Gözəl dərinin ən sadə yolları

image

Qatıq hər yaşda qadın, kişi və uşaqların, xüsusiylə sümük inkişafı və sağlamlığına olan fəaliyyətləri qədər, dəriyə olan faydalarının da olması səbəbi ilə son illərdə təbii dəriyə qulluq məhsulu olaraq qadınlar tərəfindən çox seçilir. Yaxşı qatıqlı maskalar dəriyə necə tətbiq olunur? Qatıq maskası və faydaları haqqında məlumatlar sizin üçün, buyurun tanış olun.

Qatıq maskaları yağlı dərilər üçün olduqca faydalıdır. Çünki turşuluq və yağ yandırıcı xüsusiyyəti vardır. Yağlı cildlərə tətbiq edilən qatıq maskaları dərinin yağ səviyyəsini tarazlaşdırar və dəriyə qulluq edər. Həmçinin dərinizin parlaq və hamar bir görünüş almasını təmin edər.

Xüsusilə, həssas dəri tipində tez-tez rast gəlinən incə xətləri, qırışları yox etmək üçün evdə özünüz də qatıq maskası hazırlaya bilərsiniz. Qatığın içində olan turşular, dərinizin daha gənc görünməsini təmin edər.
Asan qatıq maskası:
Dərin bir kasa içərisinə 2 qaşığa qədər qatıq qoyun, içinə 2 çay qaşığı pivə mayası əlavə edin. Qarışığı üzünüzə masaj edərək sürtün. 10 dəqiqə gözlədin və ilıq su ilə yuyun. Üzünüzün necə parlaq və gözəl göründüyünü görəcəksiniz.

Çiyələkli qatıq maskası:

3 çay qaşığı qatığı və 3 böyük çiyələyi çalın, püre halına gətirin, üzünüzə çəkin və 10 dəqiqə gözləyin. Qatıq dərinizi təmizləyəcək və qidalandıracaq, çiyələk isə dərinizin üzərindəki ölü təbəqənin hissə-hissə tökülməsinə köməkçi olacaq.

Portağallı qatıq maskası:

1 çay qaşığı qatıq və 1 orta boy portağalın suyunu bir qaba alın. Bu qarışığı çalın, barmaqlarınızı qarışığın içinə batırın və yumşaq hərəkətlərlə üzünüzə çəkin. Sizdə sərinlik və rahatlıq hissi oyandıracaq. Beş dəqiqəyə qədər dərinizdə qalsın sonra ilıq su ilə yuyun. Dərinizin gözəlliyini ortaya çıxaracaq bu maska ​​həm də dərinizi baxımlı edəcək.

21/06/2015 tarixində Gözəl qadın içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Mənim dərim qurudur, yəqin bunu da eləsəm lap quru olacaq, onsuz da kifayət qədər qurudur. Paylaşdığın üçün sağ ol, Seva. Tərkibləri də elə çətin tapılan şeylər deyil. Mən bildiyim qədəri yağlı dərilər gec qırışır, heç onlara maska lazım deyil. onların dərisi daima hamar və parlaq olur. Amma yəqin ki, yağyandırıcılığına görə istifadə edilməsi məsləhət görülüb.Onu da deyim ki, yağlı dərili adamlar ondan bezirlər, quruducu vasitələr arzulayırlar. Mən elə adam tanıyıram ki, məndən hətta 10-12 yaş böyükdür dərisi yağlı olduğundan cüzi qırışları var.

    Bəyən

    • Doğrudur, yağlı dərisi olanlar şikayətçi olsalar da, onların üstünlüyü dəridə qırışların quru dəriyə nisbətən az olmasıdır. Mənim dərim də qurudur, həm də hədsiz. Amma şükür hələ nəzərəçarpan qırışlar yaranmayıb. Yaşıdlarıma baxanda dərim təravətin saxlayıb.
      Sənə də təşəkkürlər, İrinka 🌹💐🌷

      Bəyən

  2. Mənim dərim nə çox yağlı, nə də qurudur, orta yağlıqlıdır, yəni baxanda üzüm parıldamır. Düzü yaşım da qırış yaşı deyil hələ, ona görə də, dəqiq bilmirəm mənim dərim qırışacaq, yoxsa yox, amma anamda yaşına görə qırış yoxdur, elə atamda da.
    Mən də qatıqlı maska edirəm, amma o maskadan sonra üzümü o qədər yuyuram ki, qatığın qoxusu gəlməsin.
    Təşəkkürlər, Sevinc, portağallı maska xoşuma gəldi.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Son zamanlar yaman tənbəlləşmişəm, ya necə , bilmirəm, amma xoşlayıram üzümə maska etməyi, nə vaxtdır etmirəm, elə bu gün, sabah , belə-belə günləri yola verirəm…mən də bu maskalardan edirəm, gözəl də təsiri olur, amma bu il yayı etmədim, yaman tənbəlləşmişəm, ayaq üstdə yatıram…

    Bəyən

  4. halımı təsəvvür etməyə gülməcə axtardım, tapa bilmədim, sən o gülməcələri hardan qoyursan mənə də de, mən məzuniyyət görmürəm, bacı, eləcənə qocaldım burda, məzuniyyət də versələr elə bütün günü evdə olacam, gəzmək yox , filan yox… təəssüflər… indi bu cümlələrimin arxasından bir smaylik qoyardım, halımı bilərdin, onu da qoya bilmirəm… eşidirsən….

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: