Süfrə mədəniyyəti haqqında

image

Azərbaycan xalqının mətbəx mədəniyyətinin, onun tərkib hissəsi olan süfrə mədəniyyətinin özünəməxsus incəlikləri vardır. Süfrə mədəniyyəti tarixən xalqımızın həyat tərzini, məişətini, davranışını, zövqünü, estetikasını, dünyagörüşünü formalaşdıran əsas amil olmuşdur. Təsadüfi deyil ki, tarixi eramızdan çox-çox əvvələrə gedib çıxan, antik mənbələrdə, o cümlədən qədim ədəbi abidələrimizdən olan “Qabusnamə”də, “Kitabi-Dədə Qorqud”da, nağıl və dastanlarımızda, əcnəbi səyyahların səyahətnamələrində, habelə digər saysız-hesabsız tarixi mənbələrdə və qaynaqlarda xalqımızın süfrə mədəniyyəti, yemək qaydaları, qonaq qarşılaması və sair barədə olduqca qiymətli məlumatlar var. Bu qaydaların böyük əksəriyyəti bu gün də öz bəşəri əhəmiyyətini qoruyub saxlamaqdadır. Azərbaycan xalqı dünyanın o xalqlarındandır ki, hər bir mövsümə, məqama, şəraitə, mərasimə uyğun fərqli süfrə mədəniyyətinə malikdir.

Masa arxasında özünü aparmaq bacarığı, təmkinlə yemək qaydası insanın ümumi mədəni səviyyəsini göstərir. Bunları bilmək üçün aşağıdakılara diqqət edək:

Əvvəl oturuşumuza fikir verməliyik. Stulun arxasına bir az söykənərək, düz oturmaq, stulu stola çox yaxın çəkməmək lazımdır. Stolun arxasında əyləşən zaman yaxşısı budur ki, əllərimizi dizlərimizin üstünə qoyaq. Yemək prosesində, bütün hallarda dirsəkləri stola qoymaq məsləhə deyil. Çünki geniş açılmış qollarınız sizinlə yanaşı əyləşənlərə mane ola bilər.

Böyük ziyafətlərdə, mütləq yaxşı ütülənmiş ağ parça örtükdən istifadə etmək lazımdır. Çay süfrəsi üçün ciddi cizgiləri və yaxud əl işləmələri olan kətan örtüklər uyğun gəlir. Böyük qonaqlıqlar üçün salfetlər də örtük kimi ağ parçadan olmalıdır. Çay süfrəsinə də örtüyə uyğun tonda salfet qoyun. Üçbucaq, çiçək, zərf şəklində bükülmüş salfetlər masaya xüsusi yaraşıq verir.
Masanın tərtibatı hər şeydən əvvəl ev sahibinin şəxsi zövqündən və imkanından asılıdır. Tərtibat zamanı qaydalara riayət etməsəniz belə, rahatlığa, uyğunluğa və gözəl görünüşə diqqət edin:

image

1. Bıçaq istifadə edərkən çəngəl sol, bıçaq sağ əllə tutularaq kəsmə işi yerinə yetirilir.

2. Masada çəngəl sola, qaşıq və bıçaq sağa yerləşdirilir. Bıçaq, qaşıq ilə qab arasına qoyulur. Bıçaq sağ əllə tutulur və işarə barmağı bıçaqın iti olmayan tərəfinə söykədilib kəsmə işi edilir. Bıçaqı istifadə etdikdən sonra masaya buraxmamalı, qabın üst yarısına, üzü sizə doğru və iti tərəfi içəri tərəfə qoymalıdır.

3. Çəngəl isə istifadə edildikdən sonra qabın üzərinə, bıçaqa paralel və sol tərəfə, çəngəlin sapı sağda və ağızı yuxarıya doğru ya da bıçağa dik olaraq qoyulur.

4. Qaşıq da eynən bıçaq kimi istifadə edilir. Əsasən nahar istisna olmaqla, qaşıq süfrədə yalnız yeməyin başlanğıcında şorba(sulu yeməklər) üçün lazımlıdır. Mədəni bir ev sahibi xüsusi yeməklərdə və ya ailə arasındakı yeməklərdə qaşığı bıçağın sağında yerləşdirir.

5. Yuxarıdakılardan başqa masa nizamında salat və ya şirnyyat üçün çəngəl, balıq çəngəli, şirniyyat qaşığı, buzlu içkilər üçün qaşığ, şorba və çay qaşığı istifadə edilə bilərsiniz.

6. Salat çəngəli normal yemək çəngəlindən daha qısa olur və hər iki işdə də istifadə edilə bilər. Salat yemək üçün istifadə edilən çəngəl, yemək qabının sol, yemək çəngəlinin isə iç tərəfinə qoyulur. Xüsusi yeməklərdə salat çəngəli yemək çəngəlinin çöl tərəfinə qoyula bilər.

7. Balıq çəngəli, digərlərinə nisbətlə daha qısa və düz olur və qaşığın sağ tərəfinə yerləşdirillr.

8. Şirniyyat qaşığı, şirniyyat qabının içərisinə qoyulur. Lakin daha əvvəldən də masadakı yerinə qoyula bilər. (Əgər təmizdirsə!)

9. Şorba qaşıqları şorba qablarının sağ tərəfində olur və digərlərinə nisbətən ən uzun saplı olmalıdır.

10. Böyük, ümumi xidmət çəngəl və qaşıqları, xidmət masalarında xidmət ediləcək yemək qablarında olmalıdır. Özünüzə xidməti bunlarla etməlisiniz.

11. Ən rəsmi masalarda belə üçdən çox çəngəl qoyulmur.

12. Xüsusilə günorta və ya axşam yeməklərində, bütün qonaqlar üçün masaya əvvəldən yerləşdirilmiş ayrıca bir xidmət qabı olmalıdır. Bu qab, o biri qablara görə daha böyük olmalıdır, sonradan xidmət edilən qablar bunun üzərinə qoyulur.

13. Salat qabları daha çox düz və yumru olur. Xüsusi yeməklərdə, salat ilə yemək eyni qabda xidmət edilə bilər.

14. Şorba, şirniyyat və meyvə hər biri ayrı-ayrı başqablarda xidmət edilməlidir.

15. Dolça, bıçaqların üst tərəfinə qoyulur. Su və şirə stəkanları qonaqlar yerlərində oturduqdan sonra doldurulur.

16. Şərab stəkanları dolçanın sağına və masanın kənarına yaxın yerləşdirilir.

17. Salfetlər rəsmi olmayan yeməklərdə çəngəllərin sol tərəfinə və ya çəngəlin altına, rəsmi yeməklərdə isə xidmət qabının içinə qoyulur. Masaya oturduqdan sonra ev sahibi, salfeti götürərkən, siz də onula eyni zamanda salfeti sağ üst küncündən tutaraq açıb, dizlərinizin üstünə sərə bilərsiniz. Salfetlər istifadə edildikdən sonra rəsmi yeməklərdə qabın sağına qoyula bilər. Xüsusi yeməklərdə kağız salfet qoyulursa, bunlar qabın sağına qoyulur. Kağız salfetləri əlinizdə büzüb top şəklinə gətirmək çox xoşagəlməz haldır. Rəsmi yeməklərdə süfrəyə oturduqdan sonra qaba əl sürtmək və eləcədə qarsonun işini asanlaşdırmaq üçün ona qabı uzatmaq mədəniyyətsizlikdir. Qonaq xidmət etməz. Qonaqlara xidmət edilər və əsasən bu məqsədlə dəvət edilərlər.

18. Yemək əsnasında masadan qalxmaq lazım olsa, salfet kürsü üzərinə və ya masanın sizə aid boş yerinə yerləşdirilə bilər. Salfetə ağzınızı ətrafa göstərmədən silməli və salfetin yağlanan və ya çirklənən yerlərini digər qonaqlardan gizlətməlisiniz!

Bir vacib məqama da diqqəti çəkmək istəyirik: əgər üzürlü səbəb yoxdursa, hər kəs süfrə başına toplaşmalıdır. Çünki dədə-babadan həmişə belə olub ki, ailə başçısı öz övladları ilə süfrə başında yemək yeyərkən həm də onların gündəlik məşğuliyyəti ilə maraqlanıb, nə iş gördüklərinin bir növ hesabını soruşur.

23/06/2015 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: