Məşhurlar haqqında bunları bilirdinizmi?

image

Edqar Po yazarkən ayaqlarını soyuq suya qoyurmuş.
***
Emil Zolya isə özünü stula bağlayırmış.
***
Dostoyevski çarpayıda uzanıb, üzünü divara tutaraq diktə edirmiş.
***
Vasili Şuksin otaqda əsgər addımlarıyla var-gəl edirmiş.


***
Fridrix Şiller həmişə stolunun üstünə çürümüş almalar qoyurmuş.
***
«Ceyn Eyr»in müəllifi Şarlotta Bronte tez-tez yazı masasından ayrılıb, mətbəxə kartof təmizləməyə gedirmiş.
***
Aleksandr Düma (oğul) yazı prosesində elə hey yeyirmiş.
***
Albert Eynşteyn yolda öz dostu ilə qarşılaşır və onu evə dəvət edir: «Axşam bizə gəlin. Professor Stimson da orda olacaq». «Stimson mənəm də!» — dostu deyir. Cavabında Eynşteyn «Eybi yoxdur, siz də gəlin» — deyə israr edir.
***
Anton Çexov gimnaziyada oxuyarkən iki dəfə sinifdə qalmışdı.
***
Puşkin litseydə çox pis oxuyurdu və riyaziyyat dərslərində ağlayırdı.
***
Tolstoy universitet imtahanlarında çoxlu «1» (ən aşagı bal) qiyməti almışdır.
***
Alber Kamyu əsəb xəstəliyi olan qadınlarla evlənməyə üstünlük verirdi – onun hər iki arvadı «bu dünyanın adamı» deyildilər. Kamyunun özü də, yumşaq dillə desək, çox huşsuz adam olub. Bir dəfə o ikinci arvadını doğum evindən çıxararkən, yeni doğulmuş əkizləri xəstəxanada unutmuşdu.
***
Ölüm ayağında olan Malerb baxıcının nitqindəki qrammatik səhvləri düzəldirdi. O, səlis danışa bilməyən keşişin vida duasından da imtina etmişdi.
***
Kornel, Dekart, Virgili, Addison, Lafonten, Drayden, Nyuton, Mansoni auditoriya qarşısında, demək olar, danışa bilmirdilər.

24/06/2015 tarixində Maraqlı məlumatlar içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Biyy burda deyeller Deliden dogru xeber))).Maraqli hobbileri olub

    Bəyən

  2. Hələ yaxşı Kamyu arvadı səhv aparmayıb ey 😆
    Bir az Edqar Po babat iş görüb, o da gərək ilıq suya qoyaydı. Bəlkə o elə sətəlcəmdən ölüb:)
    Auditoriyada danışmaqdan zəhləm gedir 😦

    Bəyən

  3. Albert Eynşteynin simasına baxanda elə bilinir ki o insanda nəsə yerində olmayıb Hələ yazığı reklam carxlarına da cəkirlər

    Bəyən

  4. Maraqlı vərdişləri olub, Şarlotta Bronte hardasa evdarlığını da unutmurmuş,qadın ki qadın. Malerb indi sosial şəbəkələrdə yazılan şərhləri, maillərdə, telefonlarda göndərilən mesjları görsəymiş dəli olarmış yazıq. Yaxşı ki, indiki dövrdə yaşamayıb.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: