Yarpaq dolması

IMG_3350

Lazım olan ərzaqlar:

Mal, ya da qoyun əti

4-5 tikə quyruq

yumru düyü

kərə yağı

baş soğan

keşniş, şüyüd, nanə, kəvər

duz, istiot, sarıkök

Hazırlanması:

Ət soğan və quyruqla birgə ətçəkən maşından keçirilir. Göyərtilər doğranıb əlavə olunur. Yumru düyü, duz, istiot, kərə yağı, sarıkök, bir qədər su əlavə olunub yaxşı-yaxşı qarışdırılır. Yarpaq yuyulur, qaynar suda 1-2 dəqiqə saxlanılıb çıxarılır. Qazanın dibinə bir-iki tikə sümüklü ət qoyulur. Zövqə görə istənilən formada bükülür. Mən bu dəfə uzunsov yox, bildiyimiz ilk qaydayla bükdüm.

12qü

20/06/2015 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 17 Şərh.

  1. Süfrənə bərəkət, Seva, Yarpaq dolması ən çox sevdiyim yeməkdir. Mən də bu qaydada bişirirəm, sarıkök və kəvəri çıxmaqla. Məncə sarıkökün bir mahiyyəti olmasa da, mütləq kəvər başqa cür dad verər. Mən kəvəri dovğaya vuranda elə bişirə-bişirə deyirəm ki, sanki yarpaq dolmasının iyi gəlir., hələ soyuyandan sonrasını demirəm. Bu dəfə kəvər vurub yoxlayacam.

    Bəyən

  2. Əllərinə sağlıq Sevacan Yarpaqdolması oğlanlarımın ən sevimli yeməklərindəndir Bu bir ildə mən bilirəmki Gəncədəki oğlumun xidmət etdiyi hərbi hissəyə nə qədər dolma qazanları gedib))) Halal xoşları Əvvəllər mən də kəvər vurmazdım amma sonra kəvərin ümumilikdə cəkilmiş ətə xüsusi bir dad verdiyindən mömsümünə uyğun olaraq qatıram

    tərəfindən bəyənildi 1 şəxs

  3. Mensiz burda yarpaq dolmasi yeyilib ki. Men de eyni qaydada edirem, amma keversiz. Men deyesen, sizden eshitmishdim terxunu, evde olanda terxun da vururam, chox lezzetli olur. Amma yarpaq tez-tez bukmurem, yalan ne deyim 😉 kimse isteyende, bir de bukmeye ishchi quvvesi olanda. Allah sufrenize bereket versin, dadli dolmaya oxshayir, amma dadmasam terifleye bilmeyecem malesef 😀

    Bəyən

  4. Beh-beh ekizim yene yaradib.Sufrenize bereket.Inanmiram Amin demis yasil dolmani sevmiyen olsun.Kecen yay Semkirde olanda orda lobya yarpagindan dolma bukmusduler cox beyendim.Kever qatilansa hec yememisem.Sinayaram insAllah

    tərəfindən bəyənildi 1 şəxs

  5. Ellerinize saglik ne kadar hos ne kadar degisik bir sarma sekli bende denemek isterim insallah.. Sevgilerimle

    tərəfindən bəyənildi 1 şəxs

  6. Salamlar her kese necesiz?
    Ellerine sagliq can… En sevdiyim yemekdi

    tərəfindən bəyənildi 1 şəxs

  7. mende bugun iftara etmisem..keveri bilmirdim qalanlari vururam onuda sinayaram qurusu olar? sunum super dadida ela olar ellerine sagliq baci sufrenize bereket

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: