Hicab haqqında fikirlərim – Sonaydan

image

Hicab Allah və Onun Rəsuluna (sallallahu aleyhi və səlləm) olan itaət əməlidir.

Allah təala Qurani Kərimdə buyurur: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!”. (Əl-Əhzab 33:36)


Həmçinin Allah təala buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)”. (Ən-Nur 24:31)
Allah təala buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”. (Əl-Əhzab 33:59)

image

Hicabın ən böyük faydalarından biri qadına bəxş etdiyi təbii müdafiədir. Hicab geyməklə qadın özünü qəlbi xəstə “kişilərin” azğın arzularından qoruyur. Təbiəti etibarilə kişi güclü şəhvətə, arzulara malik olan bir məxluqdur. Hicab bu arzu, şəhvəti cilovlayır və beləcə nəinki qadını qoruyur, həmçinin kişiləri də qorumuş olur. Müsəlman qadın bilir ki, o, ehtiyacından dolayı küçələrdə hərəkət etdiyi zaman kişilərin ona baxması üçün təhrikedici bir səbəb yoxdur. Çünki onlarda baxmağa səbəb yaradan heç bir şey yoxdur! Düzdür, düşünə bilərsiniz ki, pis niyyətli adam onsuz da baxacaq. Tamamilə doğrudur, baxacaq, amma nə görəcəyi məlum deyilmi? Hicablı qadın hicab altında sülh və əmin-amanlıq hissi yaşanır. Hörmət qazanmaq məqsədilə müsəlman qadının hicabı onun bədənini aşkar etdirməməlidir.
Qadınlar var ki, hansısa brenddən geyinirəm deyə fəxr edir. Lakin hicab bu dəyərsiz geyimlərin daşıdığı şərəfdən olduqca çox-çox şərəf hissi daşıyır. Axı fəxr edilən bu geyimlər adi insan tərəfindən dizayn edildiyi halda, hicabın mənşəyi əbədi olan Allah tərəfindəndir. Bunun vasitəsilə qadına ən üstün ehtiram göstərilir.
Hicab təqvadır (Allah qorxusu): Allah təala Qurani Kərimdə buyurur: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir). Bu, Allahın ayələrindəndir ki, bəlkə, (onunla) öyüd-nəsihətə qulaq asasınız.” (Əl-Əraf 7:26). Bu gün dünyada mövcud olan geniş yayılmış geyim tərzlərinin, şəkillərinin əksəriyyəti göstəriş üçündür və heç də qadının bədəni üçün örtük və sipər kimi nəzərdə tutulan geyim tərzi deyil. Mömin qadınlar üçün bununla belə məqsəd öz bədənlərini qorumaq və Allahın əmrinin təzahürünü nümayiş etdirmək üçün öz övrət yerlərini örtməkdir. Bu təqva əməlidir. Allah təala hicab haqqında Öz sözlərini yalnız mömin qadınlara ünvanlamışdır. Mömin qadın olmaq daha xeyirli deyilmi? Əlbəttə, həm dünya həyatımız üçün, həm axirət həyatımız üçün xeyirlidir.
Hicabın öz şərtləri var ki, bu şərtlərə əməl olunmazsa, hicablanma (örtünmə) öz mahiyyətini itirmiş olur.

1. Hicablı müsəlman qadının əl və üzdən başqa bütün bədən üzvləri örtül¬mə¬lidir;
2. Hicab bərbəzəkli olmamalıdır, sadə, diqqət çəkməyən rənglərdə olmalıdır;
3. Qadının bədən formasını bildirəcək şəkildə dar və ya ətrafdakı namərhəmlərin hiss edəcəyi dərəcədə ətirlənmiş olmamalıdır;
4. Hicab kişilərin və ya kafir qadınların geyiminə oxşama¬malıdır.
5. Şəffaf və ya diqqəti cəlb edən paltar olmamalıdır.

Bu mənim hicabla bağlı bildiklərimdir, bilirəm elmi bir xəbər deyil, araşdırmalarımın nəticəsidir, xətalarıma görə Allah bağışlasın. Bacılarıma bir faydam toxunsun deyə, hazırladım bu xəbəri. Məqsədim isə hər gözə xoş gələn geyimin heç də hicab olmadığını çatdırmaq idi. Doğrusunu Allah bilir. Qəlblər Allaha məxsusdur.
Sonda özümün də nəticə çıxardığım iki səhih hədisi qeyd edirəm, inşəAllah ki, diqqətlə oxuyub, nəticə çıxaranlar olacaq.
“Kim insanların qəzəbinə baxmayaraq, Allahın razılığını axtararsa, Allah ondan razı olar və insanları da ondan razı edər. Kim də Allahın qəzəbi bahasına insanların razılığını axtararsa, Allah da ona qəzəblənər, insanların da ona qəzəblənməsini təmin edər.” (ət-Tirmizi 2414, Albani səhihləşdirmişdir.)
Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə deməsi rəvayət olunur: Allah-taala buyurur: “Ey Adəm oğlu! Sən mənə doğru ayağa qalx, mən sənə sarı yeriyərək gəlim. Sən mənə sarı yeriyərək gəl, mənə sənə doğru qaçaraq gəlim”. (İmam Əhməd)

 

Müəllif: Sonay

25/06/2015 tarixində Dinimiz, imanımız içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. Necə də gözəl , fərz bir mövzu üzərinə təsadüf etmişəm. Bu xəbəri həm hazırlayan, həm də dərc verən əzizlərimdən, Allah hər iki dünyada razı olsun. Amin.
    Gözəl bacım, hər cümləni oxudum. Çox önəmli, vacib xüsuslara toxunmusan. Qəlbində imanın zərrəsi belə olan kəs, bu cümlələri oxuyub biganə ötüşə bilməz, ötüşməməlidir. Axı, insanlara daha hansı sübutları göstərək ki, öz əməllərindən, şəhvətlərindən vaz keçsinlər?!. Haqq yoluna dönsünlər?! Allaha inanıram deyib də, Onun ayələrini, hədislərini həqarətə uğratmasınlar?!. Axı, nə, əziz bacım?! Allah qəlblərə iman salsın. Zəlalət odundan qorusun bizləri. Amin acmain.
    Son yazdığın hədislər, mənim də həyat devizimdir.Allah razı olsun, mənim nurlu bacım. Həm bu dünyada, həm də Cənnətdə görüşmək müvəffəq olsun bizlərə. Amin🌷🌸🌹🌼🌻

    tərəfindən bəyənildi 2 şəxs

  2. Allah senden razi olsun, Nubar. InsheAllah kimse faydalansa, ne xosh menim halima. Allah Sevincden de razi olsun paylashdigi uchun 😘

    tərəfindən bəyənildi 2 şəxs

  3. Oxudum, amma deyin görüm şəhərimizdə hicablananların heç olmasa 50%-i deyilənlərə uyğunmu hicablanır? Mən hicabın əleyhinə deyiləm, hər kəsin öz seçimidir, amma qaydasında hicablanmayıb hicab altından min oyundan çıxanların çox olduğunu müşahidə etdiyim üçün belələrindənsə abırlı geyinib hicabın adına xələl gətirməməyi üstün tuturam.

    tərəfindən bəyənildi 1 şəxs

    • Hicab Allahın əmridir və bəndənin nəyi üstün tutub, tutmamasının elə bir əhəmiyyəti yoxdur. Deyək ki, biri hicablıdır, min hoqqadan çıxır, bu pisdir, çılpaq min hoqqadan çıxan ikiqat pisdir, abırlı geyinib, hicablanmayan “yaxşı”dır (mən demirəm yaxşıdır, bir çoxlarının ifadəsinə görə belə qeyd etdim), deməli, hicablı olub da, abırlı olan lap yaxşıdır. Çox maraqlıdır, hər şeyin əlasını əldə etməyə can atan insan hicaba gəldikdə “yaxşı” ilə kifayətlənməli olur. Hər kəs öz əməlinin mükafatını alacaq, başqasının yükünü çəkməyəcək. İndi kim necə geyinir, necə geyinmir öz işidir.

      tərəfindən bəyənildi 1 şəxs

  4. İrinka, haqlısan, çoxdur belələri. Hətta elə hicab bağlayana rast gəlirəm ki, əlimin ayağımın altından yer qaçır. Amma tanıdıqlarımdan hicaba layiq xanımlarımız da var ki, bunlarla da tanışıq ☺️
    Hər kəs təbii ki, geyinməkdə sərbəstdir, amma layiq olan hicab altından mələk üzdə görünənlərdir…☺️😘🌞 Layiq olmayanlar onsuz da nə geyinsələr də eyni əqidə sahibi olacaqlar. Sən demiş, hicabdan aralı dursunlar barı.

    tərəfindən bəyənildi 1 şəxs

  5. Maraqlidi.

    tərəfindən bəyənildi 1 şəxs

  6. Matt masallah NASI, Tanrı onu ve ailesini korumak,,,,

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: