eybi yox, ne olur, yemekden ümid yaxşı..

    Bəyən

  10. Ay qızlar mən sizin hamınızı görmək isdəyirəm Seva Pəriş Sonayın maması Gəlin bizə bizdə görüşək)))

    Bəyən

  11. Eşitdiniz, qızlar? Gedirik Gülümgilə, Corat qutabı yeməyə😍😍😍😍
    Mənim qonaqpərvər, bacım😘😘😘😘

    Bəyən

  12. İnanın ki nəinki qutab nə desəz hazırlaram yetər ki sizin kimi xanımlar qonağım olsun

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: